Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-637/2022 14.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X5rşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X5rşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrinin ləğv edilməklə həmin müəssisənin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə işə bərpa olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 406-K nömrəli əmri ilə həmin xəstəxananın poliklinika şöbəsində 1.0 ştat vahidi həkim-stomatoloq vəzifəsinə təyin edilmişdir. Həkim-stomatoloq ixtisası üzrə iş təcrübəsi isə 2012-ci ildən başlayır. Həmin vəzifədə işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və heç bir intizam cəzası almamışdır. Cavabdeh xx.xx.2022ci il tarixli, 327 nömrəli əmri ilə onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinə “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli elektron məktubu göstərilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri qanunsuzdur və ona görə həmin əmr ləğv edilməklə o, əvvəlki işlədiyi poliklinika şöbəsinin stamotologiya bölməsinin həkim-stamotoloqu vəzifəsinə işə bərpa olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından hər iki nəticə üzrə, yəni test sualları və kliniki tapşırıqların nəticələrinə əsasən keçid ballarını toplamışdır. Belə ki, test suallarının nəticələri üzrə keçid balı 40 olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə keçid balı 16 olduğu halda 23 bal toplamışdır. Göründüyü kimi, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi halda xx.xx.2022-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanından zəruri keçid balı toplamışdır. Belə olan halda hesab edir ki, o, əvvəllər işlədiyi stamotologiya bölməsinə həkimstamotoloq vəzifəsinə işə bərpa olunmalıdır. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı həmin iddiası əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia ərizəsində göstərilir ki, “...Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz...” İddia ərizəsində qeyd olunan Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinin tələbləri hazırkı mübahisənin həllinə tətbiq edilməli olmasına baxmayaraq, həmin Məcəllənin 67-ci maddəsinin 2-4-cü bəndlərinin tələbləri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, hazırkı halda işçinin başqa işə keçirilməsi haqqında attestasiya komissiyasının tövsiyyəsi olmamış, iş yerlərinin kütləvi şəkildə ixtisar edilməsinə, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi hallarına yol verilməmişdir. İddia ərizəsində də qeyd olunduğu kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin (c) bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən, Sertifikasiya ilə bağlı kəsilən şəxslər barədə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X7 göndərilmiş xx.xx.2022-ci il tarixli elektron məktubundan da görünür ki, Sertifikasiyadan təkrarən keçə bilməyən Stomatoloq İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli və bununla əlaqədar müvafiq tədbirlər görülərək Səhiyyə Nazirliyinə məlumat verilməlidir. Ona görə də “Qusar Rayon Mərkəzi Xəstəxanası” X8 üzrə verilmiş xx.xx.2022-ci il tarixli 327 №-li əmr əsasında “Qusar RMX” X6 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 №-li əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti də Azərbaycan Respublikası ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur. İddia ərizəsində daha sonra göstərilir ki, “...Bildirirəm ki, mən xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından hər iki nəticə üzrə, yəni test sualları və kliniki tapşırıqların nəticələrinə əsasən keçid ballarını toplamışam. Belə ki, test suallarının nəticələri üzrə 40 keçid balı olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə 16 keçid balı olduğu halda 23 bal toplamışam. Göründüyü kimi, cavabdeh mənimlə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi halda xx.xx.2022-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanından zəruri keçid bal toplamışam. Belə olan halda hesab edirəm ki, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 əvvəllər işlədiyim stomatologiya bölməsinə həkim-stomatoloq vəzifəsinə işə bərpa olunmalıyam...” Bu qeyd olunanların da hazırkı işə heç bir aidiyyəti yoxdur və onlar başqa mübahisə predmetinin mövzusudur. Bütün yuxarıda qeyd olunanlara görə də hazırkı iş üzrə İddiaçı cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X5rşı “onunla bağlanmış xxxxxxx000200 №-li əmək müqaviləsinə xitam verilməsi barədə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 327 №-li əmrin ləğv edilməklə həmin müəssisənin stomatoloqiya bölməsinin həkim-stomotoloqu vəzifəsinə işə bərpa olunması” tələbinə dair iddiası rədd olunmalıdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Qusar rayon Mərkəzi Xəstəxanası onu işdən çıxararkən X1 haqında Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinin və Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, o, ilk dəfə 06 dekabr 2021-ci il tarixdə sertifikasiyaya cəlb olunaraq imtahan vermiş və sertifikasiyadan keçməmişdir. Həmin vaxtdan sonra onun iş yeri 6 ay müddətində saxlanılmalı idi. Bu o deməkdir ki, həmin müddət keçmədən onunla bağlanmış əmək müqaviləsi ləğv oluna bilməzdi. O, 2-ci dəfə 13 aprel 2022-ci il tarixdə sertifikasiyaya cəlb olunmuş və sertifikasiyadan keçməmişdir. Növbəti gün, yəni 14 aprel 2022-ci il tarixdə, yəni 1-ci sertifikasiyadan 4 ay müddət keçdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 15 aprel 2022-ci il tarixdə isə o, sertifikasiyadan keçmişdir. 1-ci sertifikasiya ilə 3-cü sertifikasiya arasında olan müddət cəmi 4 ay təşkil etmişdir. Bundan başqa, Qusar MRX tərəfindən o, cəmi 1 həftə tədrisə cəlb olunmuşdur və onun müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçmək imkanı cavabdeh tərəfindən tam təmin olunmamışdır. X1 haqqında Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsində qeyd olunur ki, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun tələbinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olan işçilər sertifikasiyadan keçmədikdən sonra onların iş yeri məhz 6 ay müddətində saxlanılmalıdır. Həmin müddət ərzində işçi yenidən sertifikasiya olunmaq üçün müraciət edə bilər. Müraciət etmənin sayı isə məhdudlaşdırılmamışdır. O, isə 1-ci sertifikasiyadan sonra 6 ay müddət keçmədən 3cü dəfə yenidən imtahan verərək sertifikasiyadan keçmişdir. O, sertifikasiyadan keçdikdən sonra bu barədə şifahi qaydada xəstəxananın direktoruna bildirmiş, lakin həmin şəxs onun dediklərini qəbul etməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən ilk öncə X1 Haqqında Qanunun tələblərinə əməl edilməli idi. Lakin, Qusar MRX həmin tələbləri pozaraq onun iş yerini 6 ay müddətində saxlamamış, 4 ay keçdikdən sonra tələsik halda əmək müqaviləsinə xitam vermişdir. Əgər Qusar MRX həmin 6 ay müddəti gözləsə idi, onunla əmək müqaviləsinə xitam verməyə ehtiyac qalmayacaqdı. Çünki, o, 2-ci dəfə sertifikasiyadan keçmədiyi vaxtdan cəmi 2 gün sonra sertifikasiyadan keçmişdir. Beləliklə, hesab edir ki, Qusar MRX-nın 14 aprel 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz olduğundan ləğv edilməli və o, tutduğu stomatoloq vəzifəsinə bərpa olunmalıdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı işdən azad olunması barədə əmr Səhiyyə Nazirliyinin tapşırığı əsasında qəbul edilmişdir. “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 nazirliyin tapşırığını icra etməli idi, ona görə də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının sonradan 15 aprel 2022-ci il tarixdə sertifikasiyadan keçməsi barədə xəstəxanada heç bir məlumat yoxdur. İddiaçı xx.xx.2021ci il tarixdə sertifikasiyadan keçməmiş, bundan sonra o, kursa göndərilib, təkrarən sertifikasiyaya cəlb olunmuş, lakin keçə bilməmişdir. Xəstəxana 6 ay müddəti gözləmədən İddiaçı işdən azad etmiş, onun 6 ay müddəti gözləməsi barədə qanunvericiliyin tələbi barədə məlumat olmamış, bu barədə məhkəmədə bilmişdir. İddiaçı bu barədə özünün iddia ərizəsində qeyd etməmişdir. İddiaçı sertifikasiyadan keçdikdən sonra xəstəxanaya müraciət etməmişdir. İddiaçı işdən azad olunması Əmək Məcəlləsinə uyğun olmuşdur. Odur ki, iddia əsassızdır və rədd olunmalıdır. Qeyd olunanlara əsasən İddiaçı iddiasının rədd olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 14 aprel 2022-ci il tarixli 327 saylı əmrindən görünür ki, “Qusar RMX” X6 Stomatologiya bölməsinin həkimstamotoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022ci il tarixdən ƏM-nin 67-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. İşdə olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 67-ci maddəsinin 5ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Sertifikasiya İmtahan nəticələrindən görünür ki, iş nömrəsi ******* olan şəxs keçid balı 40 olan test suallarının nəticələri üzrə 57 bal, keçid balı 16 olan kliniki tapşırıların nəticələri üzrə isə 23 bal toplamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli AH 044696 saylı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 15 aprel 2022ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1245/07-22 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə keçirilən test imtahanında qeyri-məqbul nəticə göstərmişdir. Bu səbəbdən də, İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2021ci il tarixli 1785/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. İddiaçı peşə hazırlığı keçmək üçün həmin X6 xx.xx.2021-ci il tarixli 1867/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ixtisası üzrə kurs keçmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Kurs keçdikdən sonra xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanından təkrar keçə bilmədiyi üçün Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu əsas tutularaq onunla bağlanmış əmək müqaviləsinə “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli 327 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1245/07-22 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş həmin X6 xx.xx.2021-ci il tarixli 1785/21 saylı əmrinin surətindən görünür ki, həmin X6 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. Həmin məktubla məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 ünvanlandığı bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə test imtahanı keçirilmişdir. Həmin X8də stomatoloq işləyən İddiaçı 38 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir. Həmin məktubla məhkəməyə təqdim edilmiş “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2021-ci il tarixli 1867/21 saylı əmrinin surətindən görünür ki, həmin X6 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə uyğun olaraq “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” X7 ünvanladığı bildirişdən görünür ki, nazirlik tərəfindən həmin X7 bildirilmişdir ki, sertifikasiyadan təkrarən keçə bilməyən stomatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Bununla əlaqədar müvafiq tədbirlər görərək Səhiyyə Nazirliyinə məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan 16 may 2022-ci il tarixli 2022-17764 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayışdan görünür ki, İddiaçı və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən ünvanlanmış rəsmi məktubuna əsasən xx.xx.2022-ci il tarixində, 15:30-16:00 saatlarında keçirilən (işə bərpa olunması tələbinə dair) ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “X1 haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən sertifikasiyadan “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 49-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 (beş) iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Həmin Qaydanın 6.2-ci bəndinə əsasən sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Göründüyü kimi, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin-həkimlərin həmin fəaliyyətlə məşğul olmaları ilk öncə “X1 haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sertifikasiyadan keçməklə 5 il müddətinə həmin fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər və bundan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müvafiq əmək müqaviləsi əsasında tibb müəssisələrində çalışırlar. Müvafiq tibb müəssisələrində işləyən həkimlər sertifikasiyadan keçmədikdə onların iş yeri 6 ay müddətində saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçməyə cəlb edilir və onlara 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları verilir. İmtahanlarda iştirak etmək üçün müraciətlərin sayı isə dəqiq müəyyən olunmamış və hər hansı sayla məhdudlaşdırılmamışdır. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X8də həkim-stomatoloq işləyən İddiaçı xx.xx.2021-ci il tarixdə sertifikasiyaya cəlb olunmuş, lakin, sertifikasiyadan keçməmişdir. Bundan sonra həmin X6 xx.xx.2021-ci il tarixli 1785/21 saylı əmrinə əsasən İddiaçı iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmış, həmçinin həmin tarixdə 1867/21 saylı əmr qəbul edilərək “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi dörd gün Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. 12 aprel 2022-ci il tarixdə İddiaçı yenidən sertifikasiyaya cəlb olunmuş və yenə sertifikasiyadan keçməmişdir. Bundan sonra o, 15 aprel 2022-ci il tarixdə təkrarən imtahanda iştirak etmiş və sertifikasiyadan keçməklə müvafiq Şəhadətnamə əldə etmişdir. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 isə özünün xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı iş yerini 6 ay müddətində saxlamaqla onu işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmişdir. Bununla da, cavabdeh tərəfindən “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, o cümlədən İddiaçı əmək hüquqları pozulmuş, həmin şəxsin 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır. Bundan başqa, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmri həm də özünün xx.xx.2021-ci il tarixli əmrinə zidd olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli əmrlə artıq İddiaçı iş yeri 6 ay müddətinə saxlanılmışdı və 6 ay müddət keçmədən əmək müqaviləsinə xitam verilə bilməzdi. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Səhiyyə Nazirliyinin tapşırığına əsasən xitam verilməsi barədə dəlillərini isə qanuni və əsaslı hesab etmir, belə ki, praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası hər hansı nazirliyin göstərişi ilə deyil, yalnız yuxarıda göstərilən Qanunla və Əmək Məcəlləsi ilə müəyyən olunur. Odur ki, məhkəmə cavabdeh tərəfin həmin dəlilləri ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2022-ci il tarixli 327 saylı əmri ləğv edilməli, İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2022-ci il tarixli 327 saylı əmri ləğv edilsin. İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 stomatologiya bölməsinin həkimstomatoloqu vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-637/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-637/2022
14.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver