Məhkəmə qərarları › İş №2(029)-64/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-64/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-64/2021 25.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X5 İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsinə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ona məxsus ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, onun azyaşlı uşaqları xx xxxxxx 2011-ci il təvəllüdlü Erik, xx xxxxxx 2013-cü il təvəllüdlü Luiza, xx xxxxxx 2016-cı il təvəllüdlü Aliza adlı uşağı ilə birlikdə ünvan 1 nömrəli ünvanda tikilmiş evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair mülkiyyət hüuqu dövlət qeydiyyatına alınmaqla müvafiq qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. İlk və qarşılıqlı iddia üzrə Cavabdeh2 onun oğlu, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə Cavabdeh2 həyat yoldaşı olmuşdur. Cavabdeh2 ilə Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər və Qusar rayonunun Gündüzqala kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə köçmüşlər, Cavabdeh1 bütün cehiz əmlaklarını da həmin evə gətirmişdir. Həmin evdə Cavabdeh2 ilə Cavabdeh1 2018-ci ilə kimi yaşamışlar və 3 azyaşlı uşaqları da həmin evdə anadan olmuşlar. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 2018-ci ildə müvəqqəti olaraq ünvan 1 saylı ünvanda yerləşməklə onun mülkiyyətində olan yaşayış evinə köçmüşlər, orada yaşamalarına o, müvəqqəti icazə vermiş, lakin həmin evdə yaşayış sahəsindən istifadə etmələri üçün notarial qaydada razılıq verməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus bütün cehiz əmlakları da onun mülkiyyətində olan Qusar rayonunun Gündüzqala kəndində yerləşən yaşayış evində qalmışdır. Cavabdeh1 ünvan 1 ünvanda yerləşməklə onun mülkiyyətində olan yaşayış evinə köçdükdən sonra evdə onunla, onun həyat yoldaşı ilə, öz əri Cavabdeh2 ilə yola getməmiş, tez-tez onlarla evdə mübahisələr etmiş, onları nalayiq söyüşlərlə təhqir etmişdir. Cavabdeh1 öz əri Cavabdeh2 qarşı Qusar rayon məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-578/2020 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 evdə onlara qarşı özünün aqressiv hərəkətlərini davam etdirdiyi üçün o, Səbinə Nizamədinnovanın və Cavabdeh2 ünvan 1 saylı ünvanda yerləşməklə onun mülkiyyətində olan yaşayış evindən çıxarılmalarına dair hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixdə onun oğlu Cavabdeh2 ilə evləndiyi zaman ona məxsus Qusar rayonunun Gündüzqala kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh1 həmin yaşayış evinə köçən zaman o, evin mülkiyyətçisi olaraq Cavabdeh1 evdə yaşayış sahəsində istifadə etməsinə notarial qaydada təsdiqlənmiş yazılı razılıq verməmiş, həmçinin Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 ilə birlikdə 2018-ci ildə müvəqqəti olaraq ünvan 1 saylı ünvanda yerləşməklə ona məxsus olan fərdi yaşayış evinə köçdükdən sonra da onlara notarial qaydada yazılı razılıq verməmiş və onların yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İlk iddia üzrə cavabeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həm Qusar rayonunun Gündüzqala kəndində yerləşən, həm də ünvan 1 saylı ünvanda yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evlərindən istifadə hüququ qanunun tələblərinə uyğun olaraq yoxdur. Lakin bununla belə Cavabdeh1, eləcə də oğlu Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan Qusar rayonunun Gündüzqala kəndində yerləşən fərdi yaşayış evinə köçmələrinə və həmin evdə yaşayış sahəsindən istifadə etmələrinə onun heç bir etirazı yoxdur. Lakin Cavabdeh1 Qusar rayonunun Gündüzqala kəndində yerləşən ona məxsus həmin fərdi yaşayış evinə köçmək və həmin evdə yaşayış sahəsindən istifadə etməkdən imtina edir. İlk və qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşamalarına isə o, razı deyildir. Belə ki, Cavabdeh1 onlarla birlikdə yaşadığı evin çıxarışı vardır, lakin həmin həyətdə yerləşən ikinci yarımçıq tikiliyə isə hələlik öz adına çıxarış almamışdır. Cavabdeh1 iddia etdiyi ünvan 2 ünvanında yerləşən yaşayış evini öz vəsaiti hesabına tikmişdir, Cavabdeh1 və onun əri Cavabdeh2 həmin evin tikintisinə heç bir vəsait sərf etməmişdir. Həmin evdə hazırki vəziyyətdə yaşanılması üçün heç bir şərait yoxdur. Cavabdeh1, onun əri Cavabdeh2 və onların uşaqları onlarla birlikdə onun adına rəsmi qeydiyyata alınmış evdə yaşamışlar. Hazırda mübahisəli evdə özü ailəsi ilə yaşayır və qalan ömrünü Cavabdeh1 aqressiv hərəkətlərindən azad şəraitdə yaşamaq istəyir. Cavabdeh1 aqressiv hərəkətləri ilə əlaqədar Qusar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2010cu ildə ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 ilə ailə qurmüş və Cavabdeh2 yaşadığı Qusar rayonunun Gündüzqala kəndinə gəlin köçmüşdür. Cavabdeh2 ilə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü Erik, xx xxxxxx 2013-cü il təvəllüdlü Luiza, xx xxxxxx 2016-cı il təvəllüdlü Aliza adlı uşaqları anadan olmuşdur. O, ailə qurduqdan bir müddət sonra Cavabdeh2 ilə birlikdə İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən evin həyətində 2 mərtəbəli, 3 otaq və bir balkondan ibarət evin bünövrəsini qoymuşlar. Həmin evin tikintisində onun qardaşları kömək etmiş, evin tikintisi üçün o, ailə üzvləri ilə birlikdə malqara saxlamış, mal-qaranı satıb evin tikintisinə xərcləmişlər. Bilavasitə o da həmin evin tikintisində iştirak etmiş, evin tikintisində zəhməti olmuş, İddiaçı və Cavabdeh2 ilə birlikdə ümumi təsərrüfat apardığından daha çox zəhməti olmuşdur. Həmin evi onlar 5 il ərzində tikib qurtarmışlar, lakin ev hələ tam təmirli deyil. O, 2016-ci ildə həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə birlikdə həmin evə köçüb orada yaşamağa başlamışlar. Qusar rayonunun Gündüzqala kəndindəki evdən bəzi əşyalarını həmin evə gətirmişlər, lakin ev hələ tam təmirli olmadığından ona məxsus əmlakların evin təmirindən sonra gətirməyi qərara almışlar. Evin bünövrəsindən hazırki vəziyyətə kimi tikilməsində onun zəhməti olduğundan həmin evə onun və uşaqlarının istifadə hüquqları tanınmalıdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onların sözügedən evə, yəni ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə kömələrinə etiraz etməmişdir. Ümumiyyətlə evin qeydiyyat sənədi olmadığına görə o, evdə yaşamaq üçün heç kimdən rəsmi icazə ala bilməmişdir. Bu səbəbdən də, həmin evdən istifadə hüquqları tanınmalıdır. Bundan əlavə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yalnış izahat verərək məhkəmədə yanlış rəy yaratmağa çalışmışdır. Belə ki, İddiaçı qeydiyyat vəsiqəsi ilə özünə məxsus olan evdən çıxarılmalarını xahiş etmişdir. Lakin onlar İddiaçı məxsus evdə yaşamırlar. Həmin həyətdə iki ev vardır. Biri İddiaçı məxsus olan qeydiyyat vəsiqəsində də göstərildiyi kimi bir mərtəbəli, iki otaqlı, digəri isə onlara məxsus olan iki mərtəbəli evdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olmayan evdən onun və uşaqlarının çıxarılmasını tələb edir. Həmin evin hər daşında, hər taxtasında onun zəhməti vardır. İddiaçı onun və uşaqlarınım evdən çıxarılmaları ilə bağlı iddia vermək üçün obyektiv hüququ yoxdur. Ona görə də, qeyd edilənləri nəzərə alıb qarşılıqlı iddianın təmin edilməsinə, ilk iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İlk və qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2003-cü il tarixdə reyestrdə 927 nömrə ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Qusar şəhəri, A.Xamətov küçəsində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı, yaşayış sahəsi 37.6 kv.metr, ümumi sahəsi 37.6 kv.metrdən ibarət olan 28 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 1370 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 1 saylı evdə yaşayır və həyat yoldaşı X3 və 1994-cü il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. İşdə olan Qusar rayon Polis şöbəsi tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış Qusar rayon məhkəməsində olan 2(029)-601/2020 saylı işlə bağlı Qusar RPŞ-də toplanmış xx xxxx 2020-ci il tarixli HK-1/366 saylı materiala əlavə olunmuş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Qusar RPŞ-yə verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx xxxxxx 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə evlənmiş və birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü Erik, xx xxxxxx 2013-cü il təvəllüdlü Luiza və xx xxxxxx 2016-cı il təvəllüdlü Aliza adlı uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə Cavabdeh1 evləndikdən sonra Qusar rayonunun Gündüzqala kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yaşamağa başlamışlar, Cavabdeh1 özünün cehiz əmlaklarını həmin evə gətirmiş, həmçinin Cavabdeh2 ilə birgə nikahlarından olan uşaqları həmin evdə anadan olmuşlar. Daha sonra 2018-ci ildə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əri ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və uşaqları ilə birlikdə müvəqqəti olaraq ünvan 1 saylı ünvanda yerləşən xx xxxxxx 2003-cü il tarixdə reyestrdə 927 nömrə ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinə köçmüşlər. Cavabdeh1 və Cavabdeh2 ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)- 578/2020 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqlı naminə qanunla və beynəlxalq hüququn üumumi prinsipləri il nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəsinə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda onun İddiaçı iradəsinə zidd qalmaları evin mülkiyyətçisi kimi İddiaçı mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, Cavabdeh2 və Cavabdeh1 2018-ci ildən həmin evdə yaşasalar da, həmin evə istifadə hüququ əldə etməmişlər, həmin hüququn əmələ gəlməsi üçün aidiyyatı orqanlara və məhkəməyə müraciət etməmişlər. Hazırda evin mülkiyyətçisi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onların azyaşlı uşaqlarının həmin evdə yaşamalarını və evdən istifadə etmələrini istəmir. Odur ki, məhkəmənin qənaətinə görə ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşamaları evin mülkiyyətçisi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iradəsinə zidd olduğundan və heç bir hüquqi əsas olmadığından, bu isə mülkiyyətçi şəxsin mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırdığından İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı, Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları həmin evdən çıxarılmalıdırlar. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı məxsus mübahisəli ünvan 1 saylı ünvanda yerləşən evdən istifadə hüququnun tanınması üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də, qarşılıqlı iddia təmin edilə bilməz. Cavabdeh1 məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə iclasında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin edilməli, ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmalı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk və qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar