Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-631/2020 23.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada torpaq sahəsinə görə ödədiyi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti xx xxxxxx 2011-ci il tarixdən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla alınaraq, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmənin hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilmiş və işin məhkəmə baxışı xx xxxx 2020-ci il tarixə təyin edilmişdir, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş, tərəflər məhkəmə iclasına təkrarən gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-631/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-631/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver