Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-653/2020 20.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilməmiş əsas borc 8610 (səkkiz min altı yüz on) manat və 13610 (on üç min altı yüz on) manat cərimə borcu olmaqla, cəmi 22220 (iyirmi iki min iki yüz iyirmi) manat, habelə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu məbləğinin iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının iddiaçı cəmiyyətin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsinə əsasən Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, M.Hüseynzadə küçəsində inşa edilmiş 8 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61.2 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 36720 (otuz altı min yeddi yüz iyirmi) manat olan 77 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 36 (otuz altı) ay müddətinə cavabdehə satılmışdır. Belə ki, xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsinin 1.1, 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə, əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1 faiz həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Hazırda Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilə üzrə ödənilməmiş əsas borc 8610 (səkkiz min altı yüz on) manat və hesablanmış 13610 (on üç min altı yüz on) manat cərimə borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-cü bəndinə əsasən Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda “xxxxxxxxxxx” MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləsinə Əlavənin 1.2-ci bəndinə görə, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, M.Hüseynzadə küçəsində inşa edilmiş 8 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61.2 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 36720 (otuz altı min yeddi yüz iyirmi) manat olan 77 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 36 (otuz altı) ay müddətinə Cavabdeh satılmışdır. İşdə olan Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləyə Əlavədən görünür ki, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. İşdə olan “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 4069 nömrəli Maliyyə Arayışından görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxxxx 2014cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsinə əsasən “Alıcı” Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilmiş 8 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61.2 kv.metr olan 1 otaqdan ibarət ümumi dəyəri 36720 manat olan 77 saylı mənzilə görə Cəmiyyətə ümumilikdə 28110 (iyirmi səkkiz min bir yüz on) manat ödəniş etmişdir. xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsi üzrə borc 8610 (səkkiz min altı yüz on) manat əsas məbləğ və müqavilənin 4.3-cü bəndinə müvafiq qaydada hər gün üçün müqavilə dəyərinin 0.1 faizi həcmində hesablanmış 13610 (on üç min altı yüz on) manat cərimə borcu olmaqla, cəmi 22220 (iyirmi iki min iki yüz iyirmi) manat təşkil edir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, M.Hüseynzadə küçəsində inşa edilmiş 8 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61.2 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 36720 (otuz altı min yeddi yüz iyirmi) manat olan 77 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 36 (otuz altı) ay müddətinə Cavabdeh satılmışdır. Cavabdeh həmin mənzilə görə ümumilikdə 28110 (iyirmi səkkiz min bir yüz on) manat ödəniş etmiş, öhdəliyini vaxtında və lazımınca icra etmədiyinə görə 8610 (səkkiz min altı yüz on) manat əsas borc və 13610 (on üç min altı yüz on) manat cərimə borcu olmaqla, ümumilikdə 22220 (iyirmi iki min iki yüz iyirmi) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC Cavabdeh tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borclunun əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsi üzrə 8610 (səkkiz min altı yüz on) manat əsas borc və 500 (beş yüz) manat cərimə borcu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilə müddəti bitməklə qüvvəsini itirmişdir və bununla da, həmin müqavilənin ləğv edilməsinə heç bir ehtiyyac qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli AF-E/0026 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilə üzrə 8610 (səkkiz min altı yüz on) manat əsas borc, 500 (beş yüz) manat cərimə borcu və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 9140.40 (doqquz min bir yüz qırx manat qırx qəpik) manat iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-653/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-653/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver