Məhkəmə qərarları › İş №2(029)-60/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-60/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-60/2020 22.05.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdeh X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qusar rayonu, Suvacal kənd bələdiyyəsindən qanuni əsaslarla satın aldığı Suvacal kəndində yerləşən 0.12 hektar torpaq sahəsinə dair cavabdeh X2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpa ediləsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı və cavabdeh X3 vəsatətinə əsasən həmin mülki iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə əsaslandırılmış rəy təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzin tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2364 nömrəli ekspet rəyi Qusar rayon məhkəməsinə daxil olmuş, mülki iş üzrə icraat təzələnmiş və nülki işin məhkəmə baxışı xx xxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişlər və məhkəmə baxışı iclası xx xxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişlər və məhkəmə baxışı iclası xx xxx 2020-ci il tarixə təxirə salınmış, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin iş üzrə 167,20 (bir yüz altmış yeddi manat iyirmi qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı və cavabdeh X1 müştərək qaydada tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabınavə 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə- Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qə r a r a a l d ı : İddiaçı cavabdeh X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş, iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. İş üzrə 167,20 (bir yüz altmış yeddi manat iyirmi qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı və cavabdeh X1 müştərək qaydada tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar