Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-711/2020 19.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 Cavabdeh1 vəkili X10 X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Qusar şəhəri, Z.Əliyeva küçəsi, 252 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü Kamilla, xx xxxx 2011ci il təvəllüdlü Said və xx xxxx 2016-cı il təvəllüdlü Mədinə adlı üç uşaqları anadan olmuşdur. O, Cavabdeh1 ilə ailə həyatı qurarkən Cavabdeh1 atası Cavabdeh2 ünvan 2 saylı ünvanda yerləşən evinə gəlin köçmüşdür. Kamilla adlı uşaqları anadan olandan sonra isə qaynatası Cavabdeh2 onlara ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçməklərini və daimi olaraq həmin evdə yaşamaqlarını təklif etmişdir. Həmin ev təmirsiz olmuş, evin qapı-pəncərəsi olmamışdır. Sonradan həmin ev onun atasının vəsaiti hesabına tam təmir olunmuş, yaşayış üçün tam yararlı hala salınmış və xx xxxx 2009-cu il təvəllüdlü Kamilla adlı uşaqları anadan olandan təxminən 5-6 ay sonra o, Cavabdeh1 və Kamilla adlı azyaşlı qızı ilə birlikdə həmin evə kömüşlər, ona məxsus cehiz əmlakları da həmin evə yerləşdirmişlər. Cavabdeh1 ilə birgə nikahlarından olan digər iki övladları Said və Mədinə məhz həmin evdə anadan olmuşlar. Cavabdeh1la uzun müddət həmin evdə mehriban yaşamışlar və övladlarını böyütmüşlər. Lakin təxminən iki ildir ki, Cavabdeh1 ona olan münasibəti dəyişmiş, onunla kobud rəftar etməyə, onun ləyaqətini alçaltmağa və hətta döyməyə başlamışdır. Sonuncu dəfə 2020-ci ilin yanvar ayının axırlarında Cavabdeh1 onu yenidən döymüş, saçlarından tutub sürüyərək azyaşlı uşaqları ilə birlikdə onu evdən çıxarmışdır. Daha sonra o, həmin evə getmək istəsə də, Cavabdeh1 tərəfindən evin açarları dəyişdirildiyi üçün evə girə bilməmişdir. Özünə məxsus olan bütün əmlakları da həmin evdə qalmışdır. Hazırda o, koronovirus pandemiyası ilə əlaqədar ölkədə tədbiq olunan karantin rejimində azyaşlı uşaqları ilə birlikdə evsiz-eşiksiz qalmışdır. Qusar şəhəri, Z.Əliyeva küçəsi, 252 saylı ünvanda yerləşən fərdi yaşayış evi qaynatası Cavabdeh2 adına olsa da, sonuncu həmin evi daimi yaşamaq üçün ona və Cavabdeh1 vermişdir. O, mübahisəli Qusar şəhəri, Z.Əliyeva küçəsi, 252 saylı ünvanda yerləşən fərdi yaşayış evinin sahibi olan cavabdeh X13 iradəsi və razılığı ilə özünə məxsus cehiz əmlakları ilə birlikdə 2009-cu ilin sonlarında həmin evə köçməklə və hazıradək daimi olaraq orada yaşamaqla onun həmin fərdi yaşayış evinə istifadə hüququ yaranmışdır. Həmin vaxt onun həmin evə köçməyinə və orada daimi yaşamağına heç kim etiraz etməmişdir. Bununla da, onun daimi yaşayış yeri həmin vaxtdan etibarən həmin fərdi yaşayış evi olmuşdur. Ona görə də, onun həmin evdən istifadə hüququ tanınmalı və o, azyaşlı uşaqları xx xxxx 2009cu il təvəllüdlü Kamilla, xx xxxx 2011-ci il təvəllüdlü Said və xx xxxx 2016-cı il təvəllüdlü Mədinə ilə birlikdə həmin evə köçürülməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona və digər cavabdeh oğlu Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış evinə köçürülmə tələbinə dair iddia qaldırmışdır. O, iddianı qəbul etmir. Belə ki, oğlu Cavabdeh1 və İddiaçı 2008-ci ilin avqust ayının sonunda nikahı rəsmi qeyd etdirmədən evlənmişlər və aralarındakı nikahı sonradan, yəni xx xxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. İddiaçı Cavabdeh1 ilə evlənən zaman, yəni 2008-ci ilin avqust ayının sonunda onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əmlaklarını da həmin evə gətirmişdir. Həmin evdə yaşadıqları vaxt xx xxxx 2009-cu il tarixdə iddiaçı ilə cavabdehin X15 adlı bir uşaqları anadan olmuşdur. İddiaçı və Cavabdeh1 2010-cu ilin fevral-mart aylarına kimi onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. 2010-cu ilin fevral-mart ayında isə iddiaçı və cavabdeh azyaşlı uşaqları Kamilla ilə birlikdə ünvan 5 ünvanında yerləşən onun özünün yenicə tikdirdiyi, onun mülkiyyətində olan fərdi yaşayış evinə köçüb həmin evdə yaşamağa başlamışlar. İddiaçı və Cavabdeh1 digər uşaqları, xx xxxx 2011-ci il təvəllüdlü X25 və xx xxxx 2016-cı il təvəllüdlü X22 İddiaçı və Cavabdeh1 ünvan 6 ünvanında yerləşən, onun yeni tikdirdiyi fərdi yaşayış evinə köçüb orada yaşadıqları vaxt dünyaya gəlmişlər. İddiaçı iddia ərizəsində guya onun oğlu Cavabdeh1 ilə xx xxxxxx 2008ci il tarixdən rəsmi nikahda olması, Cavabdeh1 və azyaşlı uşağı Kamilla ilə birlikdə 2009cu ilin iyun ayında ünvan 6 ünvanında yerləşən yeni tikdiriyi onun mülkiyyətində olan fərdi yaşayış evinə köçmələri barədə, habelə həmin evin təmirinin özünün atası tərəfindən edilməsi barədə qeydləri yalandır və həqiqətə uyğun deyildir. Belə ki, oğlu Cavabdeh1 ilə İddiaçı 2008-ci ilin avqust ayının sonunda faktiki evlənmişlər, aralarında rəsmi nikah isə bir il sonra, yəni xx xxxx 2009-cu il tarixdə bağlanmışdır. Cavabdeh1 və İddiaçı azyaşlı uşaqları Kamilla xx xxxx 2009-cu il tarixdə anadan olmuşdur, həm də uşaq Qusar rayon Mərkəzi Xəstəxanasında anadan olmuş, iddiaçı da həmin vaxt xəstəxanada olmuşdur. Ona görə də İddiaçı Cavabdeh1 və azyaşlı uşağı Kamilla ilə birlikdə ünvan 6 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə 2009-cu ilin iyun ayında heç cür köçə bilməzdilər, iddiaçı Zarina və cavabdeh Faik həmin mübahisə edilən evə 2010-cu ilin fevral-mart aylarında köçmüşlər. ünvan 7 saylı ünvanda yerləşən ona məxsus fərdi yaşayış evi 2009-cu ilin sonuna kimi özünün vəsaiti hesabına təmir edilmiş, evin damı 2009-cu ilin oktyabr-noyabr aylarında bağlanmış, yaşayış evi yalnız 2010-cu ilin yanvar ayında yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Həmin evin təmirinə iddiaçının atası və digər qohumları tərəfindən heç bir vəsait xərclənməmiş, evin tikintisinə iddiaçı tərəfdən onlara heç bir köməklik olmamışdır. İddiaçı Cavabdeh1 ilə ünvan 7 saylı ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində 2020-ci ilin yanvar ayına kimi yaşamışdır. Bundan sonra iddiaçı Zarinanın cavabdeh Faiklə münasibətləri soyumuş, İddiaçı Cavabdeh1 ayrılıb azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdeh1 İddiaçı ilə aralarında olan nikahın pozulmasına dair Qusar rayon məhkəməsində iddia qaldırmış və Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikan pozulmuşdur. Qeyd etdiyi kimi İddiaçı Cavabdeh1 ilə evlənən zaman, yəni 2008-ci ilin avqust ayının sonunda onun mülkiyyətində olan ünvan 8 saylı ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əmlaklarını da həmin evə gətirmişdir. İddiaçı həmin yaşayış evinə köçən zaman o, evin mülkiyyətçisi olaraq iddiaçıya həmin evdə yaşayış sahəsindən istifadə etməsinə dair notarial qaydada təsdiqlənmiş yazılı razılıq verməmişdir. Həmçinin iddiaçının həmin evdə yaşayış sahəsindən istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Eləcə də, ona məxsus olan ünvan 7 saylı ünvanda yerləşən fərdi yaşayış evində də yaşayış sahəsindən istifadə etməsinə dair iddiaçıya notarial qaydada təsdiq edilmiş yazılı razılıq verməmiş, nədəki iddiaçının həmin yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçıya ünvan 7 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayış sahəsində istifadə hüququnun verilməsinə və iddiaçının həmin evə köçürülməsinə razı deyildir. Çünki iddiaçı ona məxsus olan həmin fərdi yaşayış evinə köçdükdən sonra öz əri, yəni onun oğlu Cavabdeh1 ilə yola getməmiş, tez-tez cavabdehlə mübahisələr etmiş, özbaşına hərəkətlər etmişdir.İddiaçı onlar barəsində müxtəlif organlara böhtan xarakreli şikayətlər yazmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ № 281563 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür k, X15 xx xxxx 2009-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X2r. İşdə olan AZ-İİ № 689590 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X25 xx xxxx 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X2r. İşdə olan AZ-İİİİ № 786340 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx xxxx 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-448/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində xx xxxx 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2009-cu il təvəllüdlü X15, xx xxxx 2011-ci il təvəllüdlü X25 və xx xxxx 2016-cı il təvəllüdlü X11 anaları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi, xx.xx.1983-cü ildə ünvan 9 ünvanda yaşayan Cavabdeh1 İddiaçı xeyrinə xx xxxx 2009-cu il təvəllüdlü X8, xx xxxx 2011-ci il təvəllüdlü X21 və xx xxxx 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 saylı ünvanda yerləşən **********36-10301 reyestr nömrəli 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 225.20 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan ünvan 10 ünvanında qeydiyyatda olan X4, ünvan 11 ünvanında qeydiyyatda olan X5 və ünvan 12 ünvanında qeydiyyatda olan X3 iştirakları ilə tərtib edilmiş və Qusar rayon Notariat Ofisində təsdiq edilməklə 8İ-4182 reyestr nömrəsi ilə qeyd edilmiş Aktdan görünür ki, Z.Əliyeva küçəsi, 252 nömrəli fərdi yaşayış evinə Əhmədov Faiq, İddiaçı, Əhmədova Kamilla-Əhmədovlar ailəsi köçmüşdür. İddiaçı evlilik müddətində əri ilə həmin ünvanda yaşayaraq yavaş-yavaş yaşayış halının gətirilməsinə daş hasar və darvazanın qoyulması, əlavə tikililərin tikilişində (yay mətbəxi bir otaq, talvar, xərək evi, uca dağ şəlaləsi, kəbabxana) evin ümumi təmirinə, həyətinnin bütöv daş döşəməsində iştirakı olmuşdur. Əhmədovlar ailəsi həmin ünvana köçəndə ev, İddiaçı atası tərəfindən mebellə təmin olunmuş, əri ilə mehriban 10-11 il həmin ünvanda yaşadıqlarının və Said və Madina adlı uşaqlarının həmin evdə anadan olduqlarının şahidi olmuşlar. İddiaçı qonşu kimi xoş xasiyyət və ünsiyyətcil gəlindir, qonşu olduqları 10-11 il müddətində onunla heç bir problemləri olmamışdır. İşdə olan Qusar rayonu Bədirqələ yeni massivində yaşayan X14 tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, 2009-cu ilin oktyabr, noyabr aylarında Cavabdeh2 məxsus Z.Əliyeva küçəsi, 252 ünvanında yerləşən evdə şpaklovka, rəngsazlıq və başqa işlər görmüşdür. Zəhmət haqqını Cavabdeh2 özü vermişdir. O vaxt həmin evdə ev əşyaları olmamışdır və evdə yaşayan heç kim yox idi. İşdə olan Qusar şəhəri, Rəsulbəyov küçəsi 61 nömrəli evdə yaşayan X9 tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, 2009-cu ilin axırına qədər Cavabdeh2 məxsus Z.Əliyeva küçəsi 252 ünvanında yerləşən evdə gözətçi işləmişdir. O vaxt orada heç kim yaşamamış və evdə ev əşyaları olmamışdır. İşdə olan Qusar şəhəri, Q.Əliyev küçəsi 6 nömrəli evdə yaşayan X16 tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, 2010-cu ilin fevral ayında öz yük maşınında Cavabdeh1 ev əşyalarını Q.Əliyev küçəsi 15-dən Z.Əliyeva küçəsi 252 ünvanında yerləşən evə aparmışdır. İşdə olan ünvan 14 ünvanında yaşayan X17 tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Z.Əliyeva küçəsi 252 ünvanda yerləşən Cavabdeh2 məxsus evi mişar daşından o, tikmişdir. Tikinti materiallarını Cavabdeh2 özü gətirmişdir. Tikintidə işləyənlərin əmək haqqını da özü vermişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh1 ilə evlənmiş, nikahlarını isə xx xxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. İddiaçı Cavabdeh1 atası Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X15, xx xxxx 2011-ci il təvəllüdlü X25 və xx xxxx 2016-cı il təvəllüdlü X22 adlı uşaqları anadan olmuşdur. xx xxxx 2009-cu il təvəllüdlü Kamilla adlı uşaq anadan olduqdan təxminən 5-6 ay sonra İddiaçı Cavabdeh1 və xx xxxx 2009-cu il təvəllüdlü Kamilla adlı uşaq ilə birlikdə qaynatası Cavabdeh2 məxsus Qusar şəhəri, Z.Əliyeva küçəsi, 252 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş və özünə məxsus bütün cehiz əmlaklarını da həmin evə aparmışdır. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından anadan olmuş digər iki uşaqları Said və Mədinə həmin mübahisəli fərdi yaşayış evində yaşadıqları müddətdə anadan olmuşdur. 2020-ci ilin yanvar ayında iddiaçının əri Cavabdeh1 iddiaçını 3 azyaşlı uşaqları ilə birlikdə həmin mübahisəli fərdi yaşayış evindən qovmuşdur. Bundan sonra isə Qusar rayon məhkəməsinin 2(029)- 448/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində xx xxxx 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2009cu il təvəllüdlü X15, xx xxxx 2011-ci il təvəllüdlü X25 və xx xxxx 2016-cı il təvəllüdlü X11 anaları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi, xx.xx.1983-cü ildə ünvan 9 ünvanda yaşayan Cavabdeh1 İddiaçı xeyrinə xx xxxx 2009-cu il təvəllüdlü X8, xx xxxx 2011-ci il təvəllüdlü X21 və xx xxxx 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş xx xxxx 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla da, İddiaçı Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnu əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı istifadə hüququ mülkiyyətçi və digər şəxslərdən müdafiə olunmalıdır. Ona görə də, iddia təmin edilməli, İddiaçı xx xxxx 2009-cu il təvəllüdlü X15, xx xxxx 2011-ci il təvəllüdlü X25 və xx xxxx 2016-cı il təvəllüdlü X22 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 saylı ünvanda yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən istifadə hüquqları tanınmalı və iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx xxxx 2009-cu il təvəllüdlü X15, xx xxxx 2011-ci il təvəllüdlü X25 və xx xxxx 2016-cı il təvəllüdlü X22 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 saylı ünvanda yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən istifadə hüquqları tanınsın və iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülsünlər. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-711/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-711/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver