Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-69/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı vəkili X4 Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX-1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX-1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 adına verilmiş Seriya RX-1136142 saylı və Cavabdeh1 adına verilmiş Seriya RX-1324484 saylı Çıxarışların qismən 0.31 ha hissəsində etibarsız sayılaraq reyestrdən çıxarılmasına, 0.31 ha torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X11 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon X8 xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonunun Çiləgir kənd sakinləri Güləliyev Azad Qubaşah oğlunun, X3, X6, X9 və X2 mülkiyyətinə 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində hüquqları KOD 30121028 JN-227 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Dövlət Aktı xx xxxx 2000-ci il tarixdə 227 nömrə ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2005-ci il tarixdə KOD 30121028 JN-227 saylı Dövlət Aktında planşet mülk nömrəsi 227 ilə nömrələnmiş 3139.02 kv/metr ölçüdə pay torpaq sahəsi mülkiyyətçilər Güləliyevlər tərəfindən 45000000 (qırx beş milyon) manata İddiaçı satılmış, alqı-satqı müqaviləsi xx xxxxxx 2005-ci il tarixdə reyestrdə 4Ə-1-06 nömrə ilə qeydə alınmışdır. xx xxxxxx 2005-ci il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsinə görə satın alınmış 0.31 hektar pay torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququna malikdir, həmin tarixdən torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. İddiaçı xx xxxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək satın alınmış 0.31 hektar torpaq sahəsinə mülkiyyət hüququnun Dövlət Qeydiyyatına alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 xx xxxxxx 2018-ci il tarixli **********83 saylı cavab məktubu ilə 0.31 hektar torpaq sahəsinin 5 saylı X16 elektron məlumat bazasında olan torpaq sahəsi ilə kəsişdiyi üçün ərizənin icrasından imtina etmişdir. Sonradan vəkil sorğusu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X24 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********54 saylı cavab məktubu ilə, İddiaçı Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli 4Ə-1-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.31 hektar torpaq sahəsinin, Cavabdeh1 adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.44 hektar torpaq sahəsinə dövlət reyestrindən verilmiş **********91 reyestr nömrəli Çıxarışla kəsişdiyi bildirilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 Qusar rayonunun Çiləgir kəndində iddiaçıya məxsus 0.31 hektar torpaq sahəsi də daxil olmaqla 0.44 hektar torpaq sahəsini əldə etmiş, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş Seriya RX ******* saylı, Reyestr nömrəsi **********91 olan Çıxarışla rəsmiləşdirilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 0.44 hektar torpaq sahəsini AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış və sonuncunun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş Seriya RX-1324484 saylı Reyestr nömrəsi **********91 olan Çıxarışla rəsmiləşdirilmişdir. 2005-ci ildə satın alınmış 0.31 hektar pay torpaq sahəsinin KOD 30121028 JN-227 saylı Dövlət Aktı üzrə mülkiyyətçisi Güləliyev Azad Qubaşah oğlu bildirmişdir ki, 0.31 hektar torpaq sahəsini yalnız İddiaçı satmış, digər hər hansı bir şəxsə satmamış, qeyd olunan 0.31 hektar torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi barəsində hər hansı bir məlumatı yoxdur. Bundan əlavə iddia ərizəsinin predmetində Cavabdeh2 adına verilmiş RX-1136142 saylı Çıxarışın tarixi xx xxxxxxxx 2017-ci il əvəzinə mexaniki olaraq səhvən xx xxxxxxxx 2007-ci il göstərilmişdir. Qətnamə çıxarılarkən bunun nəzərə alınmasını və cavabdehlər Cavabdeh2 adına verilmiş xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 saylı və Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX-1324484 saylı Çıxarışların qismən 0.31 ha hissəsində etibarsız sayılaraq reyestrdən çıxarılmasına, 0.31 ha torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qusar rayon X8 xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu Çiləgir kənd sakinləri Güləliyev Azad Qubaşah oğlunun, X3, X6, X9 və X2 mülkiyyətinə 2.57 hektar pay torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində hüquqları KOD 30121028 JN: 227 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Dövlət Aktı xx xxxx 2000-ci il tarixdə 227 nömrə ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2005-ci il tarixdə KOD ********* JN: 227 saylı Dövlət Aktında planşet mülk nömrəsi 227 ilə nömrələnmiş 3139.02 kv/m ölçüdə pay torpaq sahəsi mülkiyyətçilər Güləliyevlər tərəfindən 45000000 manata İddiaçı saılmış, alqı-satqı müqaviləsi xx xxxxxx 2005-ci il tarixdə reyestrdə 4Ə-1-06 nömrə ilə qeydə alınmışdır. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 ərizə ilə müraciət edərək satın alınmış 0.31 hektar torpaq sahəsinə mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 xx xxxxxx 2018-ci il tarixli **********83 saylı cavab məktubu ilə 0.31 hektar torpaq sahəsinin 5 saylı X16 elektron məlumat bazasında olan xəritəyə əsasən , digər şəxsin Dövlət Reyestrindən Çıxarışla mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi üçün ərizənin icrasından imtina edilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 Qusar rayonunun Çiləgir kəndində İddiaçı məxsus 0.31 hektar torpaq sahəsi də daxil olmaqla, 0.44 hektar torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş Seriya RX ******* saylı, reyestr nömrəsi **********91 olan Çıxarışla rəsmiləşdirilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 0.44 hektar torpaq sahəsini AN- ******* saylı Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsinə əsasən, Cavabdeh1 satmış, alqı-satqı müqaviləsi Qusar rayon Notariat Kontorunda təsdiqlənmiş, reyestrdə 4Ə-1655 nömrə ilə qeydə alınmış, 0.44 hektar torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ da Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş Seriya RX ******* saylı, reyestr nömrəsi **********91 olan Çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı iddia ərizəsində sadaladığı yuxarıda qeyd edilən halları əsaslandıra bilməmişdir. Çünki tələb tamamilə əsassızdır. Belə ki, RX ******* saylı **********91 reyestr nömrəli Çıxarışa əsasən Qusar rayonunun Çiləgir kəndində yerləşən 0.44 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış, həmin torpaq sahəsinə Cavabdeh1 Çıxarış almışdır. İddiaçı tələb etdiyi torpaq sahəsi həmin torpaq sahəsinə aid ola bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/1815 nömrəli ekspert rəyindən də görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən, Seriya RX ******* saylı Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış Seriya RX ******* saylı, **********91 reyestr nömrəli Çıxarışda göstərilən 0.44 hektar torpaq sahəsinin koordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənub-qərb istiqamətində 16 metr olmaqla kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin JN-227 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Güləliyev Azad Qubaşah oğlu tərəfindən İddiaçı satılmış 0.31 hektar torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. Sadalanan xüsusatlar İddiaçı tələbinin əsassız olduğunu göstərir. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx xxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh2, xüsusi mülkiyyətində olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.44 hektar torpaq sahəsini xx xxxxxxxx 2018-ci il tarixdə Qusar rayon Notariat Kontorunda rəsmi qaydada alqı-satqı yolu ilə ona satmışdır. Sonradan o, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX ******* saylı **********91 reyestr nömrəli Çıxarış almışdır. İddiaçının tələb etdiyi torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinə aidiyyatı ola bilməz. Belə ki, o, həmin torpaq sahəsini dövlət orqanlarında rəsmi qaydada qeydiyyatdan keçirməklə almışdır. Torpaq sahəsini aldığı vaxtdan həmin torpaq sahəsinə heç kəsin, o cümlədən, İddiaçı da iddiası olmamışdır. Odur ki, iş üzrə məhkəmətorpaqşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh1 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 Elam oğlunun nümayəndəsi və vəkili X1 izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-2xx xxx 30121028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon X8 xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Güləliyev Azad Qubaşah oğlunun, X3, X6, X9 və X2 mülkiyyətlərinə Qusar rayonu, Çiləgir kəndi ərazisindən 2.57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli 4Ə-1-06 reyestr nömrəli Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yaşayan Güləliyev Azad Qubaşah oğlu Qusar rayon torpaq şöbəsindən verilmiş xx xxxx 2000-ci il tarixli JN-2xx xxx 30121028 saylı Dövlət Aktına əsasən ona məxsus olan Qusar rayonu Çiləgir kənd zonasında yerləşən 0.31 hektar torpaq sahəsini 45000000 (qırx beş milyon) manata Qusar şəhəri, Ş.Həsrətov küçəsi, ev 43-də yaşayan İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən İddiaçı nümayəndəsi Rusiya Federasiyasının vətəndaşı, müvəqqəti ünvan 1 yaşayan X10 ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli, 05/01-14-126/13 nömrəli cavab məktubundan görünür ki, Qusar rayon Dövlət Notariat Kontorunda xx xxxxxx 2004-cü il tarixdə 4Ə-1-15, xx xxxxxx 2005-ci il tarixdə 4Ə-İ-06, xx xxxx 2005-ci il tarixdə 4Ə-1-138, 4Ə-1-139, xx xxxxxx 2005-ci il tarixdə 4Ə-2-326 və 4Ə-3-327 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatlarının verilməsi barədə Dövlət Notariat arxivinə daxil olmuş müraciətə baxılaraq bildirilmişdir ki, qeyd olunan müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********83 nömrəli cavab məktubundan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş Qusar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli 4Ə-İ-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 0.31 hektar torpaq sahəsi 5 saylı X16 elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarışla mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən **********91 reyestr nömrəli 0.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuşdur. İşdə olan AN-İ ******* nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0.44 hektar torpaq sahəsini 3000 (üç min) manata Cavabdeh1 satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən **********91 reyestr nömrəli 0.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X7 ünvanlanmış xx xxxx 2019-cu il tarixli **********54 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2005-ci il tarixli, 4Ə-1-06 nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.31 hektar torpaq sahəsi Cavabdeh1 adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.44 hektar torpaq sahəsinə dövlət reyestrindən verilmiş **********91 reyestr nömrəli Çıxarışla kəsişir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC X19 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli C-186 nömrəli Mütəxəssis rəyindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən Seriya RX ******* saylı Çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış Seriya RX-1324484 saylı **********91 reyestr nömrəli Çıxarışda göstərilən 0.44 hektar torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq vardır. (şimal-qərb istiqamətində 24 metr, cənub qərb istiqamətində 16 metr). Bu səbəbdən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/1815 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən, Seriya RX ******* saylı Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış Seriya RX ******* saylı, **********91 reyestr nömrəli Çıxarışda göstərilən 0.44 hektar torpaq sahəsinin koordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənub-qərb istiqamətində 16 metr olmaqla kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin JN-227 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Güləliyev Azad Qubaşah oğlu tərəfindən İddiaçı satılmış 0.31 hektar torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə də iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX- 1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair iddiası rədd edilməlidir. İş üzrə 110 (bir yüz on) manat təşkil edən ekspertiza xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 60 (altmış) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə- Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli Seriya RX-1136142 və xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX-1324484 saylı Çıxarışların qismən etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair iddiası rədd edilsin. İş üzrə 110 (bir yüz on) manat təşkil edən ekspertiza xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 60 (altmış) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə- Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-69/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-69/2020
04.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver