Məhkəmə qərarları › İş №2(029)-579/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-579/2024

26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-579/2024 26.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi mülkiyyət hüquq üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi mülkiyyət hüquq üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə baxılmasını tələb etmədiyini göstərmiş, ərizənin və ona əlavə olunmuş sənədlərin, o cümlədən dövlət rüsumunun geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmniş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi tərəfindən ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, mülki işin baxılmamış saxlanması barədə ərizə verildiyindən, maraqlı şəxs isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş, ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbz üzrə 100.00 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 259, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi mülkiyyət hüquq üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş, ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbz üzrə 100.00 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar