Məhkəmə qərarları › İş №2(029)-649/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-649/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-649/2021 13.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsinə görə ödədiyi 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti 2005-ci ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla hesablanaraq cəmi 9373 (doqquz min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin alınaraq, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2005-ci ildə Qusar rayonu Bədişqala kənd sakini Cavabdeh ona müraciət edərək maddi vəziyyəti zəif olduğu üçün özünə və ailə üzvlərinə məxsus, Qusar rayonu Bədişqala kəndində yerləşən 3.11 ha torpaq sahəsini almağı ona təklif etmişdir. O, isə razılaşaraq həmin torpaq sahəsini şifahi razılıq əsasında satın almış, əvəzində isə Cavabdeh 3500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxtdan indiyədək torpaq sahəsi onun istifadəsində olmuşdur. Cavabdeh həmin torpaq sahəsi ilə bağlı ona qarşı heç bir tələb irəli sürməmişdir. Cavabdehlə belə razılığa gəlmişlər ki, notariat qaydasında aralarında alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini onun adına rəsmiləşdirsinlər. Sonradan Cavabdeh müxtəlif bəhanələr gətirərək bundan yayınmağa başlamış və hər dəfə bu barədə ona müraciət etdikdə cavabdeh narahat olmamağı, torpaq sahəsinin tezliklə rəsmiləşdirəcəyini bildirmişdir. O, isə cavabdehə inanaraq torpaqdan istifadə etməkdə davam etmişdir. Bu yaxınlarda, yəni 2021-ci ilin əvvəllərində o, bir daha Cavabdeh müraciət edərək qəti şəkildə notariat ofisinə gedərək torpağı adına rəsmiləşdirməyi tələb etmiş, cavabdeh isə bundan imtina edərək əlavə pul tələb etməyə başlamış və əks təqdirdə alqı-satqı müqaviləsi bağlamayacağını bildirmişdir. Bununla da o, Cavabdeh aldığı torpaqdan məhrum olmuşdur. Halbuki, o, həmin torpaq sahəsinin dəyərini cavabdehə tam olaraq ödəmiş və cavabdehə indiki pulla 3500 ABŞ dolları məbləğində pul vermişdir. Hal-hazırda həmin torpaq sahəsinin dəyəri 2-3 dəfə artmış, həmçinin ölkə üzrə mütəmadi olaraq istehlak qiymətləri indeksi bir neçə dəfə artmışdır. Bununla da, 2005-ci ilə nisbətən 3500 ABŞ dollarının yeni qiymət səviyyəsi təxminən 9373 manat təşkil edir. Bu barədə Qusar rayon Statistika İdarəsi tərəfindən 10 fevral 2021-ci il tarixli arayış da verilmişdir. Ona görə də, hesab edir ki, Cavabdeh 9373 manat məbləğində pul alınıb ona verilməlidir. Göründüyü kimi, onunla cavabdeh arasında müqavilə bağlanmış, lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz bir əqd olmuşdur. Bununla belə, əhəmiyyətsiz olsa da, həmin razılaşma üzrə o, cavabdehə 3500 ABŞ dolları məbləğində pul vermişdir. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 3500 ABŞ dolları məbləğində pul vəsaiti 2005-ci ildən hazıradək olan dövr ərzində infilyasiyaya faizləri nəzərə alınıb indeksasiya olunmaqla, yəni 9373 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdehla onun arasında dost münasibəti olmuşdur. Sonuncu, özünə və ailə üzvlərinə məxsus Qusar rayonu Bədişqala kəndində yerləşən 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almasını ona təklif etmiş, o, əvvəlcə torpaq sahəsi yararsız olduğuna görə razı olmamış, sonradan isə razılaşmışdır. Torpağın alqı-satqısına görə cavabdehə 3500 ABŞ dolları məbləğində pul vermişdir. Lakin, aralarında yazılı müqavilə bağlanmamışdır. Cavabdeh sonradan torpaq sahəsini satmaq istəməmiş, o, pulu qaytarmasını demiş, Şahnəzər pulu qaytaracağını bildirmiş, bir dəfə 1800 manat qaytara bildiyini, qalanını isə sonra qaytarmasını demiş, o, isə pulu tam düzəldib birlikdə qaytarmasını bildirmişdir. Bundan sonra isə Şahnəzər pulu qaytarmaqdan yayınmağa başlamışdır. Daha sonra isə Şahnəzər onun torpaq sahəsindən istifadə edib gəlir əldə etməsini əsas gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Onun Şahnəzərə torpaq sahəsinin alqı-satqısına görə 3500 ABŞ dolları məbləğində pul verdiyini şahidlər də təsdiq edirlər. 2020-ci ilin dekabr ayında dostu Zaburu pulu almaq üçün cavabdehin yanına göndərmiş, Şahnəzər Zabura pulu qaytarmayacağını demiş, bundan sonra o, dəqiq bilmişdir ki, cavabdeh pulu qaytarmayacaqdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh məxsus 3.11 ha torpaq sahəsinin alqısatqısına görə həmin şəxsə 3500 ABŞ dolları məbləğində pul verdiyi barədə göstərdikləri yalandır. İddiaçı ilə cavabdeh dost olmuşlar. Cavabdeh mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmiş və bu səbəbdən də şifahi razılıq əsasında öz mülkiyyətində olan torpaq sahəsini ildə 150 manat ödəmək şərti ilə İddiaçı istifadəsinə vermişdir. 2018-ci ildə cavabdeh Rusiya Federasiyasından qayıtmış, həmin vaxt artıq iddiaçı uzun müddət torpaq sahəsindən istifadə etmiş, buna görə Şahnəzər Mömindən torpaqdan istifadə haqqını istəmiş, Mömin isə bundan imtina etmişdir. Ona görə də, gələcəkdə Möminə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıracaqlar. Torpaq sahəsi yalnız Şahnəzərin deyil, həm də onun ailə üzvlərinin mülkiyyətindədir. Torpaq sahəsi satıldığı təqdirdə digər mülkiyyətçilərin də razılığı alınmalı idi, hansı ki belə bir razılıq yoxdur. Şahnəzər torpaq sahəsini İddiaçı satsaydı və bunun müqabilində ondan pul almış olsaydı iddiaçı indiyədək iddia qaldırardı. Lakin, iddiaçı 2005-ci ildən 16 il keçənədək susmuş, heç bir iddia qaldırmamış, iddia müddətini də ötürmüşdür. Həmin müddətin bərpa edilməsi barədə ərizə isə verməmişdir. İddiaçı cavabdehə pul verməsi barədə heç bir sübut yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan KOD 30107028 JN:226 saylı 09 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyıt hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 nömrəli qərarına əsasən Qusar rayonu Bədişqala kəndində yerləşən 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Nusrət oğlunun və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika komitəsi Qusar rayon Statistika idarəsinin verdiyi 10 fevral 2021-ci il tarixli məktubundan görünür ki, 2021-ci ilin fevral ayında 2005-ci ilin aprel ayına nisbətən istehlak qiymətləri indeksi 267.8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.7 dəfə atmışdır. Beləliklə 3500 manatın yeni qiymət səviyyəsi cari dövr üçün 9373 (doqquz min üç yüz yetmiş üç) manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair hər hansı müqavilə və ya razılaşma barədə sənəd təqdim olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 nömrəli qərarına əsasən Qusar rayonu Bədişqala kəndində yerləşən 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Nusrət oğlunun və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. İddiaçı həmin torpaq sahəsini 2005-ci ildə şifahi razılıq əsasında Cavabdeh satın aldığını və buna görə həmin şəxsə 3500 ABŞ dolları məbləğində pul verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cəmi 9373 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmiş və ona görə də, həmin iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar