Məhkəmə qərarları › İş №2(029)-70/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-70/2024

30.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-70/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KOD 30102005 JN : 0038 saylı Dövlət Aktı üzrə xüsusi mülkiyyətlərində olan 1980,66 kv.metr torpaq sahəsini Cavabdeh zəbt edilərək qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri alınaraq aidiyyəti üzrə ailəsinin mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı iddiasını onunla əsaslandırmışdır ki, Qusar rayon Agrar İslahat Komissiyasının 01 sentyabr 1998-ci il tarixli 15/1 saylı qərarı ilə ailəsinin, yəni İddiaçı, X10, Əliyeva (Həsənova) Cəmalə Hacıməhəmməd qızının, X4 və X2 mülkiyyətinə 4,55 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları KOD 30102005 JN:0038 saylı Torpağa Mülkiyyət Hüququna X19 ilə rəsmiləşdirilmiş, mülkiyyət hüquqları 38 nömrə ilə qeydiyyata alınmışdır. Şərh olunan pay torpaq sahəsinin Dövlət Aktında planşet nömrəsi 38Q səhifəsində göstərilmiş 1980,66 kv.metr suvarılan torpaq sahəsi tam şəkildə Cavabdeh tərəfindən özbaşına tutularaq (zəbt edilərək) istifadə olunur. Dəfələrlə Cavabdeh pay torpaq sahəsini aidiyyəti üzrə geri tələb etmiş, lakin cavabdeh torpaq sahəsinin qaytarılmasından imtina edir. 2020-ci ilin mart ayında Kadastr və X8 Xaçmaz Layihə-Tədqiqat İdarəsinə onun tərəfindən rəsmi müraciət olunmuş, şərh olunan idarənin mütəxəssisi Mübariz Kərimov yerli İcra Hakimiyyətinin nümayəndəsi Babayev Elxan və Samur bələdiyyəsinin sədri Ayibova Elnarənin iştirakları ilə torpaq sahəsinə baxış keçirilmiş, ərazinin bölgü xəritəsi ilə onların faktiki istifadəsindəki torpağın arasında müəyyən fərqlər aşkar olunmuş, Dövlət Aktına əsasən, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində təyin edilərək, 11 mart 2020ci ildə müvafiq Akt tərtib olunmuşdur. Torpaq sahəsinin koordinatları dəqiqləşdirildikdən sonra Samur bələdiyyəsi tərəfindən torpaq sahəsinə əlavə baxış keçirilmiş, Dövlət Aktında 38Q səhifəsində göstərilmiş 1980,66 kv.metr suvarılan torpaq sahəsinin tam şəkildə Cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmiş, bu barədə 07 mart 2023-cü il tarixdə 27 saylı torpağın zəbt edilməsinə dair arayış verilmişdir. 11 mart 2020-ci il tarixdə torpaq sahəsinə baxış keçirmiş mütəxəssis X6, şahid qismində məhkəməyə dəvət edilməsini zəruri sayır, şahidin məhkəməyə gəlməsinə təminat verir. Yuxarıda qeyd etdiyi kimi, Cavabdeh özbaşına tutduğu ( zəbt etdiyi) torpaq sahəsini könüllü olaraq geri qaytarmaqdan imtina etdiyini nəzərə alaraq, torpaq sahəsini ondan məhkəmə qaydasında alınaraq ailəsinə geri qaytarılmasını zəruri sayır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 4.55 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə cavabdehə pay torpaq sahəsini aidiyyəti üzrə geri tələb etsə də, cavabdeh əvvəl razılaşmış, sonradan isə zəbt etdiyi torpaq sahəsini tərk etməkdən imtina etmişdir. 2020ci ilin mart ayında Kadastr və X8 Xaçmaz Layihə-Tədqiqat İdarəsinə rəsmi müraciət etmiş, şərh olunan idarənin mütəxəssisi Mübariz Kərimov torpaq sahəsinə baxış keçirmiş, torpaq sahələri arasında müəyyən fərqlər aşkar olunmuş, Dövlət Aktına əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində təyin edilərək, 11 mart 2020-ci ildə müvafiq Akt tərtib olunmuşdur. Bundan sonra isə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, cavabdeh onun atasıdır və həmin şəxs iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, Qusar rayonu Aşağı Tahircal kəndində yerləşən 0.2804 ha torpaq sahəsi cavabdehə və onun ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsi 2003-cü ildən onların istifadəsindədir. Həmin vaxtdan hazıradək heç vaxt iddiaçının narazılığı olmamışdır. İndi isə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını bildirir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30102005 JN: 0038 saylı torpağa mülkiyyət hüququna X19nın surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 01 sentyabr 1998-ci il tarixli 15/1 saylı qərarı ilə 4.55 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi İddiaçı, X10, X1, X4 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 06 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9475 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, KOD 30102005 JN: 0038 saylı torpağa mülkiyyət hüququna X19na əsasən İddiaçı, X11, X3, X7 və X5 məxsus olan Qusar rayonu Samur qəsəbəsində (sənəd üzrə Samur kəndində) yerləşən 4.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 38Q nömrəli planşetdəki 0.198 hektar torpaq sahəsi, torpaqların elektron kadastrı uçotu informasiya sistemində 0.1664 hektar ölçüdə uçota alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsi bütövlükdə 0.1664 hektar olmaqla istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, həqiqətən də, Cavabdeh torpaqların elektron kadastrı uçotu informasiya sisteminə əsasən İddiaçı, X11, X3, X7 və X5 məxsus olan Qusar rayonu Samur qəsəbəsində (sənəd üzrə Samur kəndində) yerləşən 4.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 38Q nömrəli planşetdəki 0.1664 hektar torpaq sahəsini özbaşına tutmaqla İddiaçı iradəsinə zidd olaraq istifadə edir və bununla da, həmin şəxs iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Bununla belə məhkəmə hesab edir ki, tələb olunan torpaq sahəsinin ölçüsünə dair hissədə iddia qismən əsaslıdır. Belə ki, qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə aid cəmi 0.198 ha deyil, 0.1664 ha torpaq sahəsi özbaşına tutularaq istifadə olunur. Belə ki, yuxarıda göstərilən ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Samur qəsəbəsində (sənəd üzrə Samur kəndində) yerləşən 4.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 38Q nömrəli planşetdəki 0.198 hektar torpaq sahəsi, torpaqların elektron kadastrı uçotu informasiya sistemində 0.1664 hektar ölçüdə uçota alınmışdır. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qusar rayonu Samur qəsəbəsində yerləşməklə KOD 30102005 JN:003 saylı Torpağa mülkiyyət hüququna X19na əsasən İddiaçı və ailə üzvlərinə məxsus olan 4,55 ha torpaq sahəsinin Dövlət Aktının 38Q nömrəli planşetindəki 0.1664 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi aidiyyəti üzrə İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonu Samur qəsəbəsində yerləşməklə KOD 30102005 JN:003 saylı Torpağa mülkiyyət hüququna X19na əsasən İddiaçı və ailə üzvlərinə məxsus olan 4,55 ha torpaq sahəsinin Dövlət Aktının 38Q nömrəli planşetindəki 0.1664 ha hissəsindən çıxarılsın, həmin torpaq sahəsi aidiyyəti üzrə İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə qaytarılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN ********** , Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar