Məhkəmə qərarları › İş №2(029)-639/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-639/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-639/2024 29.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 yanvar 1999-cu il tarixdə vəfat etmiş X22 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun X4na məxsusdur. Həmin şəxsin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ KOD 30114018 JN-100 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X4 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X30 atası X6 doğma bacısı olmaqla onun bibisi olmuşdur. Onun atası Şahpələng Bağıyev isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mərhum bibisi Zərifə Bağıyeva vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan torpaq sahəsini mərhum atası və o istifadə etməyə başlamışlar, atası vəfat etdikdən etibarən hal-hazıradək isə həmin torpaq sahəsi yalnız onun tərəfindən istifadə olunur, torpaq sahəsinə təkbaşına o, sahiblik edir. Hal-hazırda o, X34 Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etmək istəyir. Çünki, həmin mirası faktiki olaraq o qəbul etmişdir. Zərifə Bağıyevanın digər vəsərələri olan bacıları isə həmin mirası qəbul etməmişlər, bununla bağlı ərizələr vermişlər. O, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X34 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunnmuşdur. X34 və mərhum atası Şahpələng Bağıyevin doğumu haqqında akt qeydləri mövcud deyildir və ona görə də, bu barədə sənədləri əldə etmək mümkün olmamışdır. Həmin şəxslərin doğumu haqqında akt qeydinin olmaması barədə Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq arayışlar verilmişdir. Bununla belə, yaşadığı kənddə bütün qohumları bilir ki, X30 bibisidir. Yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən də bu barədə arayış verilmişdir. O, hazırda mərhum Telli Saruxanovanın mirasını qəbul etmək hüququ olan şəxslərin dairəsinə daxildir. Çünki, onun anası sağ deyil və vəfat etmişdir. Hal-hazırda X34 mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun bibisi olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X22 barəsində Qusar rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: Qusar rayon qeydiyyat şöbəsi üzrə 1932-cü ilə dair ilkin və 1936-1942-ci illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. Qeyd: X22 xx.xx.1999-cu ildə vəfat etmişdir. Ölüm xx.xx.1999-cu ildə 03 №-li akt qeydi ilə Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X16 barəsində Qusar rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: Qusar rayon qeydiyyat şöbəsi üzrə 1923-cü ilə dair ilkin və 1936- 1942-ci illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. Qeyd: X16 xx.xx.2008-ci ildə vəfat etmişdir. Ölüm xx.xx.2008-ci ildə 01 №-li akt qeydi ilə Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 265 saylı arayışdan görünür ki, Ərizəçi Qusar rayonun İmamqulukənd kənd sakinidir və X22 onun doğma bibisi idi, vəfat olan tarixə kimi onunla birgə yaşamışdır. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 60 saylı arayışdan görünür ki, Ərizəçi oğ|unun xx.xx.1999-cu ildə vəfat etmiş X4 vəfat etdiyi günə kimi Qusar rayonun İmamqulukənd kəndində yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: X25, X17, Ərizəçi, X18, X5. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 15 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1932-ci il tarixdə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuş X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1950-ci ildən xx.xx.1999-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X22 xx.xx.1999-cu ildə vəfat etmişdir. Ölüm xx.xx.1999-cu ildə 03 №-li akt qeydi ilə Azərbaycan Respublikası Qusar RİHB-nın İmamqulukənd kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır İşdə olan ИЖ № 052653 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1953-cü ildə anadan olmuşdur. X2, anası X1r. İşdə olan AZ-İİİ 565226 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1958-ci ildə anadan olmuşdur. X2, anası X1r. İşdə olan АЗ № 140185 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. X2, anası X1r. İşdə olan АЗ № 714418 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası X1r. İşdə olan АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1966-cı ildə anadan olmuşdur. X2, anası X1r. İşdə olan AZ-İ 811277 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25 iyul 2016-cı ildə ölmüşdür. İşdə olan AZ-İ 208580 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 14 yanvar 2008-ci ildə ölmüşdür. İşdə olan V-ЖГ 331387 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 24 yanvar 1999-cu ildə ölmüşdür. İşdə olan X5 və X18 tərəfindən Qusar rayon Notariat ofisində imzalanmış ərizələrinin surətindən görünür ki, onların bacısı X22 xx.xx.1999-cu il tarixdə ölmüşdür və onların tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra mirasın nədən ifadə edilməsindən və harda olmasından asılı olmayaraq mirası qəbul etməmişlər və buna görədə öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətlərində deyillər. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Nuh-zadə Zərnişan Şahpələng qızı tərəfindən Qusar rayon Notariat ofisində imzalanmış ərizədən görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş bibisi X7 ona çatası miras payını (xx.xx.2008-ci il tarixində ölmüş atası X8 çatan hissəsini) rəsmi və faktiki olaraq qəbul etməmiş, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İşdə olan X27 tərəfindən Qusar rayon Notariat ofisində imzalanmış ərizədən görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş bibisi X7 irs qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etməmişdir, etmək niyyətində də deyil. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X23 xx.xx.1999-cu il tarixdə ölmüşdür. X44 Ərizəçi doğma bibisi olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyinin 15 may 2024-cü il tarixli 265 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X34 miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X44 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X34 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma bibisi olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 24 yanvar 1999-cu il tarixdə vəfat etmiş X9 Ərizəçi bibisi olması faktının olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni mərhum X12 Ərizəçi bibisi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 24 yanvar 1999-cu il tarixdə vəfat etmiş X22 ilə Ərizəçi arasındakı qohumluq münasibətləriyəni mərhum X12 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar