Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-645/2025 28.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2572 manat pulun və 46 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2023-cü ildə Sərhəd Qoşunları Xidmətində Xidmətə başlamışdır. Hazırkı iş üzrə Cavabdeh da işdə tanıyıb ona etimad etmiş, inanmışdır. Həmin şəxs ona demişdir ki, onun problemləri, borcu var. O, onlayın "manat-ol" Az.saytından müəyyən məbləğdə pul götürüb ona vermişdir. Həmin pul artmaqla bərabər üstünə faiz də gəlirdi. Həmin məbləğ onun hesabında qalsa da, üstünə gələn faizi cavabdeh Elcin Əmiraslanov ödəyirdi. Bundan əlavə o, Elcin Əmiraslanova əmək haqından bank vasitəsi ilə pul köçürmələri etmişdir. Təxminən 2024-cü ilin avqust ayından Elcin pulu ödəməmiş və işdən təxris olmuşdur. Hal-hazırda Qusar rayonunun Əvəcuq kəndində yaşayır. Onunla telefon əlaqəsini tamamilə kəsib telefon zənglərinə cavab vermir. X1 ona hal-hazırda 2572 manat borcludur. Cavabdeh ona olan 2572 (iki min beş yüz yetmiş iki) manat borcunu qaytarmaqdan imtina edir. Odur ki, hazırkı iddi ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəməyə göndərdiyi teleqramda işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank kartı hesabından köçürmələrə dair xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, soyadı və adı “El*** Ə*********” (Cavabdeh) kimi qeyd edilmiş şəxsin bank kartına ümumilikdə 2572 manat məbləğində pul köçürülmüşdür. Bununla da, məhkəmə iclasında müəyyən olunan hallar ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2572 manat məbləğində pul verməsi təqdim edilmiş həmin sənədlərlə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin hazırda iddiaçiya 2572 manat məbləğində pul borclu olduğunu sübut etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 2572 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normaya istinadən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 46 (qırx altı) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2572 (iki min beş yüz yetmiş iki) manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Qusar rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-645/2025
Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(029)-645/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver