Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-559/2023 13.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X24 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona verilməsi barəsə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və içərisində olan yaşayış evini keçmiş həyat yoldaşı, Cavabdeh1 2016-cı ildə notarial qaydada alqı-satqı yolu ilə almışdır. Həmin ev ona, İddiaçı məxsusdur və onun mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 08977681 saylı Çıxarış verilmişdir. Hal-hazırda o, özü və övladları X13 və X11 yaşayırlar. Amma evin pasport qeydiyyatında ondan başqa keçmiş həyat yoldaşı Cavabdeh1 və Asifin anası Cavabdeh2 da vardır. Cavabdehlər X6 və Cavabdeh2ev ona satıldıqdan sonra ümumiyyətlə qeydiyyatda olduqları ünvan 2 ünvanda yaşamamışlar. Bundan başqa, Cavabdeh1 ilə nikahları 2015-ci ildən pozulduqdan sonra ümumiyyətlə Azərbaycan Respublikasının ərazisində daxil olmamışdır. Həm nikahın pozulması zamanı təmsilçilik hüquqlarını, həm də özünə məxsus evin alqı-satqı edilməsi prosesini notarial etibarnamə əsasında həyata keçirmişdir. Cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün Qusar rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin, cavabdehlər qeydiyyatdan könüllü çıxmaq istəmədikləri üçün Polis Şöbəsi bu məsələni məhkəmə qaydasında həll etməli olduğunu bildirmişdir. Beləliklə, cavabdehlərin onun evində qeydiyyatda olmaları formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Onların öz yaşayış ünvanları vardır və faktiki olaraq orada yaşayırlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən evi 2016-cı ildə keçmiş əri Cavabdeh1 satın almışdır. Cavabdehlər uzun müddətdir ki, ona məxsus evdə yaşamırlar. Evdə cavabdehlərə məxsus xalça və mətbəx mebeli qalmış, həmin əşyalar 20-25 ilin əşyalarıdır, köhnəliblər, üzərlərini toz basmışdır. Asif uzun müddətdir ki, Azərbaycan Respublikasından getmiş, hazırda harada olduğunu bilmir. Cavabdeh2 isə başqa ünvanda yaşayır. Odur ki, cavabdehlərin ona məxsus evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, iddiaçını və cavabdehləri tanıyır, 2015-ci ildən iddiaçıya məxsus evin həyətində fəhlə işləmişdir. O, həmin evdə ancaq Mehribanı və Sonaxanımı görmüşdür. 2018-ci ildən sonra isə Sonaxanımı həmin evdə görməmişdir. Asifi isə ümumiyyətlə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Asifi və Sonaxanımı tanıyır, onlarla qonşu olmuş, Asif onun oğlunun dostu olmuşdur. 2015-ci ildən sonra Asifi ünvan 4 ünvanda yerləşən evdə görməmişdir. 2018-ci ildən sonra isə Sonaxanımı da orada görməmiş, həmin şəxsin evə gəlib-getdiyini də görməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri və çağırış vərəqələri göndərilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh1 nümayəndəsi X10 ilə İddiaçı arasında bağlanmış 12 iyul 2016-jı il tarixli AN-İ ******* saylı 4Ə-805 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsi Cavabdeh1 adından 5000 (beş min) manata X1. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(029)-796/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış 16 noyabr 2005-ci il tarixli, 4Ə-3-533 reyestr nömrəli bağışlama müqaviləsi; 16 noyabr 2005-ci il tarixli, 4Ə-3-533 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına Qusar rayonu X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14 noyabr 2005-ci il tarixli, 1546 inventar nömrəli Qeydiyyat Vəsiqəsi; Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış; Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış 12 iyul 2016-cı il tarixli AN-İ ******* saylı, 4Ə-805 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında cavabdeh İddiaçı adına verilmiş Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməsi; iddiaçı Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, onun həmin evdə cavabdehlər Cavabdeh1 və İddiaçı tərəfindən yaşamasına yaradılan maneələrə son qoyulması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(105)- 851/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər X3, İddiaçı, Qusar rayon Dövlət Notariat Kontoruna və 5 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin, yaşayış evinə dair çıxarışın, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və yaşayış evinə köçürülmə barədə iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 2574/2020 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasoiya Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanda Cavabdeh2, Cavabdeh1, X2, X14, X12 qeydiyyatdadırlar. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazidairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 1899 saylı arayışdan görünür ki, Cavabdeh1 2015-ci ildən və anası Cavabdeh2 2018-ci ildən ünvan 7 evdə yaşamırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi əvvəllər xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuş, həmin şəxs həmin evi 2005-ci ildə özünün oğlu, digər Cavabdeh1 bağışlamış, sonuncu isə 2016-cı ildə özünün etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə həmin evi keçmiş arvadı İddiaçı satmışdır. Cavabdeh1 2015-ci ildən, Cavabdeh2 isə 2018-ci ildən həmin evdə yaşamırlar, özlərinin başqa daimi yaşayış yerləri vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi təşkil edir (Mülki Məcəllənin 157-ci maddəsi) və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehlərin isə həmin evdə pasport qeydiyyatında olmaları işin mübahisəsiz faktiki hallarıdır. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 həmin evə istifadə hüquqularının mövcud olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 özünün mülkiyyətində olmuş həmin fərdi yaşayış evini 2016-cı ildə iddiaçıya satmaqla həmin şəxsin həmin evə mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququn tərkib elementlərindən biri olan istifadə hüququnu itirmişdir. Eyni zamanda, həmin şəxs iddiaçının keçmiş əri olmaqla onunla iddiaçı arasında hər hansı ailə münasibətləri mövcud deyil və buna görə də həmin şəxsin həmin evdən ailə hüquq münasibətlərinə əsaslanan istifadə etmək səlahiyyəti də yoxdur. Bundan başqa, həmin şəxsin artıq 2015-ci ildən indiyədək həmin evdə yaşamaması və özü üçün başqa yaşayış yeri seçərək orada yaşaması və bununla da, iddiaçıya məxsus evdə yaşamağa hər hansı ehtiyacının olmaması məhkəmə tərəfindən müəyyən olunmuş, həmin hallar işdə olan sənədlərlə, o cümlədən şahid ifadələri ilə sübuta yetirilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə Cavabdeh1 istifadə hüququnun mövcud olmasının əsasları tam aradan qalxdığından onun həmin hüququnun, o cümlədən evə pasport qeydiyyatının saxlanması iddiaçının mülkiyyət hüququnun əsassız pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsi ilə bağlı isə qeyd edir ki, həmin şəxslə də iddiaçı arasında hər hansı ailə münasibətləri qalmamış, həmin şəxs iddiaçının ailə üzvü deyil və onun həmin evə ailə hüquq münasibətlərindən irəli gələn istifadə hüququnun mövcud olmasının əsasları da tam aradan qalxdığından həmin şəxsin də iddiaçıya məxsus evdən istifadə etmək səlahiyyəti yoxdur. Həmçinin, qeyd olunmalıdır ki, Cavabdeh2 həmin evə məhdud əşya hüququ olan istifadə hüququ da mövcud deyil, çünki mübahisəli ev iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin şəxsin belə bir hüququn əmələ gəlməsinə əsas verən hal olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları tamamilə uzlaşır və bu səbəbdən də, iddiaçının ünvan 7 ünvanda yerləşən evə mülkiyyət hüququ müdafiə olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-559/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-559/2023
13.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver