Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-720/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin araşdırılıb bərpa edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin araşdırılıb bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iddia iddiaçının mərhum qardaşına ayrıldığı göstərilən 0.12 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi və torpaq sahəsinin təhkim olunması ilə əlaqədardır. Belə olan halda hazırkı iddiaya məhkəmə qaydasında baxıla bilməz, torpaq sahəsinə dair sənədlərin əldə edilməsi və təhkim olunması məhkəmələrin deyil, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyətinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı ərizənin yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi və torpaq sahəsinin təhkim edilməsi ilə əlaqədar daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin araşdırılıb bərpa edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi və torpaq sahəsinin təhkim edilməsi ilə əlaqədar daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-720/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-720/2021
25.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver