Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-555/2021 01.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X4, ilkin iddia üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası, Cavabdeh1 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızından və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızından Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 4.18 ha torpağın dəyəri kimi 10450 (on min dörd yüz əlli) manat, məhkəməyə iddia vermək üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və vəkil xidmətindən istifadəyə görə ödənilmiş 500 (beş yüz) manat, cəmi 10980 (on min doqquz yüz səksən) manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 20000 (iyirmi min) manat məbləğin (əldən çıxmış fayda), həmçinin hazırki iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızı və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızı ilə 25 oktyabr 2005-ci il tarixli JN 947 Kod 30126018 saylı torpağa mülkiyyət hüququna dair torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyətində olan, Qusar rayonu Yasab kəndinin ərazisində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7500 (yeddi min beş yüz) manata ona satılması barədə razılığa gəlmişlər. Razılaşma Cavabdeh1 ailə üzvlərinin iştirakı və müsbət rəyi ilə baş tutmuşdur. Razılaşmaya əsasən torpaq sahəsinin qiyməti hissə-hissə, yəni 2 dəfəyə olmaqla 2006-2010-cu illər ərzində Ruslana tam ödənilmişdir. Cavabdeh1 torpağa dair yuxarıda qeyd olunan sənədi, yəni dövlət aktını ona vermiş, doğma qardaşı olduğu üçün, həm də sənədləşməyə əlavə xərc çəkməmək üçün alqı-satqını rəsmiləşdirməmişdir. Həmçinin, torpaq sahəsinə dair nə Cavabdeh1, nə də ailə üzvləri ona qarşı hər hansı tələb irəli sürməmişlər. Bu yaxınlarda ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 ona bildirmədən hansısa yolla həmin torpaq sahəsinə dair yeni sənəd, yəni 01 mart 2021-ci il tarixli AA 591826 saylı çıxarış əldə edərək sənəddə adları qeyd olunan ailə üzvlərinin iştirakı ilə torpaq sahəsini 19.03.2021-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən Qusar rayon Cibir kənd sakini X1. Bu barədə Qusar RPŞ-nin X22 müraciət etsə də, bununla bağlı araşdırma aparılsa da, məsələnin mülki xarakterli olması səbəbindən ona 16.04.2021-c il tarixli 151-289E-3221 saylı məktubla mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bununla belə Cavabdeh1 polis bölməsində izahat verərkən ona və ailə üzvlərinə məxsus torpaq sahəsini satdığını və buna görə ondan müəyyən məbləğdə pul aldığını etiraf etmişdir. Bundan başqa, həm cavabdehlə, həm də onunla eyni dərəcədə qohumluq münasibətində olan X7, X12, X18 və X19 mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən faktiki olaraq ona satıldığını və buna görə onun tərəfindən Cavabdeh1 cəmi 7500 manat məbləğində pul ödənildiyini təsdiq etmişlər. Beləliklə, Cavabdeh1 torpaq sahəsinin faktiki alqı-satqısına görə ondan aldığı pul vəsaitini üzün müddət onda saxlamaqla ona maddi zərər vurmuşdur. Belə ki, hazırda o, həm qeyd olunan torpaq sahəsini əldə etmək imkanından məhrum olmuş, həm də razılaşma olan vaxtdan indiyədək Cavabdeh1 verdiyi pul vəsaiti infilyasiyaya uğramış, əldə etməli olduğu torpaq sahəsinin dəyəri isə artmışdır. Qusar RİHB-nın Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 19.05.2021-ci il tarixli 172 saylı arayışdan görünür ki, Qusar rayonu Yasab kənd İnzibati Ərazisində hal-hazırda pay torpaq sahələrinin hər hektar sahəsinin bazar satış qiyməti yerindən asılı olaraq 2500-3000 manat arasındadır. O hesabla faktiki olaraq ona məxsus olan, Cavabdeh1 və ailə üzvləri tərəfindən özgəninkiləşdirilən 4.18 ha torpaq sahəsinin hal-hazırda minimum dəyəri 10450 manatdır. Həmin məbləğ cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Cavabdeh1 qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Daşımaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09.06.2021-ci il tarixli **********80 saylı sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Qusar rayon X6 qərarı ilə təsdiq edilmiş JN-291: KOD-30126018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”-na əsasən ona və ailə üzvlərinə Qusar rayonu Yasab kəndi ərazisindən 5.45 ha torpaq sahəsi verilmişdir. Sonradan onun xəbəri olmadan ona məxsus olan 1.24 ha torpaq sahəsi Qusar rayon Məhkəməsinin rəsmi mövcud olmayan 12.04.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 mülkiyyətinə verilmişdir. Bundan sonra, 25 oktyabr 2005-ci il tarixli JN-947: KOD-30126018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 4.18 ha torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqları tanınmışdır. Bildirir ki, ümumi olaraq pay torpağının olmasını bilməyinə baxmayaraq həmin torpaq sahəsinin sahəsi və ölçüləri barədə heç bir məlumatı olmamış, torpaq sahəsinə aid bütün rəsmi Akt və sənədlər Yasab kənd bələdiyyəsinin sədri işləmiş İddiaçı tərəfindən əldə olunaraq həmin şəxsin özündə saxlanılmış və 2020-ci ilin sonunadək həmin şəxsin tərəfindən əkilib-becərilmişdir. Dəfələrlə torpaq sahəsinin ölçü və yeri barədə soruşsa da, savadsız olduğundan istifadə edərək Yarmət onu aldatmışdır. Yalnız bu barədə məlumatı ünvanlı sosial yardım barədə Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinə müraciət etdikdən sonra əldə etmişdir. Qeyd olunan torpaq sahəsinin satılması və əvəzsiz istifadəyə verilməsinə dair İddiaçı ilə aralarında heç bir şifahi, yazılı razılıq olmamış və bununla əlaqədar ona cavabdeh tərəfindən pul ödənişi edilməmişdir. İddiaçı ona və ailə üzvlərinə məxsus torpağın mülkiyyət sənədlərini özündə saxlamaqla onu şəxsi əmlakından məhrum etmiş, təxminən 20 il ərzində torpaq sahəsindən istifadə etməklə ona ciddi ziyan vurmuşdur. 8 uşağı var və hal hazırda biri əlil olmaqla 6 uşağı onun himayəsindədir. Heç bir yerdə işləmir. 20 il ərzində İddiaçı tərəfindən mülkiyyətinə aid olan torpaq sahəsindən məhrum edilməsi onu olduqca ağır maddi vəziyyətə salmışdır. Torpağa Mülkiyyət Hüuququna dair JN-947: KOD-30126018 nömrəli Dövlət Aktına əsasən ona məxsus 4.18 ha torpaq sahəsində təyinatı üzrə taxıl əksəydi hər hektarda orta məhsuldarlıq üzrə 2.8 ton, ümumi 4 hektar sahədə (2.8x4=11.2) 11.2 ton buğda əldə edə bilərdi. İllik 11.2 ton məhsulu İddiaçı istifadə etdiyi son 5 ilə vurduqda (5x11.2=56) 5 il ərzində 56 ton buğda edir. Buğdanın son illərdəki bir kiloqramının qiymətinin 30-40 qəpik olmasını nəzərə alaraq 56 ton buğdanın dəyəri 19.600 (on doqquz min altı yüz) manat təşkil edir. Bundan əlavə, taxıl becərilməsi ilə bağlı dövlət tərəfindən hər hektara görə vətəndaşlara verilən subsidiya da bura əlavə olunsa (1 hektar 200 (iki yüz) manat, ümumi 4 hektar x200= 800 (səkkiz yüz) manat) ildə 800 (səkiz yüz) manat son 5 ildə əldən çıxmış faydanın məbləği 20000 (iyirmi min) manatdan artıq məbləğ təşkil edir. Qeyd olunanlara əsasən hesab edir ki, JN-947: KOD-30126018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus torpaq sahəsini qanunsuz olaraq əldə etməklə 20 il ərzində istifadə etmiş İddiaçı qanunsuz istifadəsinin son 5 ili üzrə hesablanmış 20000 (iyirmi min) manat pulun (əldən çıxmış fayda) tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmi iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh1 onun doğma qardaşıdır. Onunla münasibəti çox yaxşı olmuş, qardaş kimi xətrini çox istəmişdir. Aqrar İslahat zamanı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilən pay torpaq sahəsinin X23 özünə verilmişdir. 2006-cı ildə o, bir hektarı 1500 manatdan olmaq şərti ilə, Cavabdeh1 həmin torpaq sahəsini satın almışdır. Lakin, əlavə xərc çıxmasın deyə, həmçinin Ruslan qardaşı olduğundan ona güvəndiyi üçün alqı-satqını rəsmiləşdirməmişdir. O, birinci dəfə 2006-cı ildə Ruslana 1500 manat pul vermiş, qalan pulu hissə-hissə təqribən 3-4 dəfəyə qohumlarının yanında vermişdir. Axırıncı ödənişi 2009-cu ildə etmişdir. O, ümumilikdə Ruslana 7500 manat məbləğində pul vermişdir. Bundan əlavə, bütün kənd camaatı bilir ki, Cavabdeh1 torpağını 15 ildir ki, o, faktiki olaraq satın almış və əkib-becərməklə istifadə edir. Ruslanın islahat zamanı özünə və ailə üzvlərinə pay torpaq sahəsinin verilməsindən xəbəri olmuş, 2008-2009-cu illərdə dövlət aktına əsasən Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsindən yardım almış, həmçinin ona dövlət tərəfindən subsidiya şəklində iki baş iri buynuzlu heyvan verilmişdir. Odur ki, iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçıla Cavabdeh1 doğma qardaşdırlar. İddiaçı 2006-cı ildə Cavabdeh1la şifahi razılığa gələrək, sonuncunun 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 7500 manata satın almışdır. Həmin vaxt Ruslan torpaq sahəsinin sənədlərini Yarmətə vermiş, Yarmət əvvəlcə Ruslana 1500 manat pul vermiş, qalan hissəsini isə 2009-cu ilədək 3-4 dəfə olmaqla hissə-hissə 7500 manat pul ödəmişdir. Ruslan Yarmətin qardaşı olduğundan sonuncu, öz qardaşına güvənərək, əlavə xərc çıxmasın deyə alqı-satqını rəsmiləşdirməmiş, torpağın sənədləri 2020-ci ilə kimi İddiaçı olmuşdur. Lakin, sonradan Ruslan həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Yarmətlə Ruslan arasında mübahisə yarandıqdan sonra polisə müraciət olunmuş, Cavabdeh1 polis bölməsinə çağırılmış, orada verdiyi izahatda torpaq sahəsini İddiaçı satdığını etiraf etmişdir. Yarmət hazırkı iş üzrə hüquqi xidmətə görə onun hesabına 500 manat məbləğində pul ödəmişdir. Odur ki, iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, 2005-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair sənədləri o, qardaşı İddiaçı verməmiş, həmin sənədləri islahat vaxtı həmin şəxsin özü götürmüşdür. Onun torpaq sahəsinin olmasından xəbəri olmuş, lakin nə qədər və harada torpaq sahəsi olması barədə məlumatı olmamışdır. Onun və ailə üzvlərinin adında torpaq sahəsinin olmasını sosial yardım almaq üçün müraciət edəndə bilmişdir. O, qardaşı Yarmətin evində ailəsi ilə birlikdə qul kimi işləmiş, hər dəfə pula ehtiyacı olanda qardaşından pul almışdır. Ona Yarmət tərəfindən 300 manat pul verilmiş, lakin həmin pulu Yarmət ona evində işlədiyinə görə vermişdir. Onun 8 uşağı olmuş, maddi vəziyyəti aşağı olmuş, ona görə də, Yarmətə demişdir ki, ya uşaqlar üçün sosial yardım düzəltsin, ya da adında olan torpağı adından çıxartsın. Yarmət isə hər dəfə ona “sənin adında torpaq yoxdur” demişdir. Torpaq sahəsinin Yarmətə satılması barədə aralarında heç bir şifahi razılıq olmamış, torpağa görə Yarmət ona pul verməmişdir. Maddi vəziyyəti pis olduğuna görə, o, sonradan həmin torpaq sahəsini 10000 manata başqa şəxsə satmışdır. Odur ki, iddianın rədd edilməsi, özünün qarşılıqlı iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X8 iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək Cavabdeh1 ilə analoji izahat vermiş iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 30 ildir ki, Cavabdeh1la evli olmaqla onunla birlikdə yaşayır. Ruslan oxumağı və yazmağı bacarmır. Onlar bilmişlər ki, iki yerdə mülkiyyətlərində torpaq sahəsi vardır. Nə Ruslan nə də o, ailələrinin mülkiyyətində olan pay torpaq sahəsini Yarmətə satmamışlar, torpağa görə Yarmət onlara 1500 manat pul verməmişdir. Yarmət onlar üçün sosial yardım çıxarmışdır. Bundan başqa, həmin şəxs hər ay onun ailəsinə makaron, un, qənd, şəkər tozu vermişdir. Hazırda Yarmət onları ata yurdundan çıxarmaq istəyir, Ruslana təzyiqlər edir. Odur ki, iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, Qusar rayonu Yasab kəndində yaşayır. İddiaçı və Cavabdeh1 onun dayılarıdırlar. Bir il olar ki, dayısı Ruslanla münasibəti yoxdur. Dayısı Ruslan 4 hektar torpaq sahəsini satmaq istədiyini demiş, Yarmət isə Ruslana “torpaq sahəsini satma, uşaqlarındır” demişdir. Yarmət Ruslana pul verəndə ona və xalası oğlu Səxavətə şahid qismində Ruslanın evində olmağı demiş, 3-4 dəfə onun yanında Yarmət Ruslana pul vermiş, lakin hansı məbləğdə pul verməsini bilməmişdir. O, Yarmətlə qonşuluqda yaşayır, hər gecə onun evində toplaşmışlar. Yarmət Ruslana verdiyi pulu torpağa görə vermişdir. Yarmət pulu əvvəlcə köhnə Azərbaycan manatı ilə vermiş, sonra isə yeni manatla vermişdir. Pul veriləndə Ruslanın həyat yoldaşı orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, Qusar rayonu Yasab kəndində yaşayır. İddiaçı və Cavabdeh1 onun dayılarıdır. Dayılarının arasında ən çox münasibəti yaxşı olan Ruslan olmuşdur. Bir dəfə Ruslanın evində olanda, Ruslan ona sənədləri göstərib torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, Ruslana torpağı artıq Yarmətə satdığını demiş, Ruslan cavabında “o nə puldu ki, mənə verdiyi” demişdir. Hər axşam Yarmətin evində toplaşmışdılar. Yarmət Ruslana onun yanında torpağa görə 3-4 dəfə pul vermişdir. Ruslan ona torpağı satmaq istədiyini bildirəndə o, “ayıb olar sənə, pulu alıb xərcləmisən” demiş, Ruslan isə ona “mən bilmirəm siz hansı tərəfdənsiz” demişdir. Ruslan Yarmətdən torpaq sahəsinə görə 7500 manat pul almışdır. Bir dəfə Ruslan ona “Yarmət mənə 1000 manat əvəzinə, 2000 manat pul verib” demişdir. Sonradan həmin torpaq sahəsini Ruslanın başqa adama satdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərmişdir ki, Yarmət və Ruslan onun qardaşlarıdır. O, kənd camaatından eşitmişdir ki, Ruslan özünə məxsus olmuş, çoxdan Yarmətə satdığı pay torpaq sahəsini başqa adama satmaq niyyətindədir. O, da Ruslana yalvararaq torpağı Yarmətə satdığını və pulu aldığına görə başqa adama satmamasını demiş, lakin Ruslan ona qulaq asmamışdır. Ruslan onun evinə gedib-gəlmiş, o özü torpaq sahəsini Yarmətə satıb pulu aldığını demişdir. Yarmət Ruslana pulu bir dəfəyə yox, bir neçə dəfəyə vermiş, lakin pul verəndə o, özü orada olmamışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızına və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, işdə olan JN-947: KOD-30126018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11/10 saylı qərarı və DNK-nun 28.12 2004-cü il tarixli 4ə-9-1187 nömrəli müqaviləsi əsasında Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9 və X10 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan **********05 reyestr nömrəli, **********qeydiyyat nömrəli 15.03.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Yasab kəndində yerləşən 4.1769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Yasab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli 282 saylı arayışdan görünür ki, 2004-2007-ci illərdə Yasab kəndi ərazisində pay torpaqlarının bir hektarının alqı-satqı qiymətləri 1500-2500 (min beş yüz-iki min beş yüz) manat civarında olmuşdur. İşdə olan 19 mart 2021-ci il tarixli 4Ə-688 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 4.1769 ha torpaq sahəsini X3 5000 manata satmışlar. İşdə olan X14 26 avqust 2021-ci il tarixli yazılı izahatından görünür ki, Qusar rayonu Yasab kənd sakini Cavabdeh1 və onun ailə üzvlərinə məxsus olan 4.18 ha torpaq sahəsi ailə üzvlərinin də razılığı ilə 2006-cı ildə 7500 (yeddi min beş yüz) manata İddiaçı satılmışdır. Həmin torpaq sahəsinin alqı-satqısını notariatda rəsmiləşdirməsələr də o, dəqiq bilir ki, Cavabdeh1 həmin 4.18 ha torpaq sahəsini 7500 manat pula İddiaçı satmışdır. Həmin 7500 manat pulun İddiaçı tərəfindən bir neçə dəfəyə tam olaraq Cavabdeh1 ödənildiyini tam olaraq bilir. Belə ki, Cavabdeh1 özü söhbətlər zamanı demişdir ki, 4.18 ha torpaq sahəsini razılaşdıqları qiymətə uyğun 7500 manat pul vəsaiti İddiaçı tərəfindən ona tam olaraq ödənilmişdir. Artıq 15 ilə yaxın zamandır ki, həmin torpağı İddiaçı istifadə edir. Bu vaxtdan o, Cavabdeh1 tərəfindən həmin torpaqla əlaqədar İddiaçı hər hansı tələb irəli sürülməsinin şahidi olmamış, həmin torpaq sahəsindən bu illər ərzində İddiaçı öz mülkiyyəti kimi istifadə etmişdir. İşdə olan Cavabdeh1 Qusar RPŞ-nin X22 verdiyi 15.04.2021-ci il tarixli izahatından görünür ki, o, bir neçə il bundan əvvəl qardaşı Yarmətə demişdir ki, ona pul lazımdır, özünə məxsus torpaq sahəsini satmaq istəyir, əgər o alsa ona satar, əks təqdirdə həmkəndlisi İkrama satacaqdır. O, ailəsinə məxsus 4 hektar torpaq sahəsini Yarmətə satmaq barədə onunla razılaşmış, ondan 300 manat məbləğində pul almışdır. Lakin, Yarmət torpaq pulunu ona az verdiyinə görə torpağı Yarmətin adına keçirilməsinə razı olmamışdır. Torpaq sahəsini Yarmətə satmaq ona sərf etməmiş, ona görə də, torpağı ona verməmişdir. İşdə olan Azərbaycan Respublikasınının Dövlət Statistika Komitəsi Qusar rayon Statistika idarəsinin 01 sentyabr 2021-ci il tarixli 101 saylı məktubundan görünür ki, inflyayisiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ilin iyul ayında 2006-cı ilin may ayına nisbətən 257.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.6 dəfə artmışdır. İşdə olan 18 may 2021-ci il tarixli ödəniş tapşırığı BPM**********33 qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət qarşılığında Vəkil 500 (beş yüz) manat pul ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2006-cı ildə həqiqətən də, İddiaçıla Cavabdeh1 arasında sonuncunun və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısı barədə şifahi razılaşma olmuşdur. İddiaçı torpaq sahəsinə görə Cavabdeh1 hissəhissə olmaqla 2006-2009-cu illərdə cəmi 7500 manat məbləğində pul vermişdir. Torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmanın olması və İddiaçı tərəfindən Cavabdeh1 hissə-hissə 7500 manat məbləğində pulun verilməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuş, Cavabdeh1 özü də şifahi alqı-satqı faktını və Yarmətin ona 300 manat pul verməsini Qusar RPŞ-nin Həzrə PB-nə verdiyi izahatında etiraf etmişdir. Lakin, sonradan həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiqlənən heç bir müqavilə bağlanmamışdır. Daha sonra isə Cavabdeh1 və ailə üzvləri həmin torpaq sahəsini başqa şəxsə satmışlar. İddiaçı tərəfindən Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi və bununla da, Cavabdeh1 maddi ziyan vurması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, İddiaçıla Cavabdeh1 arasında torpaq sahəsinin alqısatqısına dair olan şifahi müqavilə əhəmiyyətsiz bir müqavilə olduğundan həmin müqavilə üzrə pulu alan tərəf aldığını geri qaytarmalıdır. Bu səbəbdən də Cavabdeh1 həmin müqavilə üzrə alınmış pul vəsaitini geri qaytarmağa borcludur. İlkin iddia üzrə digər cavabdehlər isə həmin şifahi alqı-satqı müqaviləsində və pulun alınmasında heç bir şəkildə iştirak etmədiklərindən həmin şəxslər İddiaçı qarşısında hər hansı öhdəlik daşımırlar. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh1 7500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddiaçı ilkin iddia üzrə digər cavabdehlərə qarşı irəli sürdüyü tələb isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin, İddiaçı Cavabdeh1 verdiyi pul vəsaitinin infilyasiya faizləri və torpağın dəyərinin bahalaşması nəzərə alınıb indeksasiya olunmaqla tutulması barədə dəlillərini də qəbul etmir. Belə ki, İddiaçı torpaq sahəsini 15 il müddətində istifadə etməklə oradan bəhər əldə etmişdir. Odur ki, məhkəmə pul vəsaitinin indeksasiya olunmaqla tutulmasını əsaslı və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə Cavabdeh1 qarşılıqlı iddia tələbini müzakirə edərək belə qənaətə gəlir ki, həmin iddianın əsası kimi istinad olunmuş hallar məhkəmədə öz təsdiqini tapmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə məlum olmuşdur ki, Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 iradəsinə zidd olaraq deyil, onun şifahi razılığı və sərəncamı əsasında İddiaçı sahibliyinə və istifadəsinə verilmiş və sonuncu, həmin torpaq sahəsindən istifadə etmişdir. Bununla da, İddiaçı tərəfindən Cavabdeh1 heç bir maddi ziyan, o cümlədən əldən çıxmış fayda növündə ziyan vurulmamışdır. Bu səbəbdən də, məhkəmə Cavabdeh1 qarşılıqlı iddia üzrə dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmiş, Cavabdeh1 isə qarşılıqlı iddia üzrə tələbinin əsası kimi istintad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardımına görə çəkdiyi 500 manat məbləğində xərc qarşı tərəfdən-yəni Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddiası rədd olunduğundan həmin iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 7500 (yeddi min) manat məbləğində pul vəsaiti, həmçinin vəkil xidmətindən istifadəyə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Cavabdeh1 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-555/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-555/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver