Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-558/2021 26.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Qusar rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Qusar rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 22 oktyabr 2008-ci il tarixdə vəfat etmiş X8 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun doğma əmisi qızı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma əmisi qızı X8 22.10.2008-ci il tarixdə vəfat etmiş, vəfatından sonra qanun üzrə birinci və ikinci dərəcəli vərəsələri qalmamışdır. Pərci Abduləliyevanın valideynləri özündən xeyli müddət əvvəl vəfat etmişlər. Bundan başqa, həmin şəxs ailə həyatı qurmamış, övladları olmamışdır. X10rdaş və bacıları da olmamışdır. Sağ qalan xala, bibi, əmi və dayıları da yoxdur. Beləliklə, X18 üçüncü və dördüncü dərəcəli vərəsələri də qalmamışdır. O, isə həmin şəxsin doğma əmisi oğludur və həmin şəxsin beşinci dərəcəli vərəsəsidir. X18 mülkiyyətində torpaq sahəsi vardır. Hal-hazırda o, həmin əmlakı vərəsəlik yolu ilə qəbul etmək istəyir, çünki, həmin əmlakı faktiki olaraq o qəbul etmiş və Pərci Abduləliyevanın vəfat etdiyi vaxtdan hal-hazıra kimi həmin əmlakı o idarə edir. Bu məqsədlə o, Qusar rayon Notariat Kontoruna müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X18 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X18 və onun doğumu haqqında akt qeydləri tam olaraq mövcud deyildir və ona görə də, bu barədə sənədləri əldə etmək mümkün deyildir. Hal-hazırda mərhum Pərçi Abduləliyevanın mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun doğma əmisi qızı olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhməyə ərizə göndərərək ərizəni müdafiə etdiyini və ərizənin təmin edilməsini, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini, işə onun iştirakı olmada baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Qusar rayonu Xurel kəndində anadan olmuş, Qusar rayonu Avaran qışlaq kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli 18 saylı arayışdan görünür ki, Qusar rayonu Avaran qışlaq kənd sakini Ərizəçi mərhumə X3 əmisi oğludur. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X13 20 may 1937-ci ildə anadan olmuş, atası X11, anası X20r. İşdə olan İ-İE 508700 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X12 04 sentyabr 1967-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Pərci Çiqaliyeva “Abduləliyeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X28 oğlu 05 yanvar 1942-ci il tarixdə anadan olmuş, atası X9r, anası X1r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi 12 sentyabr 1975-ci il tarixdə anadan olmuş, atası X4r, anası X16r. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.12.2020-ci il tarixli 298 saylı ayarışdan görünür ki, həmin şöbənin arxivində X6 doğumu haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1936-1955-ci illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli X-1095 saylı məktubdan görünür ki, həmin notariat ofisində 22 oktyabr 2008-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan AZ-İ 299554 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 oktyabr 2008-ci il tarixdə ölmüşdür. İşdə olan Bakı şəhəri Yasamal rayon X30 rayon Notariat Ofisinə göndərilmiş 23 fevral 2021-ci il tarixli 05/76-565/12 saylı məktubdan görünür ki, 03.02.1982-ci il tarixdə vəfat etmiş X7 ölümü 04.02.1982-ci il tarixli № 174 aktla Yasamal rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Pərci Abduləliyeva 22 oktyabr 2008-ci il tarixdə ölmüşdür. X32 Ərizəçi doğma əmisi qızı olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəiyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli 18 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X18 miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla mərhum Pərci Abduəliyevanın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X18 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma əmisi oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 22 oktyabr 2008-ci il tarixdə vəfat etmiş mərhumə X5 doğma əmisi qızı olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni ərizəçinin mərhumə Pərci Abduləliyevanın doğma əmisi qızının olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdikləri halları tam sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 oktyabr 2008-ci il tarixdə vəfat etmiş X8 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni sonuncunun X18 doğma əmisi qızı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-558/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-558/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver