Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-557/2022 22.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 iyul 2005-ci il tarixdə vəfat etmiş X4 arasında qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun xalası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun xalası X6 məxsusdur. Həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ KOD 30107018 JN-117F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olması qeyd edilmişdir. X10 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhum ilə onun qohumluğu olmuşdur. Belə ki, həmin şəxs onun anası Atayeva (Saruxanova) Rəşmə İbadulla qızı anadan bir bacı olmaqla onun xalası olmuşdur. Onun anası Rəşmə Atayeva (Saruxanova) isə Telli Saruxanovadan əvvəl, yəni xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Telli Saruxanova vəfat etdikdən sonra, mərhumun ondan başqa digər qanun üzrə vərəsələri olmamış, həmin şəxsin mülkiyyətində olmuş 0.23 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi vərəsə kimi onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Hal-hazırda torpaq sahəsinin torpaq vergilərini, o cümlədən evin kommunal xidmət haqlarını o ödəyir. Hal-hazırda o, X15 rayonu Gedəzeyxur kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsini və evini vərəsəlik yolu ilə qəbul etmək istəyir. Çünki, həmin mirası faktiki olaraq o qəbul etmişdir. Bu məqsədlə o, Qusar rayon Notariat ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Qusar rayon Notariat ofisindən ona bildirilmişdir ki, onunla X20nın arasında olan qohumluluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bildirmişdir ki, Telli Saruxanovanın doğum haqqında akt qeydi mövcud olsa da, onun anası Rəşmə Atayevanı (Saruxanovanın) doğumu haqqında akt qeydi mövcud deyildir və ona görə də, bu barədə sənədləri əldə etmək mümkün olmamışdır. Mərhum anasının doğum haqqında akt qeydinin olmaması barədə Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq arayış verilmişdir. Bununla belə, yaşadığı kənddə bütün qohumları bilir ki, X20 onun xalasıdır. Yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən də bu barədə xx.xx.2022-ci il tarixli 239 saylı arayış verilmişdir. O, hazırda X20nın mirasını qəbul etmək hüququ olan şəxslərin dairəsinə daxildir. Çünki, onun anası sağ deyil, vəfat etmişdir. Hal-hazırda X20nın mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun xalası olması faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və tələbində durur. Bundan başqa bildirmişdir ki, o, şəxsi işləri ilə bağlı 22 iyun 2022-ci il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə məhkəmə iclaslarında onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.1979-cu il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli 116 saylı arayışdan görünür ki, xx.xx.1914-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş X5 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli 110 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 23 noyabr 1928-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 30 iyul 2005-ci ilədək Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AZ-İ 021371 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 iyul 2005-ci il tarixdə Qusar şəhərində Ağciyər ödemi səbəbindən ölmüşdür. İşdə olan İ-ИЕ № 578390 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 noyabr 1928-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. X2, anası X9r. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 240 saylı arayışdan görünür ki, mərhum X6 məxsus qaz və işıq ödənişləri 2006-cı ildən Ərizəçi tərəfindən ödənilir. İşdə olan Qusar rayonu Gedəzeyxur Bələdiyyəsindən verilmiş 07 aprel 2022-ci il tarixli 11 saylı arayışdan görünür ki, mərhum X6 məxsus əmlak və torpaq vergiləri 2006-cı ildən hal-hazıra kimi Ərizəçi tərəfindən ödənilir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 239 saylı arayışdan görünür ki, mərhum X1 Yahyabəy Abdulla oğlunun xalasıdır. İşdə olan 21 aprel 2022-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş çıxarışdan görünür ki, X12 ilə X5 nikahları 02 sentyabr 1967-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 06 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.Nikah bağlandıqdan sonra qadına “Atayeva” soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 212 saylı arayışdan görünür ki, mərhum X10 vəfat etdiyi günə kimi Qusar rayonu Gedəzeyxur kəndində yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. 1. Ərizəçi. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli X- 483 saylı məktubdan görünür ki, həmin notariat ofisində xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan İ-ИЕ № 660063 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. Ata qrafası boş buraxılmış, anası X7r. İşdə olan KOD 30107018 JN-117F olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətamənin surətindən görünür ki, X6 Qusar rayon Aqrar İslahat komissiyasnın 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə Qusar rayonu Gedəzeyxur kəndində 0.23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X10 30 iyul 2005-ci il tarixdə ölmüşdür. X20 Ərizəçi xalası olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyinin 07 aprel 2022-ci il tarixli 239 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X20nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X20 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X20nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin eyni anadan olduğu bacısının oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 30 iyul 2005-ci il tarixdə vəfat etmiş X4 bacısı oğlu olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni X20nın Ərizəçi xalası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 30 iyul 2005-ci il tarixdə vəfat etmiş X10 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni X20nın Ərizəçi xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-557/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-557/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver