Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-588/2023 15.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxslər Dadaşbalayeva (Qocayeva) Xuraman Saleh qızının və Ağamirzəyeva (Hacıyeva) Dilarə Saleh qızının iştirakları ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Dadaşbalayeva (Qocayeva) Xuraman Saleh qızına, Ağamirzəyeva (Hacıyeva) Dilarə Saleh qızına , Maraqlı şəxs3, Sultanova (Qocayeva) İradə Saleh qızına və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Dadaşbalayeva (Qocayeva) Xuraman Saleh qızına Ağamirzəyeva (Hacıyeva) Dilarə Saleh qızına, Maraqlı şəxs3, Sultanova (Qocayeva) İradə Saleh qızına və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4nun miras kütləsinə daxil olan, Qusar şəhəri Heydər Əliyev prospekti 170 saylı evin 5 saylı mənzilinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və həmin mənzil vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi iddianı onunla əsaslandırmışdır ki, Qusar şəhəri Heydər Əliyev prospekti (əvvəlki T.İsmayılov küçəsi) 170 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4nun adına qeydiyyata alınmaqla xx.xx.2006-cı il tarixli inventar nömrəsi 5281 olan, reyestr kitabında 1598 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. X29 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, bacısı Maraqlı şəxs1 bacısı Maraqlı şəxs2, qardaşı Maraqlı şəxs3, qardaşı Maraqlı şəxs4 qanun üzrə vərəsələri kimi qalmışdır. Onun digər qardaşı X18 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. X3 24 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. O, mərhumun X29in mirasını qəbul etmək üçün xx.xx.2020-ci il tarixdə Qusar rayon Notariat Ofisinə müraciət etmişdir,mərhum atasının sağ olan digər vərəsələri isə mirası qəbul etmək barədə ərizə verməmişlər,əksinə mirasdan pay istəmədikləri barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər.Qusar rayon notariat ofisində xx.xx.2020-ci il tarixdə 8V-365 saylı vərəsəlik işi açılmışdır.O mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş 6 ay müddəti ötürdüyünə görə Qusar rayon notariat ofisi onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmə verməmişdir. Lakin o, hələ mərhum X29 vəfat etməmişdən əvvəl onun miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti 170 saylı evin 5 saylı mənzilində yaşamış, olada qeydiyyatda olmuş, hazırda da orada yaşamaqda davam edir. Hazırda evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir.Bununla da, o, mirası onun qəbul edilməsinin formal üsulu qəbul etmək üçün müddəti ötürsə də,mirası faktiki olaraq qəbul etmişdir,onun mülkiyyətçisi olmaq arzusunu ifadə etməklə ona yiyələnməklə orada yaşayır. O, miras qoyan mərhum X29in mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul edib və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında ərizəçi X12 izahatında bildirmişdir ki, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, atası vəfat etməmişdən qabaq və vəfat etdikdən sonra həmin evdə yaşayıb, o həmin evdə yaşayır, evin kommunal xərclərini ödəyir. Məhkəmə iclasında iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, Qusar şəhəri Heydər Əliyev prospekti 170 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyəy hüququ üzrə X4nun adına qeydiyyata alınmaqla xx.xx.2006-cı il tarixli inventar nömrəsi 5281 olan, reyestri kitabında 1598 nömrə ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilib. Saleh Qocayev xx.xx.2019-cu il tarixdə vəfat edib. Atasından Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3,Sultanova X19 qanun üzrə vərəsələri qalıb. X18 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Ərizəçinin X3 24 dekabr 2005-ci il tarixdə vəfat edib. Ərizəçinin X29in mirasını qəbul etmək üçün xx.xx.2020-ci il tarixdə Qusar rayon Notariat Ofisinə müraciət edib,mərhum atasının sağ olan digər vərəsələri isə mirası qəbul etmək barədə ərizə verməmişlər,əksinə mirasdan pay istəmədikləri barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Qusar rayon notariat ofisində xx.xx.2020-ci il tarixdə 8V-365 saylı vərəsəlik işi açılmışdır.O mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş 6 ay müddəti ötürdüyünə görə Qusar rayon notariat ofisi ərizəçinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmə verməmişdir.Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka)miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir.Həmin məcəənin 1151.2- ci madəəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada böküməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.Həmin məcəllənin 1243.1-ci maddəsinəəsasən mirası istər qanun üzrə , istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Qeyd olunanları nəzərə alaraq X1 miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti 170 saylı evin 5 saylı mənzilinmiras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktıın müəyyən edilməsi və həmin mənzil vərəsəik yolu ilə ərizəçinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Dadaşbalayeva (Qocayeva) Xuraman Saleh qızı iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, atası 12 dekabr 2019-cu il tarixdə vəfat edib.Atası vəfat edənə kimi həmin evdə bacısı Ərizəçi yaşayıb, bacısı Gülnarə qeyri rəsmi ailə qurub,ailəsi ilə birlikdə yaşayıb.Atası vəfat etdikdən sonra da həmin evdə bacısı Gülnarə yaşayıb,hazırda da yaşayır.O həmin evdən pay istəmir və həmin evin bacısına verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Ağamirzəyeva (Hacıyeva) Dilarə Saleh qızı iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, atası 12 dekabr 2019-cu il tarixdə vəfat edib. Atası vəfat edənə kimi həmin evdə bacısı Ərizəçi yaşayıb, bacısı Gülnarə qeyri rəsmi ailə qurub,ailəsi ilə birlikdə yaşayıb. Atası vəfat etdikdən sonra da həmin evdə bacısı Gülnarə yaşayıb, hazırda da yaşayır. O həmin evdən pay istəmir və həmin evin bacısına verilməsinə razı olduğunu, əmlakdan imtina barədə ərizə notariat kontorunda yazib verdiyini bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs3, Sultanova (Qocayeva) İradə Saleh qızı və Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin şəxslər və həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki,işdə olan AZ-İ 021115 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 dekabr 2005-ci ildə Qusar şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 012698 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12 dekabr 2019-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 xx xxxxxxxx 1959-cu ildə anadan olmuşdur. X4, X3dır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.1961ci ildə anadan olmuşdur. X4, X3dır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.1963cü ildə anadan olmuşdur. X4, X3dır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs3 xx.xx.1965-ci ildə anadan olmuşdur. X4, X3dır. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki ,Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. X4, X3dır. İş materiallarında olan 1598 saylı Qeydiyyat vəsiqəsindən görünür ki,T.İsmayılov küçəsində yerləşən üç otaqlı yaşayış sahəsi 37,04 kvadrat.metr olan, ümumi sahəsi 64,40 metr kvadratdan ibarət olan ev 170 mənzil 5 saylı yaşayış şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon Dövlət Texniki inventorlaşdırma və Mülkiyyət Hüquqları şəhər İHBnın Qeydiyyat İdarəsi üzrə 04 saylı 25 yanvar 2006-cı il tarixli sərəncam əsasında vətəndaş Saleh İsmayıl oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı müəssisəsi tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli 89 saylı arayışdan görünür ki, X5 vəfatından sonra qalan vərəsələri Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Ərizəçi, və X15r. İş materiallarında olan **********742 saylı 08 iyul 2020-ci il tarixli ərizədən görünür ki, Ərizəçi Qusar şəhəri Heydər Əliyev prospekti (əvvəlki T.İsmayılov küçəsi) 170 saylı evin 5 saylı mənzilə vərəsəlik hüququ verilməsi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan **********741 saylı 08 iyul 2020-ci il tarixli Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 tərəfindən imzalanmış ərizədən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X7 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki,ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hal –hazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmışlar, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İş materiallarında olan İİİ-ЖГ 310947 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X11 22 oktyabr 1983-cü il tarixdə Qusar rayonu VVAQ şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra qadın “Dadaşbalayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan İ-ЖГ 481177 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağamirzəyev Nadir Qubaşah oğlu ilə X14 03 avqust 1978-ci il tarixdə Qusar rayonu Urva kənd sovetliyində nikahlarını rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra qadın “Ağamirzəyeva” soyadını qəbul etmişdir. İşdə olan İ-ИИ № 679619 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə X18 ölmüşdür. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı müəssisəsi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli 189 saylı arayışdan görünür ki, Ərizəçi hal – hazırda yaşadığı və qeydiyyatda olduğu Qusar şəhəri H/Əliyev pr.170 saylı binanın 5 saylı mənzili mərhum X4nun vəfatından sonra mənzili özü idarə edir və bütün kommunal xərclərini özü ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1133.1-ci maddıəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar şəhəri H/Əliyev pr.170 saylı binanın 5 saylı mənzil mülkiyyətə verilməsinə dair Qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə ərizəçinin mərhum X4na aiddir. Ərizəçinin X4 12 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Ərizəçi atası vəfat etdikdən sonar atasına məxsus olan Qusar şəhəri H/Əliyev pr.170 saylı binanın 5 saylı mənzili miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamışdır, hazırda da torpaq sahəsindən o, istifadə edir, kommunal xərclərini də o, ödəyir. Bununla da, Ərizəçi həmin mirası qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş, mirasa sahiblənməklə və onu idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Miras qoyan Saleh Qocayev ərizəçidən başqa digər hər hansı vərəsələri, o cümlədən vərəsəlik hüququ barədə hər hansı mübahisə yoxdur. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, X5 miras kütləsinə daxil olan, Qusar şəhəri H/Əliyev pr.170 saylı binanın 5 saylı mənzilin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X1 miras kütləsinə daxil olan, Qusar şəhəri H/Əliyev prospektin 170 saylı binanın 5 saylı mənzilinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin mənzil vərəsəlik yolu ilə ərizəçinin mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-588/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-588/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver