Məhkəmə qərarları › İş №2(029)-554/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-554/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-554/2022 25.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 avqust 1995-ci il tarixdə vəfat etmiş X15 onun doğma atası, 21 iyul 2001-ci il tarixdə vəfat etmiş X12 isə onun doğma bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bibisi X19 21 iyul 2001-ci il tarixdə Qusar rayonu Həzrə kəndində vəfat etmişdir. Onun atası, yəni X2 qardaşı X22 isə 18 avqust 1995ci il tarixdə vəfat etmişdir. X2 ölümündən sonra birinci növbədə vərəsələrdən heç kim qalmamışdır. Onun ikinci dərəcəli vərəsələrindən doğma qardaşı uşaqları olan o, yəni Ərizəçi qalmışdır. X2 ölümündən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul edib idarə edir. O, bibisi X10 miras qalmış əmlaklar barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin Qusar rayon Notariat ofisi onun bibisi X19 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onun X11nun doğum haqqında şəhadətnaməsi qalmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, 20 aprel 1913-cü ildə Qusar rayonu Həzrə kəndində anadan olmuşdur. X15 atası “X21”dur. Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında X2 doğumu haqqında müvafiq qeyd tapılmamışdır. Bu səbəbdən də X2 X11 ilə doğma bacı-qardaş olmalarını müəyyənləşdirmək mümkün olmamışdır. Ona görə də, onun və X12 qohumluq münasibətləri məhkəmə qaydasında müəyyənləşdirilməli, X12 onun doğma bibisi olması faktı məhkəmə qaydasında təsdiqlənməlidir. Bundan əlavə X11 və anası X16 1950-ci illərdən faktiki münasibətlərdə yaşamışlar. O, özü xx xxxxxxx 1955-ci il tarixdə Qusar rayonu Həzrə kəndində anadan olmuşdur. X11 və anası X16 rəsmi nikahda olmadıqları üçün onun doğumu haqqında şəhadətnamənin “ata” qrafasında X11nun adı qeyd edilməmiş, həmin qrafa boşdur. Ona görə də, 18 avqust 1995-ci ildə vəfat etmiş X22 ilə onun qohumluluq münasibətləri, yəni X15 onun doğma atası olması faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. X11 və anası X1, 05 iyul 1995-ci il tarixdə aralarında rəsmi qaydada nikah bağlamışlar. Ona görə də onun və X15 qohumluluq münasibətləri məhkəmə qaydasında müəyyənləşdirilməli, X15 onun doğma atası olması faktı məhkəmə qaydasında təsdiqlənməlidir. X15 onun doğma atası, X12 isə onun doğma bibisi olması faktının müəyyənləşdirilməsi ona vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. X15 onun doğma atası, X12 isə onun doğma bibisi olması Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyinin müvafiq arayışları ilə təsdiq edilir. Bu faktı bir çox şahidlər də, təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, o, işləri ilə əlaqədar 25 may 2022-ci il tarixə saat 14:10-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə məhkəmə iclaslarında onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 aprel 2022-ci il tarixli 139 saylı arayışdan görünür ki, XX.XX.1929-cu ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş X4 duğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 23.04.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aprılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan ИЕ № 052557 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Qusar rayonu Həzrə kəndində anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, anası X13r. İşdə olan ИЕ № 785027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 20 aprel 1913-cü il tarixdə Qusar rayonunda anadan olmuşdur. X7, anası X14r. İşdə olan 23 iyul 2001-ci il tarixli AZ N 067200 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 21 iyul 2001-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ürəyin kəskin infarktı nəticəsində ölmüşdür. İşdə olan İİ-ЖГ № 494216 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 18 avqust 1995-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölmüşdür. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli X-482 saylı məktubdan görünür ki, həmin notariat ofisində 21.07.2001-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə ona Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 21 aprel 2022ci il tarixli 489 saylı arayışdan görünür ki, X3 rayonun Həzrə kəndində pasport qeydiyyatında olan Ərizəçi doğma bibisidir. İşdə ona Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyindən veirilmiş 27 aprel 2022ci il tarixli 507 saylı arayışdan görünür ki, Qusar rayonu Həzrə kəndində yaşamış 18.08.1995-ci ildə vəfat etmiş X9 rayonu Həzrə kəndində yaşayan xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi doğma atasıdır. İşdə ona Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyindən veirilmiş 21 aprel 2022ci il tarixli 488 saylı arayışdan görünür ki, X3 rayonu Həzrə kəndində yaşamış X8nun doğma bacısıdır. İşdə olan X23, X5 və X6 tərəfindən tərtib olunmuş 25 aprel 2022-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Həzrə kəndində yaşamış, 18 avqust 1995-ci ildə vəfat etmiş X22 həqiqətən Qusar rayonun Həzrə kəndində yaşayan xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi doğma atasıdır. İşdə olan X6, X31 və X20 tərəfindən tərtib olunmuş 26 aprel 2022-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Həzrə kəndində yaşamış, 18 avqust 1995-ci ildə vəfat etmiş X22 həqiqətən Qusar rayonun Həzrə kəndində yaşamış 21 iyul 2001-ci ildə vəfat etmiş Nəcəfova (Babaliyeva) Güllüzar Yusif qızının doğma qardaşıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X22 18 avqust 1995-ci il tarixdə, X19 isə 21 iyul 2001-ci il tarixdə ölmüşlər. X8 Ərizəçi doğma atası, mərhum X19 isə həmin şəxsin dogma bibisi olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hallar məhkəməyə təqdim edilmiş Qusar RİHBnın Həzrə kənd İƏD üzrə nümayəndəliyinin 21 aperl 2022-ci il tarixli 488 və 489 saylı arayışlarla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi mərhum Güllüzar Nəcəfovanın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla mərhum Güllüzar Nəcəfovanın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə mərhum Ağali Babaliyev və Gülüzar Nəcəfovanın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənədlər olmasa da, ərizəçi ilə həmin şəxslərin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxslərin müvafiq olaraq dogma qızı və doğma qardaşı qızı olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 21 iyul 2001-ci il tarixdə vəfat etmiş X12 doğma qardaşı qızı və 18 avqust 1995-ci il tarixdə vəfat etmiş X15 doğma qızı olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni mərhum Ağali Babaliyevin ərizəçinin doğma atası, mərhum Güllüzar Nəcəfovanın ərizəçinin doğma bibisi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 avqust 1995-ci il tarixdə vəfat etmiş X22 ilə Ərizəçi arasındakı qohumluq münasibətləriyəni mərhum Ağali Babaliyevin Ərizəçi doğma atası olması faktı və 21 iyul 2001-ci il tarixdə vəfat etmiş X19 ilə Ərizəçi arasındakı qohumluluq münasibətləri-yəni mərhum Güllüzar Nəcəfovanın Ərizəçi doğma bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar