Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-682/2020 19.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlunun iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1987-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş X2 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun övladı X4 xx xxxxxx 1987-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuşdur. xx xxxxxx 2016-cı il tarixdə oğlu Müşviq Qaçabəyov evdən çıxıb getmiş, daha sonra Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmiş, oradan da Suriya Ərəb Respublikasına getmişdir. Həmin vaxtdan oğlu itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, onun harada olması naməlum olaraq qalmışdır. 2017-ci ildə oğlu Suriya Ərəb Respublikasında gedən vətəndaş müharibəsində döyüşlərdə iştirak etmiş və həlak olmuşdur. Onun həqiqətən də, həlak olması barədə Qusar rayon Polis Şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. Oğlunun xx xxxxxx 2016-cı il tarixdə evdən çıxıb getməsini, o vaxtdan onun barəsində heç bir xəbər, soraq, məlumatın olmamasını bir çox şahidlər təsdiq edə bilərlər. Artıq 4 ildir ki, oğlundan heç bir xəbər yoxdur. X11 Suriya Ərəb Respublikasında gedən döyüşlərdə həlak olması barədə Qusar rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatları, habelə bu barədə şahid ifadələri əsas götürülməklə oğlu Müşviq Qaçabəyov məhkəmə qaydasında ölmüş elan edilməlidir. Oğlunun ölmüş elan edilməsi ona həmin şəxsdən miras qalmış əmlaklar barəsində vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərilən halları təsdiq edərək xx xxxxxx 1987-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş X2 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlud oğlu göstərmişdir ki, xx xxxxxx 1987-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş X2 ölümü haqqında vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydiyyat yoxdur və rəisi olduğu şöbə tərəfindən bu barədə müvafiq arayış verilmişdir. Adıgözəl Mövlanov həmçinin hazırda ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin öz mülahizəsinə buraxdığını bildirərək iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Xİİ-JQ 355383 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1987-ci ildə anadan olmuş və atası Ərizəçidur. İşdə olan xx.xx.2020-ci il tarixdə X8, X1, X3, X7, X6 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Urva kənd sakini X4 xx xxxxxx 2016-cı ildə işləmək adı ilə evdən çıxıb getmiş, o gündən bu vaxta kimi onun harada olması barədə heç bir məlumat yoxdur. Bu vaxta kimi onu heç kəs görməmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 149-3882-1220 saylı məktubundan görünür ki, Qusar rayonu Urva kənd sakini xx.xx.1987-ci il təvəllüdlü X4 DİN BƏSİİ-nin müvafiq bazası üzrə yoxlanılmış və onun barəsində axtarış işinin olması müəyyən edilməmişdir. Müşviq Qaçabəyov radikal dini təriqətli olmaqla xx.xx.2016-cı il tarixdə ölkə ərazisini Bakı-İstanbul aviareysi ilə tərk etməklə Türkiyə Respublikasına getmiş, daha sonra Suriya Ərəb Respublikası ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda dövlət qüvvələrinə qarşı vuruşmuş və 2017-ci ilin yayında döyüşlərdə məhv edilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-2043/2019 saylı qətnaməsinin surətindən görünür ki, X2 (doğulduğu tarix xx.xx.1987-ci il, doğulduğu yer Qusar rayonu Urva kəndi, şəxsiyyət vəsiqəsinin FİN kodu- 4S1P3WZ) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İşdə olan AZ-İİ 541933 və AZ-İİİ 262236 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki. X2 xx.xx.2010-cu il təvəllüdlü Rəhbər və xx.xx.2014-cü il təvəllüdlü Davud adlı iki uşaqları vardır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 191 saylı arayışdan görünür ki, X2 ölüm haqqında akt qeydiyyatı tapılmamışdır. Yoxlama xx.xx.2016xx.xx.2020-ci illər üzrə aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu xx xxxxxx 1987-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə ölkə ərazisini Bakı-İstanbul aviareysi ilə tərk etməklə Türkiyə Respublikasına getmiş, daha sonra Suriya Ərəb Respublikası ərazisinə keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda dövlət qüvvələrinə qarşı vuruşmuş və 2017-ci ilin yayında döyüşlərdə məhv edilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun məhv edildiyi vaxtdan 3 il müddət keçmişdir. X4 DİN BƏSİİ-nin müvafiq bazası üzrə yoxlanılmış və onun barəsində axtarış işinin olması müəyyən edilməmişdir. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilmişi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni X11 2017-ci ildə Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə ölməsi, xx xxxxxx 2016-cı il tarixdən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxx 1987-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş və həmin kənddə yaşamış X4 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1987-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşamış X4 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-682/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-682/2020
19.08.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver