Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-559/2024 17.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nın miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi anası X11 məxsusdur. Həmin evə dair anasının adına texniki pasport tərtib edilmiş, o cümlədən evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair həmin şəxsin adına torpaq qeydi vardır. X14 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və vəfat edənədək yuxarıda göstərilən ünvanda yaşamışdır. O, xx.xx.1950-ci ildə anadan olmuş, qeyd etdiyi ünvanda böyümüş, mərhum anası vəfat etdikdən sonra da orada yaşamağa davam etmiş, hazırda da həmin ünvanda qeydiyyatda olmaqla yaşayır, evə sahiblik etməklə onu idarə edir. Mərhum anası vəfat etdikdən sonra onun qanun üzrə yeganə vərəsəsi o qalmışdır. Hazırda mərhum atasından miras qalmış evdə yalnız o yaşayır, evi mərhum anasından sonra miras əmlak kimi o qəbul edib ona sahiblənmişdir. Evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 25 aprel 2024-cü il tarixli 471 saylı məktub verilmişdir. Hesab edir ki, mərhum anasından miras qalmış yuxarıda qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ vardır. Onun həmin mirası faktiki olaraq qəbul etməyi isə qeyd etdiyi kimi orada qeydiyyatda olmaqla yaşamağı, hazırda da həmin evi idarə etməyi ilə təsdiq olunur. Göründüyü kimi, o miras qoyan mərhum X14nın mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1950-ci ildə Qusar şəhərində anadan olmuşdur. X5, anası X3r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Ərizəçi xx xxxxxx 1950-ci ildə anadan olmuşdur. X1, bacısı X7r. Qeyd: arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixdə 1071 saylı arayışdan görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş mərhum X6 vəfat etdiyi günədək Qusar şəhəri H.Aslanov küçəsi 70 saylı evdə yaşamışdır. İşdə olan İİ-ЖГ 447653 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 aprel 1994-cü ildə Qusar şəhərində ölmüşdür. İşdə olan texniki passportdan görünür ki, Qusar şəhəri A.Aslanov 64 nömrəli ev mülkiyyət hüququ üzrə X4 aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ərizəçinin X1na məxsus olmuş, bu barədə Qusar şəhəri icra nümayəndəliyində müvafiq qeydiyyat aparılmışdır. Ərizəçinin anası vəfat etdikdən sonra ərizəçi X4 məxsus evə sahiblənməklə orada yaşamağa, evi və torpaq sahəsini idarə etməyə davam etmiş, bununla da öz atasının mirasını faktiki olaraq qəbul etmişdir. Ərizəçi xx.xx.1950-ci ildə həmin evdə anadan olmuş, orada böyümüşdür. Ərizəçinin anası vəfat etdikdən sonra onun qanun üzrə 2 nəfər vərəsələri qalmışdır. Lakin, ərizəçinin bacısı X8 31 avqust 2012-ci ildə vəfat etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli Ərizəçi mərhum X1nın miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1nın miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-559/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-559/2024
17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver