Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-645/2023 02.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı, onun vəkili X6, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ona borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pulun, habelə iddia qaldırmağı ilə əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdeh, Qusar rayonu Avaran kənd sakini Cavabdeh və onun ailəsini 10 ildən artıq bir müddətdir ki, tanıyır, həmin şəxsin onun həyat yoldaşı Əsədulla Çələbovla münasibətləri vardır. O və əri Əsədulla Çələbov birlikdə Qusar şəhəri Asəf Mehman küçəsində yerləşən “Pioneer” ərzaq mağazasında satıcı işləyirdilər. Həmin vaxtlar Cavabdeh, habelə onun anası X2 dəfələrlə işlədiyi həmin mağazadan borca ərzaq və pul götürmüş, hər dəfə borcu vaxtında qaytarmışlar. 2022-ci ilin yay aylarından Cavabdeh ondan borc pul istəməyə başlamışdır. Əvvəl o, cavabdehə onların pulunun olmadığını bildirərək bir neçə dəfə onu geri qaytarmışdır. Lakin sonradan cavabdehin çoxlu xahiş etməsini, əl çəkmədiyini, ailəsinin maddi vəziyyətinin pis olmasını, xüsusən də onun əri Əsədulla Çələbovla münasibətlərinin olmasını nəzərə alıb 2022-ci ilin oktyabr ayından başlayaraq Cavabdeh hissə-hissə olaraq cəmi 18500 (on səkkiz min beş yüz) manat borc pul vermişdir. Hər dəfə ona borc pul verən zaman o, Cavabdeh borc barədə yazılı qəbz götürmüşdür. Cavabdeh verdiyi həmin pulları o da, öz qohumlarından alıb ona vermişdir. İlk dəfə 2022-ci ilin oktyabr ayında Cavabdeh ondan 7000 (yeddi min) manat borc pul almışdır. Həmin pulun alınması barədə Cavabdeh ona 05 noyabr 2022-ci il tarixdə yazılı qəbz vermiş, həmin qəbzdə pulu 05 aprel 2023-cü il tarixdə artıqlaması ilə qaytaracağını qeyd etmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Cavabdeh ondan 1500 (min beş yüz) manat borc almışdır. Həmin pulun alınması barədə Cavabdeh ona 07 dekabr 2022-ci il tarixdə yazılı qəbz vermiş, həmin qəbzdə pulu 07 mart 2023-cü il tarixdə qaytaracağını qeyd etmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Cavabdeh ondan 1600 (min altı yüz) manat borc almışdır. Həmin pulun alınması barədə Cavabdeh ona yazılı qəbz vermiş, həmin qəbzdə pulu 06 aprel 2023-cü il tarixdə qaytaracağını qeyd etmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayında Cavabdeh ondan 5200 (beş min iki yüz) manat borc almışdır. Həmin pulun alınması barədə Cavabdeh ona 21 yanvar 2023-cü il tarixdə yazılı qəbz vermiş, həmin qəbzdə pulu 21 may 2023-cü il tarixdə qaytaracağını qeyd etmişdir. Bundan sonra 2023-cü ilin mart ayında Cavabdeh ondan 1200 (min iki yüz) manat borc almışdır. Həmin pulun alınması barədə Cavabdeh ona 09 mart 2023-cü il tarixdə yazılı qəbz vermiş, həmin qəbzdə pulu 09 may 2023-cü il tarixdə qaytaracağını qeyd etmişdir. Nəhayət, 2023-cü ilin mart ayında Cavabdeh ondan 2000 (iki min) manat borc almışdır. Həmin pulun alınması barədə Cavabdeh ona 11 mart 2023-cü il tarixdə yazılı qəbz vermiş, həmin qəbzdə pulu 11 may 2023-cü il tarixdə qaytaracağını qeyd etmişdir. Bununla da Cavabdeh ondan üst-üstə cəmi olaraq 18500 (on səkkiz min beş yüz) manat borc pul götürmüşdür. Borcların ona qaytarılmalı olduğu vaxt gəldikdə Cavabdeh müxtəlif bəhanələrlə borcları qaytarmaqdan yayınmağa başlamışdır. Ona görə də o, həmin 18500 (on səkkiz min beş yüz) manat pulun Cavabdeh alınıb ona qaytarılması üçün şikayət ərizəsi ilə Qusar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun şikayəti Qusar Rayon Polis Şöbəsində müstəntiq Samik Həsənov tərəfindən araşdırılmışdır. Onun şikayəti Qusar Rayon Polis Şöbəsində araşdırılarkən Cavabdeh ondan 18500 (on səkkiz min beş yüz) manat pul götürdüyünü etiraf etmiş və həmin pulu qaytaracağını bildirmişdir. Qusar Rayon Polis Şöbəsinin müstəntiqi Samik Həsənovun 30 may 2023-cü il tarixli qərarına əsasən onun Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat pulu geri tələb etməyi barədə məsələnin mülki xarakterli məsələ olduğu hesab edilmiş, onun şikayəti üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də o, Cavabdeh pulunu geri tələb etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazıradək Cavabdeh ümumilikdə ondan aldığı 18500 (on səkkiz min beş yüz) manat puldan hər hansı məbləği ona qaytarmamışdır. Ona görə də, Cavabdeh ona borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat, habelə iddia qaldırmağı ilə əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat dövlət rüsumu məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, iddia ərizəsində göstərilənlərdən başqa izahatında bildirmişdir ki, cavabdeh Rafail, onun əvvəllər işlədiyi mağazaya gəlib-getmiş, mağazadan borca ərzaq və pul almışdır. Rafailin qardaşı Dərbənd şəhərində oxumuş, cavabdehin anası Mafizat, ondan oxuduğu uşağa görə pul istəyib, o da Mafizata 500-600 manat pul vermişdir, pulu ona Mübariz adlı şəxs qaytarmışdır. Həmin vaxt o, Mafizata pulu yazılı verməmiş, şifahi vermiş, o vaxt belə hallar çox olmuşdur. O, özü də uşaqları çox əziyyətlə oxutdurmuş, keçmişi yadına düşmüş, buna görə də onun yazığı gəlib cavabdehə borca pul vermişdir. Cavabdeh ondan anasının xəstə olduğunu deyib 7000 manat pul istəmiş, o da yazığı gəlib vermişdir. O, cavabdehdən qəbzləri ona görə almışdır ki, o, cavabdehə verdiyi pulları başqa şəxslərdən faizə almışdır, həmin şəxs ona qəbz almasını demiş, ona görə də qəbzlər almışdır. Cavabdeh ona artıq pul qaytaracağını söz vermişdir. Cavabdeh ferma işlətdiyini, mal-qarasının olduğunu deyib pul istəmişdir. Cavabdeh dekabr ayında aldığı pulları təhsil üçün verdiyini demişdir. Cavabdeh birinci dəfə aldığı 7000 manat pulu anasının xəstə olduğuna görə alıb, 1600 manatı qardaşın təhsilinə görə alıb, 5200 manatı yoldaşı ilə Şabrandan mallar alıb satmaq üçün alıb, 1200 manatı malların saxlaması üçün icarə haqqının verilməsi və çobanlara vermək üçün alıb. 18500 manat başqa şəxslərə məxsus puldur, o, həmin pulu hissə-hissə qaytarır. Cavabdeh aldığı puldan bir qəpik də qaytarmayıb, o, pulu cavabdehə kömək etmək üçün vermişdir. Cavabdeh ilə aralarında faiz söhbəti olmayıb. Ona görə də Cavabdeh ona borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat, habelə iddia qaldırmağı ilə əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat dövlət rüsumu məhkəmə qaydasında alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X8 iddianı müdafiə etmiş, iddiaçının dediklərini təsdiq etmiş və iddia ərizəsindəki xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı o, uşaq vaxtından tanıyır, Larisa əvvəllər mağazada işləyirdi, ailəliklə onların tanışlığı var. O, birinci Larisadan borc pul istəmiş, sonra Larisa faizə pul verən bir nəfərin olduğunu demişdir. Birinci o, Larisadan 1000 manat borc istəmiş, o, Larisaya əlavə olaraq 200 manat pul qaytarmışdır, Larisa həmin 1000 manatı başqasından aldığını demişdir. O, bu formada üç dəfə Larisadan pul alıb qaytarmışdır. O, Larisadan pul alanda qəbzə qol çəkib almışdır, həmin pullar ona faizə verilib. Larisadan aldığı 18500 manatdan bir manat da qaytarmamışdır. 18500 əsas borcdur, faizlərlə bir yerdə 25000 manatdır. O, Larisaya 18500 manat borclu olduğunu qəbul edir. O, Larisadan iddia ərizəsində göstərilmiş tarixlərdə həmin məbləğləri almış, Larisa ona həmin pulların başqa şəxsə məxsus olduğunu demişdi, həmin pulları ona faizə verib. Pulu o, borc almışdır. O, pulu alanda Larisa pulun başqasından alıb verdiyini demişdir. Onun qaytardığı faizlərin Larisa özünə götürdüyünü və pulun sahibinə verdiyini bilmir. İş materiallarında olan qəbzləri o yazmış, özü imza etmişdir. O, qəbzə imza etdikdən sonra pul götürmüşdür. Qəbzlərə imza edəndə ona fiziki və psixi təsir olunmayıb, pula ehtiyacı olduğu üçün Larisadan borca pul almışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı o, uzun müddətdir ki, tanıyır, o, əvvəllər mağazada işləyib. Larisa yazığı gəldiyi üçün pulu verdiyini deyib, onun oğlu da rəhmətə getmişdir. Larisanın onlara möhlət verməsini istəyir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə 7000 manat pul almış və xx.xx.2023-cü il tarixdə 8750 manat pul qaytaracağına söz vermişdir. İşdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə 1500 manat pul almış və xx.xx.2023-cü il tarixdə 1950 manat pul qaytaracağına söz vermişdir. İşdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, 1600 manat pul almış və xx.xx.2023-cü il tarixdə 1960 manat pul qaytaracağına söz vermişdir İşdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 5200 manat pul almış və xx.xx.2023-cü il tarixdə 6600 manat pul qaytaracağına söz vermişdir. İşdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 1200 manat pul almış və xx.xx.2023-cü il tarixdə 1370 manat pul qaytaracağına söz vermişdir. İşdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 2000 manat pul almış və xx.xx.2023-cü il tarixdə 2280 manat pul qaytaracağına söz vermişdir. İşdə olan 30 may 2023-cü il tarixli Qusar RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh İddiaçı 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək olan müddətdə cəmi 18500 manat pul borc almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumi olaraq 18500 manat borca pul götürmüş, ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu barədə cavabdeh yazılı qaydada iltizam vermişdir. Həmçinin Cavabdeh həmin halları məhkəmə iclasında etiraf etmiş, İddiaçı ümumilikdə 18500 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı təqdim etmiş olduğu iltizamlara özü imza etdiyini, həmin iltizamlara imza edərkən ona qarşı hər hansı fiziki və psixi təzyiq olunmadığını da bildirmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat borc pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pul, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-645/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-645/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver