Məhkəmə qərarları › İş №2(029)-551/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-551/2020

06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-551/2020 06.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxxxxx 2017-ci il tarixdə ev şəraitində Qusar rayonunun Kənarçay kəndində Omər adlı oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək X8 ilə evlənmiş, nikahlarını xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Evləndikdən sonra o, əri ilə Qusar rayonunun Kənarçay kəndində yaşamışlar. Birgə nikahlarından xx xxxxxxx 2004-cü il təvəllüdlü X14, xx xxxxxx 2006-cı il təvəllüdlü X12, xx xxxxxx 2008-ci il təvəllüdlü X18 xx xxxxxxx 2010-cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Bundan başqa xx xxxxxx 2017-ci il tarixdə ev şəraitində oğlan uşağı doğulmuşdur. Həmin uşaq doğulanda çox zəif və xəstə olmuş, uşağı Omar adlandırmışlar. Buna görə də həmin uşağa doğum haqqında şəhadətnamə almamışlar. O, Maraqlı şəxsnə Omər adlı uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün müracit etmişdir. Lakin Maraqlı şəxs arxivində 2016-cı il və 2017-ci ilin 14 avqust tarixinə doğum haqqında akt qeydləri kitabında doğumun qeydi tapılmamış və Omər adlı uşağına doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onun həqiqətən xx xxxxxx 2017-ci il tarixdə ev şəraitində oğlan uşağın doğulması faktınını yaxınları, kənd camaatı və digər şəxslər də təsdiq edə bilərlər. Ona görə də onun xx xxxxxx 2017-ci il tarixdə ev şəraitində Omər adlı oğlan uşağının Qusar rayonunun Kənarçay kəndində anadan olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Qusar rayonu Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb, maraqlı şəxs Qusar rayonu Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Ərizəçi ilə 2003-cü ildə evlənmişlər, aralarındakı nikahı isə xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Ərizəçi ilə birgə nikahlarından 5 uşaqları doğulmuşdur. Omər adlı uşaqları xx xxxxxx 2017-ci il tarixdə ev şəraitində doğulmuşdur. Həkim arayışı olmadığı üçün həmin uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusu və qohumudur. Ərizəçinin 5 uşağı vardır. Omər adlı uşaqları 2017-ci il tarixdə ev şəraitində doğulmuşdur. Uşaq anadan olarkən o özü və qonşuları Rəhimə də orada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin 5 övladı vardır. Omər adlı uşağı 2017-ci ildə ev şəraitində doğulmuşdur. Həmin vaxt o özü də orada olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 481952 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X11 arasında xx xxxxxx 2009-cu il tarixdə Maraqlı şəxsndə 99 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Qasımova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 242897 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxx 1988-ci il tarixdə anadan olmuşdur. Atası X15, anası X5r. İşdə olan AZ-İV № 301661 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuşdur. Atası X8, anası Ərizəçidır. İşdə olan AZ-İV № 301662 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx xxxxxx 2006-cı il tarixdə anadan olmuşdur. Atası X8, anası Ərizəçidır. İşdə olan AZ-İİ № 493806 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuşdur. Atası X8, anası Ərizəçidır. İşdə olan Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 78 nömrəli, xx xxx 2019-cu il tarixli Arayışdan görünür ki, hal-hazırda Qusar rayonu Kənarçay kəndində Ərizəçi xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X19 adlı uşağı yaşayır. İşdə olan Qusar rayon Kənarçay kənd sakinləri X1, X6 və X3 iştirakları ilə xx xxxxxx 2017-ci il tarixdə Qənarçay kəndində tərtib olunmuş Aktdan görünür ki, xx xxx 1988-ci il təvəllüdlü Ərizəçi xx xxxxxx 2017-ci il tarixdə saat 8:30-da Qusar rayonunun Qənərçay kəndində oğlan uşağı evdə doğulmuş, xəstəxanaya çatdırmaq mümkün olmamış, uşağı Qənərçay kənd sakini X2 götürmüşdür. Uşaq hal-hazırda sağ-salamatdır. Uşağın adı Ömər qoyulmuşdur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi 2003-cü ildə X8 ilə ailə həyatı qurmuş, aralarındakı nikahı isə xx xxxxxx 2009-cu il tarixdə Maraqlı şəxsndə 99 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Ərizəçi X8 ilə aralarındakı nikahlarından xx xxxxxxx 2004-cü il təvəllüdlü X14, xx xxxxxx 2006-cı il təvəllüdlü X12, xx xxxxxx 2008-ci il təvəllüdlü X18 xx xxxxxxx 2010-cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Bundan əlavə xx xxxxxx 2017-ci il tarixdə ərizəçinin ev şəraitində Omər adlı uşağı doğulmuş və həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən doğum qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərtizəçinin doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, Omər adlı uşağın xx xxxxxx 2017-ci il tarixdə Qusar rayonu, Kənarçay kəndində ev şəraitində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Omər adlı uşağın xx xxxxxx 2017-ci il tarixdə Qusar rayonu, Kənarçay kəndində ev şəraitində doğulması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar