Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-657/2024 08.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək X5 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X8 uzun müddət “insult” (beyin qan dövranın kəskin pozulması, bədənin sağ və sol yarısında qəfil zəiflik, üzün asimmetriyası, hüşun, nitq və görmənin itirməsi” diaqnozu ilə müxtəlif klinikalarda müalicə olunmuş və 11 may 2023-cü il tarixdə Qusar rayonun X14 kəndində vəfat etmişdir. El adəti ilə Quba rayonu, Çartəpə kənd qəbirstanlığında ata baba yurdunda dəfn olunmuşdur. O, Ərizəçi mərhum X8 ilə qeyri rəsmi, nikahda olmadan yaşamışlar və onların birgə yaşadıqları dövrdə 2 övladları- xx.xx.2006-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Mərhumun şəxsiyyət vəsiqəsi olmadığı səbəbindən o, ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Quba regional “ASAN xidmət” mərkəzindən aldığı cavab məktubunda xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 barədə ölümünün qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi ilə bağlı Vətəndaşlıq vəziyyəti aktlarının elektron informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadığını bildirmişdir. Qeyd etmək istəyir ki, X5 ölümü haqqında şahadətnamə olmadığından vərəsəlik, torpaq, məişət və digər sosial problemlərin həllində müəyyən çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” mn 8.5-ci bəndinə əsasən, Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizə üzrə tələbini müdafiə etmiş və izahatında göstərdi ki, ərizəçi onun qızıdır. Qızının əri Hafiz Nəcəfov xəstələnmiş, Rusiyadan Qusar rayonu X14 kəndinə, bacısının evinə gəlmiş və 3-4 gün orada qaldıqdan sonra vəfat etmişdir. X15 Quba rayonu Çartəpə kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, indiyədək həmin şəxsə ölüm haqqında şəhadətnamə əldə edilməmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçini xeyli müddətdir ki, tanıyır. Ərizəçinin əri Hafiz Nəcəfov vəfat etmiş və Quba rayonu Çartəpə kənd qəbirstanlığında dəfn edilmişdir. O, həmin şəxsin dəfn və yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılaraq qanuna müvafiq qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmiş, nümayəndənin iştirak edə bilməməsinin üzürlü hal olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 002832 və İ-DP 662025 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə, X10 xx.xx.2008-ci il tarixdə anadan olmuşlar, atası X8, anası ərizəçi X4r. İşdə olan Quba rayon İHB-nın Digah-Xucbala kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24 saylı arayışdan görünür ki, X8 xx.xx.2023-cü idə vəfat etmiş və Quba rayonu Çartəpə kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Balaqusar həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 həqiqətən xx.xx.2023-cü il tarixdə “miokard infarktı” diaqnozu ilə vəfat etmişdir. İşdə olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli 3-16-5/S-69-378/2024 saylı məktubdan görünür ki, övladı X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X8 barədə ölümünün qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda qeyd olunan ölümü təsdiq edən sənədlərlə müraciət etdiyi təqdirdə həmin şəxs barəsoində ölüm haqqında akt qeydi tərtib edilməklə şəhadətnamə yazıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1967-ci ildə Quba rayonu Çartəpə kəndində anadan olmuş X5 11 may 2023-cü il tarixdə Qusar rayonu X14 kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi X2 ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Quba rayonu Çartəpə kəndində doğulmuş X5 11 may 2023cü il tarixdə Qusar rayonu X14 kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-657/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-657/2024
08.08.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver