Məhkəmə qərarları › İş №2(029)-691/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-691/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-691/2020 02.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh, iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və zərər tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı nümayəndəsi X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx xxx 1977-ci il tarixdə Qusar rayonunda anadan olmuş Cavabdeh onun keçmiş həyat yoldşından borc olaraq aldığı 5200 (beş min iki yüz) manat əsas borc, 1040 (bir min qırx) manat zərər, vəkilə hüquqi yardım üçün ödədiyi 600 (altı yüz) manat pulun, dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manatın, cəmi 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı mərhum həyat yoldaşı X5 xx xxxxxxxx 2016-cı il tarixdə dünyasını dəyişmişdir. İddiaçı mərhum Adim Hüseynovun qanun üzrə vərəsəsidir. Cavabdeh iddiaçının mərhum həyat yoldaşından xx xxxx 2015-ci il tarixdə vaxtı çatmış borclarını qaytarmaq adı ilə 5200 (beş min iki yüz) manat borc pul götürərək, borcunu bağlayıb yenidən kredit götürməklə 10 (on) gün müddətində qaytaracağı barədə qəbz vermişdir. Lakin Cavabdeh həmin müddət çatandan sonra kreditin alınmaması bəhanəsi ilə borcu qaytarmağı gecikdirmişdir. Sonradan isə İddiaçı həyat yoldaşının xəstəliyinə başı qarşıdığına görə həmin pulu tələb edə bilməmişdir. İddiaçı Həyat yoldaşı rəhmətə gedəndən sonra isə öyrənmişdir ki, Cavabdeh xidmət yerini dəyişmişdir. Cavabdehin yerini heç cürə öyrənə bilmədiyinə görə pulu məhkəmə qaydasında tələb edə bilməmişdir. Lakin sonradan vəkilin köməkliyi ilə cavabdehin yerini öyrənmiş və hazırda pulu geri tələb edir. İddia müddətinin tətbiq edilməsinə dair cavabdehin vermiş olduğu ərizə əsassızdır, hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq oluna bilməz.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, hərbi qulluqçu olmuşdur. 2011-ci ildən 2016-cı ilin iyul ayına kimi Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçı bacısı ilə qonşu olmuş və iddiaçının mərhum həyat yoldaşı Adim Hüseynovu oradan tanımışdır. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün xx xxxxxx 2015-ci il tarixdə Beyləqan rayon sakini iddiaçının həyat yoldaşı X2 5200 (beş min iki yüz) manat məbləğində borc pul almış, 10 (on) gün ərzində həmin borcu qaytaracağına söz vermişdir. Lakin maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar həmin borcunu qaytara bilməmiş, ona görə də əmək haqqı kartını 2018-ci ilin iyun ayının 26-28-ində Adim Hüseynova vermişdir. Həmin vaxt o, ayda 850 (səkkiz yüz əlli) manat əmək haqqı almış, Adim Hüseynov onun kartından hər ay 600 (altı yüz) manat pulu özü götürmüş, qalan 250 (iki yüz əlli) manatı isə ona qaytarmışdır. Adim xəstə olduğundan kartından əlavə qalan pulu Nuridənin bacısı əri hər ay gətirib ona vermişdir. Əmək haqqı kartı 11 ay iddiaçıda qalmışdır. Daha sonra xidmət etdiyi yuxarıda qeyd etdiyi hərbi hissədən başqa hərbi hissəyə keçdiyi üçün kartı bağlandığından kartını Adim Hüseynovdan almışdır. Adim Hüseynov pulu ona 20 faizlə vermiş və Adim Hüseynov onun əmək haqqı kartından 11 (on bir) ay ərzində hər ay 600 (altı yüz) manat götürmüşdür. İddiaçının ərindən aldığı 5200 (beş min iki yüz) manat borc pulu tam olaraq qaytarmışdır. Lakin iddiaçının ərindən borcun götürülməsi barədə vermiş olduğu qəbzi geri almamışdır. Adim Hüseynov xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra İddiaçı ondan yenidən pul tələb etməyə başlamışdır. İddiaçının tələbi tamamilə əsassızdır. Bundan əlavə boru aldığı vaxtdan 5 (beş) il müddət keçmiş və iddiaçı iddia müddətini də ötürmüşdür. Qeyd edilənlərə əsasən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 059014 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxxxx 2016-cı tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2016cı il tarixdə 171 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxx 2017-ci il tarixdə verilmiş 2V-161 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 2016-cı il tarixdə ölmüş X3 vərəsəsi arvadı İddiaçıdır. İşdə olan Cavabdeh xx xxxx 2015-ci il tarixdə yazıb imza etdiyi qəbzdən görnür ki, o, xx xxxxxx 2015-ci il tarixdə Beyləqan rayon sakini X2 5200 (beş min iki yüz) manat dəyərində borc pul almışdır. Həmin məbləği borclarının qaytarılması üçüm almış və həmin məbləği 10 (on) gün ərzində qaytaracaqdır. İşdə olan xx xxxxxxx 2010-cu il tarixdə verilmiş MN № ******* nömrəli Şəxsi Vəsiqənin surətindən görünür ki, Cavabdeh N saylı hərbi hissədə xidmət edir. İşdə olan 524867 nömrəli xx xxxx 2018-ci il tarixli Mədaxil Qəbzinin Kötüyündən görünür ki, İddiaçı hüquqi yardım almaq üçün 600 (altı yüz) manat pul ödəmişdir. İşdə olan qəbzdən görünür ki, iddia ərizəsinin verilməsindən ötrü X4 tərəfindən 30(otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə X2 10 (on) günə qaytarmaq şərtilə 5200 (beş min iki yüz) manat borc pul almış, lakin borcunu hal-hazıra kimi ödəməmişdir. X5 xx xxxxxxxx 2016-cı il tarixdə ölmüş və İddiaçı xx xxxx 2017-ci il tarixdə verilmiş 2V-161 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən mərhum X3 vərəsəsi hesab olunmuşdur. Cavabdeh həmin borcu qaytardığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin hal məhkəmədə öz təsdqini tapmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı vəkilə hüquqi yardım üçün 600 (altı yüz) manat və iddia ərizəsinin verilməsi üçün 30(otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Bundan başqa, məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəni müzakirə edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti üzürlü səbədən ötürülmüşdür. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əri X5 xx xxxxxx 2015-ci il tarixdə 10 (on) günə qaytarmaq şərtilə cavabdehə 5200 (beş min iki yüz) manat borc pul vermiş, bundan sonra bir müddət xəstə olmuş və xx xxxxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra isə X3 mirası açılmış və onun arvadı İddiaçı həmin mirası xx xxxx 2017-ci il tarixdə verilmiş 2V-161 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən qəbul etmişdir. Odur ki, məhkəmə iddia müddətinin ötürülməsinin səbəblərini üzürlü hesab edərək iddiaçının pozulmuş hüququnun müdafiə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, xx xxx 1977-ci il tarixdə Qusar rayonunda anadan olmuş Cavabdeh 5200 (beş min iki yüz) manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 600 (altı yüz) manat pul, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 5830 (beş min səkkiz yüz otuz) manat pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxx 1977-ci il tarixdə Qusar rayonunda anadan olmuş Cavabdeh 5200 (beş min iki yüz) manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 600 (altı yüz) manat pul, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 5830 (beş min səkkiz yüz otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar