Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-582/2021 18.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı vətəndaşın ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 1989-cu il tarixdə anadan olmuş X7 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu, X10 12 fevral 1989-cu il tarixdə anadan olmuşdur. 2014-cü ilin avqust ayında oğlu Sərxan evdən çıxıb getmiş, Azərbaycan Respublikasının ərazisini tərk edərək əvvəl Türkiyə Respublikasına, oradan da Suriya Ərəb Respublikasına getmişdir. Həmin vaxtdan oğlu itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, onun harda olması naməlum olaraq qalmışdır. X16 Respublikasında gedən vətəndaş müharibəsində döyüşlərdə iştirak etmiş və 2014-cü ildən etibarən ondan bir xəbər çıxmamışdır. Oğlunun 2014-cü ilin avqust ayında evdən çıxıb getməsini, həmin vaxtdan onun barəsində heç bir xəbər, soraq, məlumatın olmamasını bir çox şahidlər təsdiq edə bilər. Artıq 7 ildir ki, oğlundan heç bir xəbər yoxdur. O, böyük yəqinliklə güman edir ki, X16 Respublikasında gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə həlak olmuşdur. Hesab edir ki, oğlunun 2014-cü ilin avqust ayında Azərbaycan Respublikasınının ərazisini tərk edərək Suriya Ərəb Respublikasına getməsi, Suriya Ərəb Respublikasında “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşularaq döyüşlərdə iştirak etməsi barədə Qusar rayon Polis Şöbəsinin əməliyyat məlumatları, habelə bu barədə şahid ifadələri əsas götürülməklə oğlu Sərxan məhkəmə qaydasında ölmüş elan edilməlidir. Oğlunun ölmüş elan edilməsi ona, oğlundan miras qalmış əmlaklar barəsində vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasına, 12 fevral 1989-cu il tarixdə anadan olmuş X7 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və Qusar rayon Qeydiyyat şöbəsinin rəisi A.Mövlanov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.6-ci maddələrinə əsasən ərizəçinin və maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Qusar rayonu Haçatala kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X10 12 fevral 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Qusar rayonu Haçatala kəndində qeydiyyatdadır. İş materiallarında olan XİV-JQ 388552 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 fevral 1989-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonunda anadan olmuş, atası Ərizəçidur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən Qusar rayon Vəkil bürosunun müdiri Şahlar Xidirova ünvanlanmış 21.06.2021-ci il tarixli 149-13262-1221 saylı məktubdan görünür ki, Qusar rayonu Haçatala kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatla yaşamış, 12 fevral 1989-cu il təvəllüdlü X10 radikal dini təriqli olmaqla, 08.08.2014-cü ildə ölkə ərazisini tərk edərək, Bakı-İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasının ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşulması barədə məlumat alınmışdır. X1 taleyi barəsində məlumat əldə edilməmişdir. X7 axtarışda olması və ya itkin düşmüş şəxs qismində axtarılması barədə Qusar RPŞ-də hər hansı məlumat yoxdur. İşdə olan 14 iyun 2021-ci il tarixdə X9, X5 və X12 tərəfindən Qusar rayonu Haçatala kəndində tərtib olunmuş aktdan görünür ki, Qusar rayonu Haçatala kəndində yaşamış 12 fevral 1989-cu il təvəllüdlü X10 2014-cü ilin avqust ayında evdən çıxıb getmiş, Azərbaycan Respublikasınının ərazisini tərk edərək Türkiyə Respublikasına getmişdir. X4 Ərəb Respublikasına getmişdir. X4 Ərəb Respublikasında “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşularaq döyüşlərdə iştirak etmişdir. X4 Ərəb Respublikasında itkin düşmüş və onun harda olması məlum deyildir. 2014-cü ilin avqust ayından etibarən ondan heç bir xəbər, soraq, başqa məlumat çıxmamışdır. X6 və X2 məhkəməyə göndərdikləri izahatlarından görünür ki, onlar yuxarıda qeyd olunan aktda göstərilən halları bir daha təsdiq etmişlər. İşdə olan Qusar rayon Prokurorluğu tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli 443xid-21 saylı məktubdan görünür ki, 12 fevral 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Qusar rayonu, Haçatala kəndində yaşamış X10 barəsində Qusar rayon Prokurorluğunda hər-hansı bir təqsirləndirici material yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02.07.2021-ci il tarixli tələbnamədən görünür ki, X7 məhkumluğu barədə məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin istindaq və təhqiqat idarəsi tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış 12.07.2021-ci il tarixli 16/4358 saylı məktubdan görünür ki, 12 fevral 1989-cu il təvəllüdlü X3 dəfə 08.08.2014-cü il tarixdə Bakı- İstanbul avia-reysi ilə Bakı hava limanından ölkəni tərk etmişdir. Ölkəyə daxil olması barədə məlumat isə yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu 12 fevral 1989-cu il təvəllüdlü X10 08.08.2014-cü ildə ölkə ərazisini tərk edərək, Bakı-İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuşdur. Sərxan Novruzovun sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamış, həmin şəxs ölüm təhlükəsi yaradan döyüş əməliyyatları zamanı xəbərsiz itkin düşmüşdür. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni oğlu Sərxan Novruzovun 2014-cü ildə Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi, 2014-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 12 fevral 1989-cu il təvəllüdlü, Qusar rayonu Haçatala kəndində qeydiyyatda olmuş X10 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 12 fevral 1989-cu il təvəllüdlü, Qusar rayonu Haçatala kəndində qeydiyyatda olmuş X10 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X7 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-582/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-582/2021
18.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver