Məhkəmə qərarları › İş №2(029)-680/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-680/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-680/2022 10.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İdidaçı İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehə 12 may 2018-ci il tarixdə 600 AZN məbləğində pulu əl-bə-əl vermişdir. Bir müddət sonra 2-ci Qarabağ müharibəsi zamanı müharibədə olarkən (alimentin tutulması Müharibə iştirakçıları üçün dayandırıldığından) uşaqları üçün 400 AZN məbləğində pul göndərmişdir. Bunu cavabdehin qohumu vasitəsi ilə etmişdir. Cavabdehdən dəfələrlə bunu işlədiyi şirkətin mühasibatına təqdim etmək üçün notariusda arayışın yazılmasını tələb etmiş, yalnız cavabdeh tələbini rədd etmişdir. Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən və müharibədə aldığı xəstəliklərdən əziyyət çəkdiyi üçün ağır maddi vəziyyətə düşmüşdür. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(029)-542/2019 saylı qətnaməsinə əsasən ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdehdən tələb olunan pulu o, əl-bə-əl vermişdir. O, vətən müharibəsi iştirakçısıdır. Müharibədə olan müddət ərzində uşaqları fikirləşib, uşaqlara pul göndərmiş, lakin buna baxmayaraq onun maaşından iddiaçıya ödədiyi aliment tutulmuşdur. O, ödədiyi pulu cavabdehdən tələb etmiş, cavabdehin anası ona həmin pulu qaytaracağını demişdir. 600 manat pulu o, iddiaçıya əl-bə-əl vermiş, 400 manat pulu isə müharibədə olduğu vaxt kartı atasına vermiş, atasıda həmin kartdan 400 manat pul çıxararaq iddiaçının qohumuna vermişdir. Bu ay onun əmək haqqı olaraq ona 5000 manat olaraq kartına pul köçürülmüş, həmin puldan 50 faiz alimentə görə tutulmuşdur. Cavabdeh ona pul lazım olduğunu bildirmiş, buna görə də o, 600 manat pulu cavabdehin evində ona vermişdir. O, pulu cavabdehə verəndə heç bir şərt qoymamış, həmin pulun alimentdən çıxılacağını ona bildirməmişdir. Həmin pulu uşaqlara xərclənməsi üçün vermişdir. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun oğludur. O, 400 manat pulu oğlu Sərxanın bank kartından çıxardaraq cavabdehin atası Tahirin bibisi oğlu Balabəy Misrixanova vermişdir. O, həmin pulu aliment kimi vermişdir. Cavabdeh 2018-ci ilin aprel ayının 27-də onların evindən çıxıb getmiş və sonra aliment tələbi ilə əlaqədar onun oğluna qarşı iddia qaldırmışdır. Daha sonra isə 2019-cu ilin dekabr ayında alimentin 3-də bir hissəsi ödəməsi barədə iddia qaldırmış, iddia təmin olunmuş lakin icraçılar həmin qətnamənin iddiaçının iş yerinə göndərməmiş, sonradan göndərmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, iddianı qəbul etmir, həmin pul iddiaçı ona uşaqların saxlanması üçün verilmiş puldur. Buna görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 10 avqust 2022-ci il tarixə saat 15:30-a təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(029)-542/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 iyun 2009cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 595 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, boşanmadan sonra uşaqları 09 may 2010-cu il təvəllüdlü X2 və 01 iyul 2013-cü il təvəllüdlü X6 iddiaçı X4 yanında saxlanılması, 25 iyun 2018-ci il tarixdən başlayaraq 09 may 2010-cu il təvəllüdlü X1 və 01 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında da, göstərdiyi kimi, o, cavabdehə verdiyi 1000 manat pulu növbəti aylarda ödəniş kimi ödəməli olduğu aliment pulundan çıxılmasını bildirməmiş, həmin pulu uşaqlara xərclənməsi üçün vermişdir. Bundan başqa, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən alimentin geri qaytarılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar