Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-707/2023 01.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 2010-cu il tarixdə vəfat etmiş X9 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun doğma anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0.2643 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun X2na məxsusdur. Həmin şəxsin torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** qeydiyyat **********76- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Hazırda o, mərhum anasının qanun üzrə yeganə vərəsəsidir və evlə torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul etməklə həmin evdə yaşayır, evə sahiblik etməklə onu idarə edir. Həmin əmlakları qanun üzrə vərəsəlik qaydasında adıma rəsmiləşdirmək məqsədi ilə Qusar rayon Notariat Ofisinə müraciət etdikdə ona bildirilmişdir ki, ona məxsus doğum haqqında şəhadətnamənin ana qrafasında X10 yazıldığı halda, miras əmlaka dair hüquq müəyyənedici sənədlərdə, o cümlədən mərhum anasının ölüm haqqında şəhadətnaməsində mərhum anasının soyadı Əhmədxanova qeyd edilmişdir. Odur ki, mərhum anası ilə onun arasında qohumluq münasibətlərinin təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Onun X3 olmuş və atası xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Onun adına doğum haqqında şəhadətnamə 23 iyul 1958-ci il tarixdə verilmişdir. Həmin vaxt mərhum atası ilə anası arasında rəsmi nikah olmamışdır. Bu səbəbdən də soyadı anasının həmin vaxtkı soyadına uyğun Bədirxanov qeyd edilmişdir. Lakin, mərhum anasının qızlıq soyadı Camalova olmuşdur. Atası ilə nikahda olmamışdan əvvəl mərhum anası Bədirxanov soyadlı şəxslə nikahda olduğundan ona doğum şəhadətnamə verilərkən ana qrafasında məhz X10 qeyd edilmişdir. Sonradan mərhum anası özünün qızlıq soyadını bərpa edərək Camalova soyadını qəbul etmiş və 25 iyun 1964-cü il tarixdə mərhum X3 ilə rəsmi nikaha daxil olmuş və Əhmədxanova soyadını qəbul etmişdir. Sənədlərdə belə uyğunsuzluqlar olmasına baxmayaraq bütün kənd sakinləri bilirlər ki, mərhum X9 onun doğma anasıdır. Qusar rayon İcra Hakimiyyəti Başçısının Mucuq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən bu barədə xx.xx.2022-ci il tarixli 214 saylı arayış da verilmişdir. O, hazırda X23nın mirasını qəbul etmək hüququ olan şəxslərin dairəsinə daxildir. Hal-hazırda X23nın mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun doğma anası olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.1910-cu il tarixdə anadan olmuşdur. X8, anası X17r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşdə olan İ-ИЕ № 586895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. X3, anası X6r. İşdə olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 239 saylı arayışdan görünür ki, mərhum X9 vəfat etdiyi günə kimi Mucuq kəndi ünvanında yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. Oğlu Ərizəçi. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X15 ilə X11 nikahları xx.xx.1964-cü il tarixdə ünvan 1 İƏN-də 08 akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonar qadın “Axmedxanova” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 214 saylı arayışdan görünür ki, 28 mart 2010-cu ildə Qusar rayonun Mucuq kəndində vəfat etmiş X1 Oktay Kərimxan oğlunun doğma anasıdır. 05 noyabr 1987-ci ildə Qusar rayonun Mucuq kəndində vəfat etmiş X14 isə X7 doğma atasıdır. X13 anadan olduğu vaxt onun X3 ilə X2 arasında rəsmi nigah qeyd edilmədiyi üçün X7 doğum haqqında şəhadətnaməsində soyadı anasının soyadına uyğun olaraq “Bədirxanov” qeyd edilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1i ünvanında yerləşən 0.2643 ha yaşayış məntəqəli tipli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 126 kv/metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüşdür. X23 Ərizəçi doğma anası olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 214 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X23nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X23 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X23nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin anası olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 Ərizəçi anası olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni mərhum X4 Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 mart 2010-cu il tarixdə vəfat etmiş X9 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni mərhum X4 Ərizəçi doğma anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-707/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-707/2023
01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver