Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-72/2020 01.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və üçüncü şəxs x7 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxslər x8, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x10rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxslər x8, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x10rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Çiləgir kəndində yerləşən, KOD 30121028 JN:229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinə dair Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi KOD:30121028 JN:229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsusdur.Bu yaxınlarda həmin torpaq sahəsinə dair çıxarışın hazırlanması üçün müvafiq sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 5 saylı x12 müraciət etmiş, həmin idarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 229 hissəsi olan 0.25 hektar torpaq sahəsinə dair Cavabdeh adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Halbuki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamışlar, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Həmin torpaq sahəsinin hansı əaslara görə həmin şəxsin adına qeydiyyata alınması isə ona məlum deyildir. Hesab edir ki, ona və ailə üzvlərinə məxsus 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinə dair Cavabdeh adına verilmiş 05.09.2017-ci il tarixli Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış onun və ailə üzvlərinin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozduğundan həmin çıxarış etibarsız hesab edilməli və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iсlasında Cavabdeh nümayəndəsi və vəkili x5 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı “Qusar rayonu Çiləgir kəndində yerləşən, KOD:30121028 JN:229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 ha hissəsinə dair Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia ərizəsində göstərilir ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi KOD:30121028 JN:229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıya və ailə üzvlərinə məxsusdur. Bu yaxınlarda həmin torpaq sahəsinə dair çıxarışın hazırlanması üçün müvafiq sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x12 müraciət etmiş, həmin idarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin 229 hissəsi olan 0,25 hektar torpaq sahəsinə dair Cavabdeh adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamışlar, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Həmin torpaq sahəsinin hansı əsaslara görə həmin şəxsin adına qeydiyyata alınması isə ona məlum deyildir”. İddiaçı iddia etdiyi torpaq sahəsinə görə Cavabdeh adına çıxarış verilməsini təsdiq edəcək heç bir sənəd, sübut iddia ərizəsinə əlavə olunmamış və Cavabdeh iş üzrə cavabdeh kimi cəlb olunması anlaşılmazdır. İddiaçı onun və ailə üzvlərinə verilmiş pay torpağına müvafiq çıxarış almaq onun hüququdur, bunun üçün də o, DƏDRX-nin 5 saylı x12 müraciət etməli, müraciətinə müsbət cavab verilmədiyi təqdirdə də həmin İdarənin hərəkətsizliyini inzibati mübahisəyə dair iş kimi aidiyyəti məhkəmədə mübahisələndirməlidir. Hazırkı iş üzrə mübahisə predmeti olan 0,25 ha torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətində olmuş və sonradan notarial qaydada özgəninkiləşdirilərək, hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №-li Çıxarış (qeydiyyat nömrəsi **********, qeyriyyat tarixi 27.09.2018) əsasında x7 mülkiyyətindədir. Ona görə də hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı iddiası rədd olunmalıdır. Xanlar Aydınbəyov qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs x11 izahatında göstərmişdir ki, iş üzrə mübahisəli 0.25 ha torpaq sahəsini 21.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satın almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında isə öz adına 27.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Çıxarış verilərkən mütəxəssislər tərəfindən torpaq sahəsi ölçülmüş, həmin torpaq sahəsi heç bir şəxsin torpaq sahəsi ilə üst-üstə düşmədiyindən həmin torpaq sahəsini ona təhkim etmişlər. Həmin torpaq sahəsi ona ölçülüb verilərkən Qədim tərəfindən heç bir irad bildirilməmiş, həmin şəxsin torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının iddiası əsasızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili x5 məhkəməyə ərizə göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, işdə olan KOD 30121028 JN:229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. İşdə olan KOD 30121028 JN:293 saylı 13.12.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu Dövlət Notariat Kontorunun təsdiq etdiyi 14 noyabr 2003-cü il tarixli müqaviləyə əsasən satın alınmış 0.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x14 tərəfindən məhkəməyə təqdim olunmuş, üzərindən çarpaz xətt çəkilməklə ləğv edilmiş 24.04.2013cü il tarixli Seriya RX ******* saylı, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Seriya RX ******* saylı, **********90 reyestr nömrəli, 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan 21 sentyabr 2018-ci il tarixli 4Ə-1654 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh **********90 reyestr nömrəli, 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini x1. İşdə olan Seriya RX ******* saylı **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə x7 adına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının 17 sentyabr 2019-cu il tarixli C-148 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Seriya RX ******* saylı 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, KOD 30121028 JN:229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.14 hektar torpaq sahəsinin koordinatlarının hamısı üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 11 oktyabr 2019-cu il tarixli 19599 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Seriya RX ******* saylı 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, KOD 30121028 JN:229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.14 hektar torpaq sahəsinin koordinatlarının hamısı üst-üstə düşür. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının 16 mart 2020-ci il tarixli C-33 saylı mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları DƏDRX tərəfindən RX seriyalı ******* saylı çıxarış ilə x7 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN- 229 saylı 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2.29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0.25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan bu sualın cavablandırılması mümkün olmamışdır. Qeyd olunan sualın cavablandırılması və xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında toroaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının 08 iyun 2020ci il tarixli 10/707 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC –nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsinin koordinatları DƏDRX tərəfindən RX seriyalı ******* saylı çıxarış ilə x7 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur. Eyni zamanda mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN-229 saylı 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2.29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0.25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 sentyabr 2019-cu il tarixli **********28 saylı məktubundan görünür ki, 17 sentyabr 2019-cu il tarixli C- 148 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri 73,20 (yetmiş üç manat iyirmi qəpik) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2019-cu il tarixli 11599 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 mart 2020ci il tarixli **********80 saylı məktubundan görünür ki, 16 mart 2020-ci il tarixli C-33 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri 73,20 (yetmiş üç manat iyirmi qəpik) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2020-ci il tarixli 10/707 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Beləliklə, məhkəmə iсlasında müəyyən olundu ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmaqla JN-229 KOD 30121028 saylı 13 iyul 2000-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Həmin kənddə yerləşən 0.25 hektar torpaq sahəsi isə Seriya RX ******* saylı **********90 reyestr nömrəli 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan əvvəl isə həmin torpaq sahəsinin də daxil olduğu cəmi 0.94 hektar torpaq sahəsi 24.04.2013-cü il tarixli Seriya RX ******* saylı, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin çıxarış isə Cavabdeh adına qeydiyyata alınmış KOD 30121028 JN:293 saylı 13.12.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmişdir. Cavabdeh sonradan Seriya RX ******* saylı **********90 reyestr nömrəli 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus olan 0.25 hektar torpaq sahəsini 21 sentyabr 2018-ci il tarixli 4Ə-1654 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə üçüncü şəxs x3 və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə həmin şəxsin adına qeydiyyata alınmaqla Seriya RX ******* saylı **********90 reyestr nömrəli 27.09.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bununla da, hazırkı iş üzrə mübahisə predmeti olan, Cavabdeh adına verilmiş RX ******* saylı **********90 reyestr nömrəli 05.09.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış artıq qüvvədən düşmüş, həmin çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsinə dair üçüncü şəxs Aqil Ələkbərovun adına yuxarıda göstərilən məlum çıxarış verilmişdir. Bundan başqa, məhkəmə-torpaqşünaslıq ekspertizasının birinci rəyində mübahisələndirilən çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə iddiaçının və ailə üzvlərinin adlarına olan torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyü göstərilsə də, sonradan müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN-229 saylı ********* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2.14 ha torpaq sahəsinin mübahisə predmeti olan 0.25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) vardır və bu səbəbdən də, həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Bununla da, əvvəlcə Cavabdeh mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxs Aqil Ələkbərovun müılkiyyətində olan 0.25 hektar torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2.14 hektar torpaq sahəsinin tərkibinə daxil olması tam olaraq öz təsdiqini tapmamış, bu barədə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məсəlləsinin 152.1-сi maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənсam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məсəllənin 152.5-сi maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məсəllənin 157.2-сi maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məсəllənin 157.4-сü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, Cavabdeh adına verilmiş Seriya RX ******* saylı 05.09.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 24.04.2013-cü il tarixli Seriya RX ******* saylı, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında, həmin çıxarış isə KOD 30121028 JN:293 saylı 13.12.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının əsasında verilmişdir. Həmin sənədlər üzrə qeydiyyatların məzmunu tam və həqiqi olmuş, etibarsız hesab olunmamışlar. Bununla da, hazırda mübahisələndirilən məlum çıxarış məhz həmin etibarlı sənədlər üzrə olan qeydiyyatlar əsasında verilmişdir. Bundan başqa, həmin çıxarış əsasında torpaq sahəsi özgəninkiləşdirilməklə üçüncü şəxs Aqil Ələkbərovun adına yeni çıxarış verilməklə mübahisələndirilən çıxarış artıq qüvvədən düşmüşdür. Bu səbəbdən, göstərilən əsaslara görə həmin çıxarış etibarsız hesab edilə bilməz. Bundan başqa, həmin çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsi hazırda üçüncü şəxs Aqil Ələkbərovun adına qeydiyyata alınmaqla Seriya RX ******* saylı **********90 reyestr nömrəli 27.09.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin çıxarışda olan torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin adlarına olan 2.14 hektar torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmamışdır. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq iddianın əsassız olduğu qənaətinə gəlir. Azərbayсan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məсəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məсəllənin 217.2-сi maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən və bununla da iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə ilk məhkəmə-torpaqşünaslıq ekspertizası İddiaçı, təkrar məhkəmətorpaqşünaslıq ekspertizası isə üçüncü şəxs Aqil Ələkbərovun təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı, 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərcləri isə üçüncü şəxs x6 tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı, 100 (yüz) manatməbləğindəməhkəməxərcləri isə üçüncü şəxs x2 Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı, 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərcləri isə üçüncü şəxs x6 tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı, 100 (yüz) manatməbləğindəməhkəməxərcləri isə üçüncü şəxs x2 Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-72/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-72/2020
01.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver