Məhkəmə qərarları › İş №2(029)-576/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-576/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-576/2025 11.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X31 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “qohumluq münasibətləri və mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 02 may 2003-cü il tarixdə vəfat etmiş X19 ilə doğma bacısı olması faktının, habelə X7 miras qalmış əmlakın mənim tərəfimdən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bacısı X19 1930-cu ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, 02 may 2003-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra vərəsələri olaraq o, Ərizəçi, doğma qardaşları X14, X15 və X3 qalmışlar. O, bacısı X7 miras qalmış əmlakı faktiki qəbul edib idarə edir. Hal-hazırda isə həmin miras barəsində vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyir. Lakin, Qusar rayon Qeydiyyat şöbəsində bacısı X10 doğum haqqında akt qeydi tapılmadığı üçün onun 02 may 2003-cü il tarixdə vəfat etmiş X19 ilə doğma bacılar olmalarını təsdiq etmək mümkün olmamışdır. O, bacısı X7 miras qalmış əmlaklar barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin Qusar rayon Notariat ofisi onun X19 ilə qohumluq münasibətlərimi təsdiq edən sənədlər olmadığı və mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də onun və X10 qohumluq münasibətləri məhkəmə qaydasında müəyyənləşdirilməli, onun 02 may 2003-cü il tarixdə vəfat etmiş X10 doğma bacısı olmağı faktı, habelə X7 miras qalmış əmlakın onun tərəfimdən faktiki qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. Onun 02 may 2003-cü il tarixdə vəfat etmiş X10 doğma bacısı olmağı faktının, habelə X7 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsi ona vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Onun 02 may 2003-cü il tarixdə vəfat etmiş X10 doğma bacısı olmağı, habelə X7 miras qalmış əmlakın mənim tərəfimdən faktiki qəbul edilməsi Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyinin 17 mart 2024-cü il tarixli arayışı, 10 aprel 2025-ci il tarixli və 14 aprel 2025-ci il tarixli aktlarla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, onun 94 yaşı olmaqla qocadır, xəstədir, gəzə bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Fatma Hacıyeva isə ərizəçinin doğma bacısıdır. Fatma ailə həyatı qurmamış, heç bir övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısı, Fatma Hacıyeva isə atadan bir, anadan isə ayrı bacısıdır. Ərizəçi isə Fatma Hacıyeva ilə doğma bacıdır. Fatma Hacıyeva ailə həyatı qurmamış, övladı olmamışdır. Fatma Hacıyevanın torpaq sahəsi qalmış, Ərizəçi həmin torpaq sahəsini təmizləyir, idarə edir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İE 785114 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01 mart 1931-ci il tarixdə anadan olmuş, atası X8, anası X9r. İşdə olan İE 048534 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X12 12 iyul 1952-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, Muminat Hacıyeva “Osmanova” soyadını qəbul etmişdir. İşdə olan AZ 145445 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 02 may 2003-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli 372 saylı ölüm haqqında arayışdan görünür ki, X10 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. xx.xx.1928-ci ildən xx.xx.1933-cü ilədək Qusar rayon qeydiyyat şöbəsi üzrə ilkin akt qeydləri, xx.xx.1936-xx.xx.2003-cü ilədək bərpa akt qeydləri üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar rayonu Avaran kənd sakinləri X6, X4 və X16 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli aktdan görünür ki, X19 01 yanvar 1930-cu ildə Qusar rayonu Avaran kəndində anadan olmuşdur. Onun doğma bacısı Ərizəçi xx xxx 1931-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuşdur. Onun doğma bacısı Ərizəçi xx xxx 1931-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuşdur. Onların atası X8, anası X9r. X19 02 may 2003-cü ildə vəfat etmişdir və Avaran kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi mərhum X10 vərəsələri sırasına daxildir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Avaran kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1xx.xx.2025-ci il tarixli 21 saylı arayışdan görünür ki, X19 02 may 2003-cü ildə vəfat etmişdir və onun aşağıdakı vərəsələri qalmışdır:

1. Bacısı Ərizəçi

2. X1

3. X2

4. X3. Mərhumun ölümündən sonra əmlakı Ərizəçi idarə edir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli 807 saylı məktubdan görünür ki, Ərizəçi Nıəbi qızının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun xx.xx.2003-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməsinə baxmayaraq adına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməsi barədə ərizəsinə baxılmışdır. Onun tərəfindən mərhum X10 baxışı olması və mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbulu faktının və ya müddətin bərpası ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1, 307.2.9-cu maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. `Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi 02 may 2003-cü il tarixdə vəfat etmiş X10 bacısı olması faktı təqdim edilmiş sənədlərlə, o cümlədən məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Fatma Hacıyevanın bacısı olmaqla ikinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Miras qoyan Fatma Hacıyevanın mirasını Ərizəçi başqa digər vərəsələr qəbul etməmişlər, mirasa dair mübahisə yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Fatma Hacıyevanın miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi 02 may 2003-cü il tarixdə vəfat etmiş X10 bacısı olması faktı müəyyən edilsin. X7 miras qalmış əmlakların Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar