Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-577/2024 29.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və həmin miras əmlak vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun əri X22 anası X3 mülkiyyətində olmuşdur. X24 xx.xx.1999-cu il tarixdə, X66 isə 03 fevral 2019-cu il tarixdə vəfat etmişlər. X25 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsi onun sahibliyində və idarəçiliyindədir, o, ailə üzvləri ilə birlikdə orada yaşayır. X66 vəfat etməmişdən əvvəl isə həmin evin sahibi əri olmuş, həmin əmlaklar onun tərəfindən miras əmlaklar kimi qəbul edilməklə onun faktiki mülkiyyətində olmuşdur. Hal-hazırda mərhum ərinin digər vərəsələri mirasdan pay istəmirlər və miras əmlaklar mübahisəsiz olaraq onun faktiki sahibliyindədir. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə müvafiq məktub verilmişdir. Onun mərhum Zabirat Babayevanın miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə birlikdə vərəsəlik qaydasında qəbul etmək üçün subyektiv hüququ vardır. Həmçinin, yuxarıda qeyd etdiyi kimi həmin miras əmlakları o, faktiki olaraq qəbul etmiş, miras qoyanın vərəsəsi kimi həmin əmlaklara sahiblik edir və onlardan istifadə edir. Göründüyü kimi, o, miras qoyan mərhum Zabirat Babayevanın mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakların onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədə göstərilən xüsusatları təsdiq etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 01 avqust 2023-cü il tarixli 469 saylı arayışdan görünür ki, X26 26 noyabr 1949-cu ildə Azəraycan Respublikası Qusar rayonunun Avaran kəndində anadan olmudur.Bu barədə, 27 noyabr 1949-cu ildə Azəraycan Respublikası Qusar rayonunun Avaran kənd icra nümayəndəliyi tərəfindən 45 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X15, anası X4r. İşdə olan 21 sentyabr 2023-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, 01 iyun 1955-ci il tarixdə Qusar rayonunun Avaran kəndində anadan olmuş Rusiya Federasiyasının vətəndaşı Ərizəçi ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 21 sentyabr 2023-cü il tarixədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Ər: X33 (xx.xx.1949-cu il təvəllüdlü,xx.xx.2019-cu ildə vəfat edib). Uşaq: X41 (xx.xx.1986-cı il təvəllüdlü). Uşaq: X27 (xx.xx.1981 -ci il təvəllüdlü). Uşaq: X47 (xx.xx.1987-ci il təvəllüdlü). Qeyd: 1 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Vətəndaşın uşağının doğumu Azərbaycan Respublikasında qeydə alınmadığından məlumatlar təqdim etdiyi sənədlər əsasında qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023cü il tarixli 2847 saylı arayışdan görünür ki, Rusiya Federasiyası vətandaşı X8 ondan ötrü ki, həqiqətən o ünvan 1 evdə yaşayır və mərhum X22 dəfn xərclərini ödəmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023cü il tarixli 2846 saylı arayışdan görünür ki, Rusiya Federasiyası vətandaşı X17ma ondan ötrü ki, həqiqətən o ünvan 1 evdə yaşayır və mərhum X3 dəfn xərclərini ödəmişdir. İşdə olan AZ-T 218332 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1955ci il tarixdə Qusar rayonu Avaran kəndində anadan olmuşdur. İşdə olan AZ-T 238563 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X42 xx.xx.1986-cı ildə Qusar şəhərində anadan olmuşdur. X61 Başir qızı, anası X9r. İşdə olan Xİİ- ЖГ 291752 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 17 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X13, anası X6r. İşdə olan İİİ-ПН 516103 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 28 noyabr 1987-ci il tarixdə Nijnevartovsk şəhərində anadan olmuşdur. X16, anası X10r. İşdə olan AZ-T 047596 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X33 ilə X2 nikahları 04 oktyabr 1980-cı il tarixdə Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyində 15 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonar qadın “Qayıbova” soyadını qəbul etmişdir. İşdə olan AZ-T 057814 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X35 ilə X23 nikahları 05 iyul 2011-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 83 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonar qadın “Uluxanova” soyadını qəbul etmişdir. İşdə olan İ-ПН 639678 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X11 nikahları 20 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyası Nijnevartovsk şəhərinin ZAGS şöbəsində rəsmiləşdirilmişdir. İşdə olan V-ЖГ 331231 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1999cu il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan İ-ПН 747124 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 03 fevral 2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İşdə olan X32 və X12 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, 03 fevral 2019-cu ildə vəfat etmiş atası X19 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki,ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hal –hazırda qəbul etmirlər. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Uluxanova Aida tərəfindən notariat qaydada təsdiq edilmiş **********037 saylı ərizədən görünür ki, atası X45 xx.xx.2019-cu il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atasının ölümündən sonra mirasın nədən ifadə edilməsindən və harda olmasından asılı olmayaraq mirası qəbul etməmişdi və buna görədə öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar şəhəri M.Vəliyev küçəsi 153 nömrəli yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi ərizəçinin həyat yoldaşının anası X7 məxsus olmuşdur. X14 xx.xx.1999-cu ildə ölmüş, ölümündən sonar həmin miras əmlakı ərizəçinin əri X46 tərəfindən faktiki qəbul edilmiş və onun tərəfindən idarə edilmişdir. X46 03 fevral 2019-cu il tarixdə ölmüşdür. Daha sonra sözügedən əmlakı ərizəçi qəbul etmiş və hal-hazırda Ərizəçi idarə edir. Hal-hazırda da, həmin evdə qeydiyyatda olmaqla yaşamaqda davam edir. Evin kommunal xidmət haqları ərizəçi tərəfindən ödənilir. Bununla da, həmin miras ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ərizəçinin digər vərəsələri həmin mirasdan pay tələb etmir, bu barədə ərizə vermişlər. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar şəhəri M.Vəliyev 153 nömrəli yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlaklar kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-577/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-577/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver