Məhkəmə qərarları › İş №2(029)-604/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-604/2020

24.07.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-604/2020 24.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçin Maraqlı şəxsnə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1930-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış atası X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1970-ci il tarixdə Qusar şəhərində X9 ilə X1 birgə nikahlarından anadan olmuşdur. Onlar ailədə dörd bacı bir qardaşdırlar. Rəhilə adlı bacısı 5-6 il əvvəl vəfat etmişdir. Səbirə, Gülənbər və Bəsirə adlı bacıları isə sağdır. Atası X9 yaşadığı ünvan 1 ünvanını 1971-ci ildə tərk edərək Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Artıq təxminən 47 ildir ki, atası X5 harada olması barədə heç bir məlumatları olmadığından, həmin müddət ərzində yaşayış yerində görünmədiyindən o, atasının xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizə ilə Qusar rayon məhkəməsinə müraciət etmiş və Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-201/2019 saylı qətnaməsi ilə atası xx xxxxxx 1930-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X9 1971-ci ildən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Hazırda atası X5 ölmüş elan edilməsi həmin şəxsə məxsus əmlakların vərəsə kimi onun tərəfindən qəbul edilməsi üçün zəruridir. Ona görə də atası xx xxxxxx 1930-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış atası X5 ölmüş elan edilməlidir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin X16, anası isə Zərifə Nəbiyeva olmuşdur. Ərizəçinin anası Zərifə vəfat etmişdir. X16 isə Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. Artıq uzun müddətdir ki, təxminən 40-50 ildir ki, X9 barəsində heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlətov Danyal Canmisab oğlu ifadəsində göstərdi ki, Ərizəçi ilə 1977-ci ildən qonşudurlar. Ərizəçinin 4 bacısı var və onlardan biri vəfat etmişdir. Ərizəçinin atası Ərizəçi Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır və barəsində hər hansı bir məlumat yoxdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, X9 xx xxxxxx 1930-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası X7, anası X3r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, X9 ilə X4 arasında xx xxx 1955-ci il tarixdə Maraqlı şəxsndə 27 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nəbiyeva soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış xx.xx.1930-cu il təvəllüdlü X2 şəhəri, T.İsmayılov küçəsi 15 saylı evi 1971-ci ildə tərk etmiş və bir daha qayıtmamışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-201/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 1930-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X5 1971-ci ildən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 1930-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X9 1971-ci ildə yaşadığı evi tərk edərək Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan X5 harada olması barədə heç bir məlumat yoxdur. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-201/2019 saylı qətnaməsi ilə xx xxxxxx 1930-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X5 1971-ci ildən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxx 1930-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X9 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1930-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X9 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü sayılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar