Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-724/2021 20.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalarına dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 4ində yerləşməklə X3ndan miras qalmış yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 4 sakinidir, həmin kənddə mərhum X2ndan miras qalmış yaşayış evində yaşayır. 2001-ci ildə hələ atasının sağlığında onun X7 nikahı qeyd etdirmədən Cavabdeh1 adlı bir qadınla evlənmişdir. Cavabdeh1 onun X7 ilə evləndikdən sonra onun atasına məxsus Qusar rayonun Qarat Oba kəndində yaşayış evinə gəlin köçmüşdür. X7 ilə Cavabdeh1 ər-arvad münsibətlərində yaşadıqları dövrdə onların 12 iyul 2002-ci tarixdə Cavabdeh2 və 25 mart 2004-cü il tarixdə Cavabdeh3 adlı uşaqları anadan olmuşdur. 2009-cu ilin iyun ayında Cavabdeh1 hər iki azyaşlı uşaqlarını X7nun yanında, yəni onun atasına məxsus Qusar rayonun Qarat Oba kəndində yerləşən yaşayış evində qoyub Bakı şəhərinə getmişdir. Həmin uşaqlar 2012-ci ilədək oğlunun yanında yaşamışlar. Həmin müddət ərzində Cavabdeh1 azyaşlı uşaqlarından xəbər tutmamış, onların taleyi ilə heç maraqlanmamışdır. X2 31 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. Ondan sonra həmin evdə o, oğlu və oğlunun iki azyaşlı uşaqları qalmışdır. 21 mart 2012-ci il tarixdə Cavabdeh1 ünvan 4ində yerləşən ona atasından miras qalmış yaşayış evinə gəlmiş və uşaqları Cavabdeh2 və Cavabdeh3 X7ndan alıb aparmışdır. 2012-ci ildən sonra Cavabdeh1 və onun uşaqlarının harada yaşaması onlara məlum deyildi. X7 18 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra o, ünvan 4ində yerləşən atasından miras qalmış yaşayış evində tək yaşamaq istəməmiş və evi kilidlə bağlayaraq, digər oğlu X10 ünvan 4ində yerləşən yaşayış evinə köçmüşdür. Həmin vaxtdan o, oğlu X31 Oba kəndində yerləşən yaşayış evində yaşamışdır. Atasından miras qalmış ev isə bağlıdır. Cavabdeh1 və uşaqlarının onun atasından miras qalmış yaşayış evini könüllü olaraq tərk etmələrindən sonra 10 ilə yaxın müddət keçmişdir. Lakin, 2021-ci ilin iyul ayında Cavabdeh1 gizlicə ünvan 4inə gəlib ona atasından miras qalmış yaşayış evinin qapılarını, kilidlərini sındırıb uşaqları, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə həmin evə soxulmuşlar. Onlar ona atasından miras qalmış yaşayış evini və həyətyanı torpaq sahəsini qanunsuz olaraq zəbt edərək onu həmin əmlakdan məhrum etmişlər. Daha sonra Cavabdeh1 uşaqları həmin evdə qoyub özü çıxıb getmişdir. O, Cavabdeh1 və onun uşaqları digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 atasından miras qalmış yaşayış evindən könüllü olaraq çıxmalarını xahiş etmişdir. Lakin, onlar könüllü olaraq həmin evi və həyətyanı torpaq sahəsini boşaltmaq istəmirlər. Cavabdeh1 onun oğlu ilə nikahı qeyd etdirmədən evli olmuş, onların aralarında heç vaxt rəsmi nikah olmamışdır. Cavabdeh1 2009-cu ilin iyun ayında özü könüllü olaraq sözü gedən evdən çıxıb getmiş və artıq 12 ildən çoxdur ki, həmin evdə yaşamır. Onun uşaqları olan iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 21 mart 2012-ci il tarixdə könüllü olaraq onun atasına məxsus yaşayış evindən çıxmış və anaları Cavabdeh1 yanına yaşamağa getmişlər və 10 ilə yaxındır ki, həmin evdə yaşamırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsinin mülkiyyətçisi olaraq onun mərhum X2 ilə ailə münasibələrinə çoxdan xitam verilmiş, cavabdehlər həmin yaşayış evindən istifadə hüquqlarını çoxdan itirmişlər. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərdiklərini təsdiq edir. ünvan 4ində yerləşən mübahisəli fərdi yaşayış evi onun atası Ələkbər Hacıyevə məxsusdur. Atası 2011-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin evi miras əmlak kimi faktiki olaraq o, qəbul etmiş və idarə etməyə başlamışdır. Atasının digər vərəsələri isə olmamışdır. Cavabdeh1 onun oğlu Rəfi Abbasovun qeyri-rəsmi arvadı olmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə nəvələridirlər. Belə ki, oğlu Rəfi Abbasov 2001-ci ildə Cavabdeh1 ilə nikahı rəsmi qeyd etdirmədən ailə həyatı qurmuş, birgə yaşadıqları dövrdə onların 12 iyul 2002-ci il təvəllüdlü Binyam, 25 mart 2004-cü il təvəllüdlü Bənövşə adlı iki uşaqları anadan olmuşdur. 2009-cu ildə Cavabdeh1 öz uşaqlarını onun oğlu Rəfinin yanında qoyaraq evdən çıxıb getmiş, 2012-ci ildə isə gəlib uşaqlarını da götürüb getmişdir. 2014-cü ildə oğlu Rəfi Abbasov vəfat etmişdir. Bununla da, Cavabdeh1 2009-cu ildən, onun uşaqları Cavabdeh2 və Cavabdeh3 isə 2012-ci ildən həmin evdə yaşamamışlar. Hazırda həmin şəxslər həmin ünvanda qeydiyyatda deyillər. O, evdə tək qaldığından atasında miras qalmış evi kilidlə bağlayaraq digər oğlu Ramin Abbasovun evinə getmiş və orada qalmışdır. 2021-ci ilin iyul ayında isə Cavabdeh1 ondan xəbərsiz, gizli şəkildə gəlib atasının evinin kilidini sındırmış və qanunsuz olaraq öz uşaqları ilə birlikdə həmin evə soxulmuşlar, onu isə evə buraxmamışlar. Halbuki, həmin şəxslərin həmin evə heç bir hüquqları yoxdur, istifadə hüquqları isə uzun müddətdir ki. itirilmişdir. Hesab edir ki, həmin şəxslər həmin evdən çıxarılmalıdırlar. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılıb iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı onun babasıdır. O, 12 iyul 2002-ci ildə ünvan 4ində yerləşən, iddiaçının atasına məxsus evdə anadan olmuşdur. Cavabdeh1 onun anası, digər Cavabdeh3 isə bacısıdır. 2012-ci ilədək o, mübahisəli evdə yaşamış, daha sonra anası Ruhiyə atasından ayrılaraq onu və bacısı Bənövşəni də götürüb Xaçmaz rayonu Xudat şəhərinə getmişdir. Həmin vaxtdan sonra 2 il Xudat şəhərində, 2 ili Bakı şəhərində yaşamışlar, daha sonra yenidən Xudat şəhərinə qayıtmışlar. Xudat şəhərində dayısı Ruslanın evində yaşamışlar. Sonradan anası Ruhiyə ondan və bacısı Bənövşədən imtina etmiş və onlar baxımsız qalmışlar. Hazırda mübahisəli evdə isə heç kim yaşamır, babası İddiaçı da həmin evdə deyil, öz oğlu Ramin Abbasovun evində yaşayır. Buna baxmayaraq, babası onu və bacısını həmin evə buraxmır, orada yaşamaqlarına icazə vermir. Bacısı Bənövşə hazırda Xudat şəhərində yaşayır, yetkinlik yaşına çatmamışdır. Onların şəxsiyyət vəsiqələri yoxdur, o, əskəri xidmətə getməlidir, buna görə yaşayış yerində arayış lazımdır, qeydiyyat yeri olmadığına görə həmin arayışı əldə edə bilmir, babası da mübahisəli evə qeydiyyata düşməsinə icazə vermir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.12.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Qusar rayonun Qarat Oba kəndində anadan olmuşdur. X3, anası X20r. İşdə olan AZ-T 053078 saylı 28.03.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 12.07.2002-ci il tarixdə Qusar rayonun Qarat Oba kəndində anadan olmuşdur. X4, anası Cavabdeh1dır. İşdə olan AZ-İİ 499587 saylı 01.09.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 25.03.2004-cü il tarixdə ünvan 4ində anadan olmuşdur. X4, anası Cavabdeh1dır. İşdə olan Qusar RİHB-nin Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 iyul 2014-cü il tarixli arayışdan görünür ki, X22 18 iyul 2014-cü il tarixdə Qaraciyər sirrozu diaqnozu ilə Qusar rayonun Qarat Oba kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.12.2018-ci il tarixli arayışdan görünür ki, X24 26.03.2001-ci il tarixdə Hipertoniya xəstəliyindən Qusar rayonun Qarat Oba kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nin Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli 355 saylı arayışdan görünür ki, Qusar rayonun Qarat Oba kəndində mərhum X2na məxsus fərdi yaşayış evini oğlu İddiaçı idarə edir. İşdə olan JN-113F KOD 30124078 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 2 saylı qərarı ilə ünvan 4indən X15 və X21 0.26 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qarat Oba kənd sakinləri İddiaçı, Hacı Hacıyev, Xaliddin Abdurzayev, Adil Zəkiyev və Şahbuz Bəybalayev tərəfindən 01 avqust 2011-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Abbasov Rəfinin həyat yoldaşı Cavabdeh1 7 il bir yerdə (ailədə) yaşamışlar. Cavabdeh1 həyat yoldaşı X22 içki düşkünü və tüfeyli həyat tərzi keçirtdiyi üçün 2009-cu ilin iyun ayında uşaqları tək qoyaraq hər kəsdən xəbərsiz evdən çıxıb Bakı şəhərinə getmişdir. Yaşadığı ünvan məlum deyildir. İşdə olan Qarat Oba kənd sakinləri İddiaçı, X22, X16, Tavat Zəkiyeva, yaşadığı ünvan Xudat şəhəri olan Cavabdeh1 tərəfindən tərtib olunmuş 21 mart 2012-ci il tarxli aktdan görünür ki, Abbasov Rəfinin və Cavabdeh1 iki övladı, yəni Cavabdeh2 və Cavabdeh3 Qarat Oba kəndində yaşayır və Qarat oba kənd məktəbində oxuyur. Halhazırda hər iki övlad Abbasov Rəfinin himayəsində yaşayır. İki il yarımdan sonra Abbasov Rəfinin sabiq həyat yoldaşı Cavabdeh1 uşaqları öz himayəsinə qaytarmağı tələb edir. Ona görə də hər iki övlad 21 mart 2012-ci il tarixində, 2002-ci il təvəllüdlü Cavabdeh2 və 2004cü il təvəllüdlü Cavabdeh3 sağ-salamat uşaqların anası Cavabdeh1 himayəsinə qaytarılmışdırlar. İşdə olan Qarat Oba kənd sakinləri İddiaçı, X22, X16 və Tavat Zəkiyeva tərəfindən tərtib olunmuş 21 mart 2012-ci il tarxli aktından görünür ki, Abbasov Rəfinin keçmiş həyat yoldaşı Cavabdeh1 21 mart 2012-ci il tarixdə gecə saat 20:00 radələrində evə gələrək heç kəsin razılığı olmadan uşaqlarını Cavabdeh2 və Cavabdeh3 anasının yanına getməsindən imtina etməsinə baxmayaraq gücnən aparmışdır. İşdə olan 14 sentyabr 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 31 yanvar 2011-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi Qusar rayonun Qarat Oba ünvanında qeydiyyatda olan, oğlu İddiaçı Ələkbər oğludur. İşdə olan Qusar RİHB-nin Şirvanovka kənd İnzibati Ərazi üzrə Nümayəndəliyindən verilmiş 09.08.2012-ci il tarixli 572 saylı arayışdan görünür ki, İddiaçı ilə mərhum atası X1 vəfat etdiyi günə kimi bir yerdə yaşamışlar. İşdə olan AZ-İ 450192 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 31.01.2011-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən məhkəməyə verilmiş 14 oktyabr 2021-ci il tarixli X-1117 saylı məktubdan görünür ki, ünvan 4i ünvanında yerləşən X11 və X17 mülkiyyətində olan 0.26 ha torpaq sahəsinə dair həmin notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində məlumat aşkar olunmamışdır. 31.01.2011-ci ildə vəfat etmiş X6 miras qalmış Əmanət Kassasındakı pul məbləğinə dair Qusar rayon notariat ofisində 14.09.2012-ci il tarixdə 2V-2512 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından 20.10.2021-ci il tarixli elektron Çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.1981-ci ildə anadan olmuş, ünvan 5 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı oğlu Rəfi Abbasov 2001-ci il tarixdə Cavabdeh1 ilə nikahı rəsmi qeyd etdirmədən ailə həyatı qurmuş və həmin vaxt Cavabdeh1 Rəfi Abbasovun valideynləri ilə birlikdə yaşadığı, sonuncunun babası Ələkbər Hacıyevin adına olan ünvan 4ində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh1 2009-cu ilin iyun ayında hər iki azyaşlı uşağı ataları Rəfi Abbasovun yanında qoyaraq çıxıb getmiş, həmin uşaqlar 2012-ci ilədək atası və babasının yanında yaşamış, 2012-ci ildə isə Cavabdeh1 ünvan 4ində yerləşən sözü gedən evə gələrək uşaqları götürmüş və özü ilə aparmışdır. Cavabdeh1 12 ildən çoxdur ki, həmin evdən çıxıb getmiş, digər cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 10 ilə yaxındır ki, yəni 21 mart 2012-ci il tarixdə anaları Cavabdeh1 onları özü ilə aparmasından sonra həmin evdə yaşamamışlar. Həmin vaxtdan sonra Cavabdeh1 daimi yaşayış yeri mübahisəli ev deyil, başqa ünvan olmuş, həmin şəxsin uşaqları Binyam və Bənövşə də onun himayəsində olduqlarından, onların da daimi yaşayış yerləri başqa ünvan olmuşdur. Bundan sonra 2021-ci ilin iyun ayında Cavabdeh1 ünvan 4ində yerləşən sözü gedən həmin evə gələrək evin kilidlərini sındıraraq uşaqları, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə yaşamağa başlamışlar. İddiaçı onlardan evi tərk etməyi tələb etsə də, cavabdehlər könüllü olaraq getmək istəməmişlər. Bununla da, İddiaçı həmin evə dair əmlak mənafeyi pozulmuş, evə dair əldə etdiyi mülkiyyət kimi qiymətləndirilməli olan sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, İddiaçı ünvan 4ində yerləşən mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olan X12 qanun üzrə birinci dərəcəli vərəsəsi olmaqla həmin evi və torpaq sahəsini faktiki olaraq miras əmlak kimi qəbul etmiş və onu idarə etməyə başlamışdır. Bundan başqa, İddiaçı mərhum Ələkbər Hacıyevin əmanət kassasında olan pul vəsaitini də notariat orqanı vasitəsi ilə vərəsə kimi qəbul etmiş və bununla da həmin şəxs atasının miras əmlaklarını həm faktiki olaraq, həm də notariat orqanına ərizə verməklə qəbul etmişdir. Odur ki, həmin evə və torpaq sahəsinə dair iddiaçının mülkiyyət kimi qiymətləndirilməli olan əmlak hüquqları əmələ gəlmişdir. Cavabdeh1 isə iddiaçının oğlu Rəfi Abbasovun qeyri-rəsmi arvadı olmuş və 2001-2009-cu illər ərzində həmin evdə yaşamışdır. 2009-cu ildən sonra isə Cavabdeh1 həmin evdə yaşamamış, Rəfi Abasovla ayrılaraq başqa ünvana getmişdir. Həmin şəxsin övladları-iş üzrə digər cavabdehlər Binyam və Bənövşə adlı şəxslər həmin vaxt yetkinlik yaşına çatmayan şəxslər olduqlarından həmin şəxslərin yaşayış yerləri də Cavabdeh1 yaşayış yeri olmuş, mübahisəli fərdi yaşayış evi isə onların daimi yaşayış yerləri olmamışdır. Bununla da, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 də Cavabdeh3 hazırda mübahisəli evə dair istifadə hüquqları yoxdur və onların iddiaçının iradəsinə zidd olaraq həmin evdə yaşamaları iddiaçının hüquq və mənafelərini pozur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həqiqətən də, cavabdehlər tərəfindən İddiaçı mübahisəli evə və torpaq sahəsinə dair mülkiyyət kimi qiymətləndirilməli olan əmlak hüquqlarına əsassız müdaxilə baş vermiş və ona görə də, həmin müdaxilə aradan qaldırılmalı, iddiaçının həmin hüquqları müdafiə olunmaqla cavabdehlər həmin evdən və torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 4ində yerləşən, iddiaçının X2ndan miras qalmış fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-724/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-724/2021
20.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver