Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-56/2021 08.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 mart 2016-cı il tarixli Seriya RX № ******* nömrəli Çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin Cavabdeh alınıb aidiyyatı üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 mart 2016-cı il tarixli Seriya RX № ******* nömrəli Çıxarış ilə ona 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onun mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi cavabdeh tərəfindən özbaşına tutularaq (zəbt edilərək) istifadə edilir. Həmin torpaq sahəsini Cavabdeh geri qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun mülkiyyətinə Qusar rayonu Qullar kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ 03 mart 2016-cı il tarixli Seriya RX № ******* nömrəli çıxarışla təsdiq edilir. Sözügedən torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla da cavabdeh onun həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, sahiblik və istifadə hüquqlarını pozmuşdur. Hal-hazırda da mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsində o, özünə məxsus olan həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Bu hal məhkəmə ekspertizasi mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə də təsdiq edilir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü hazırkı iddia tələbi əsassızdır. Belə ki, o, tam qanuni əsaslarla özünə məxsus olan torpaq sahəsindən istifadə edir və iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməmiş, nədəki iddiaçıya məxsus hər hansı torpaq sahəsindən istifadə etmir. Məhkəmə ekspertizasi mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə də razı deyildir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 03.03.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Qullar kəndində yerləşən **********44 reyestr nömrəli 0.12 ha torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan 047596 saylı 03.03.2016-cı il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayonu Qullar kəndindı yerləşən reyestr nömrəsi **********44 olan 0.12 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli C-52 saylı mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Qullar kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə ölçüləri 0.08 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən iddiaçıya məxsus 0.0379 ha torpaq sahəsi istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 23 iyul 2021-ci il tarixli 10/2135 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən Seriya RX ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Qullar kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə ölçüləri 0.08 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən iddiaçıya məxsus 0.0379 ha torpaq sahəsi istifadə edilir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 iyun 2021ci il tarixli **********62 saylı məktubundan görünür ki, 25 may 2021-ci il tarixli C-52 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri 311,00 (üç yüz on bir) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli 10/2135 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli C-52 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 23 iyul 2021-ci il tarixli 10/2135 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Qullar kəndində yerləşməklə İddiaçı məxsus olan 0.12 hektar həyətyanı torpaq sahəsinin 0.0379 hektar torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Bu isə, həmin torpaq sahəsinə dair iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin həmin maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsinin 0.0379 hektar hissəsinə qanunsuz sahiblik etməklə və ondan istifadə etməklə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına əsasız müdaxilə etməklə həmin şəxsin həmin hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 mart 2016-cı il tarixli Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qusar rayonu Qullar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0379 ha hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası İddiaçı təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Bundan başqa, iş üzrə 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 mart 2016-cı il tarixli Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qusar rayonu Qullar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0379 ha hissəsi Cavabdeh alınaraqn İddiaçı qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlı̇ k edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-56/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-56/2021
08.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver