Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-725/2025 25.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X15 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X14rşı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X14rşı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar rayon Mərkəzi Xəstəxanası” X8 işdən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 18-1-54/3-1-2536/2024 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun “Qusar rayon Mərkəzi Xəstəxanası” X16 mühafizəçi vəzifəsi üzrə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamaqla “Qusar rayon Mərkəzi Xəstəxanası” X19 mühafizəçi işinə qəbul edilmişdir. 2024-cü ilin oktyabr ayında xəstəliyilə əlaqədar Rusiya Federasiyasına getməli olduğundan 16 oktyabr 2024-cü il tarixdə ərizə ilə iş yerinin müdiriyyətinə müraciət edərək ona məzuniyyət verilməsini xahiş etmişdir, lakin ərizəsinə cavab verilməmişdir. Bundan sonra o, Rusiya Federasiyasına getmiş və 14 noyabr 2024-cü il tarixdə isə qayıtmış. O, işdə olmadığı müddət ərzində iş yerinin müdriyyəti tərəfindən onun işdə olmadığı barədə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlar tərtib olunmuşdur. O işə qayıtdıqdan sonra işdə olmamağı səbəbi barədə müdriyyətə məlumat vermişdir. “Qusar rayon mərkəzi Xəstəxanası” X8 işdə olmadığı barədə aktı tərtib edildikdən bir aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, bu barədə müvafiq əmr verilmişdir. O, həmin əmri qanunsuz hesab etdiyindən şikayət ərizəsi ilə Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba- X10 müraciət etmişdir, həmin şöbə tərəfindən müvafiq araşdırma aparılmış və 03 fevral 2025-ci il tarixli məktubla müraciətinə cavab verilərək bildirilmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verildiyindən Qusar RMX PHŞ-in direktoru X12 barəsində 192.6-cı maddəsi ilə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş, eyni zamanda xx.xx.2025-ci il tarixli 3-17-5/2-7299/2024 nömrəli məktubla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 18-1-54/3-1-2536/2024 nömrəli əmrin ləğv edilməsi Qusar RMX PHŞ-dən tələb olunmuşdur. Buna baxmayaraq, indiyədək “Qusar rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən onun işdən azad olunmağı barədə əmr ləğv edilməmiş, o işə bərpa olunmamışdır. Göründüyü kimi, işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi intizam tənbehinin növüdür və işçi tərifindən əmək vəzifələrinin tam və ya qismən yerinə yetirilməməsi halında tətbiq olunur. Onun iş yerində olmamağı üzürlü səbəblərdən baş vermişdir. O, iş yerinin müdriyyətinə ərizə ilə müraciət edərək ona əmək məzuniyyətinin verilməsini xahiş etmiş, lakin müraciəti cavabsız qalmışdır. Halbuki, əmək məzuniyyətindən istifadə etmək onun hüququ olmuşdur. Bundan başqa, o, əmək məzuniyyətinə səhhətində yaranan problemlərə görə çıxmaq istəmişdir. Ona görə də, işəgötürən tərəfindən həmin hallar nəzərə alınmaqla ona daha yüngül inzibati tənbeh növü tətbiq edilməli idi. Göründüyü kimi, “Qusar RMX” PHŞ onun işdə olmamağı barədə xx.xx.2024-, xx.xx.2024 və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aktlar tərtib etsə də, həmin vaxtlardan bir ay ərzində onun barəsində intizam tənbehi tətbiq oluna bilərdi. Bir ay keçdikdən sonra isə onun barəsində hər hansı intizam tənbehi, o cümlədən “əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” növündə intizam tənbehi verə bilməzdi. Bununla da, “Qusar RMX” PHŞ tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. “Qusar RMX” PHŞ tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin PHŞ-in onun işdən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 18-1- 54/3-1-2536/2024 saylı əmri ləğv edilməli, o, tutduğu mühafizəçi vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X18 tərəfindən iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 22 oktyabr 2024-cü il tarixindən başlayaraq heç bir üzürlü səbəb olmadan 14 noyabr 2024-cü il tarixinədək işə gəlməmişdir. İşə gəlmədiyi günlərdə telefon zənglərədə cavab verməmişdir. Onun işdə olmadığı günlər iş yoldaşların iştirakı ilə aktlar tərtib olunmuşdur. İddiaçı Ələddin oğlundan işdə olmamasının səbəbini öyrənmək üçün 18 noyabr 2024-cü il tarixdə yazılı izahat almışdır O izahatında qeyd edilən müddətdə Dağıstan Respublikasının Mahaçqala şəhərində xəstə olduğuna görə müalicədə olduğunu bildirmiş və Mahaçqala şəhər 2 nömrəli poliklinika tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli arayış təqdim etmişdir. Həmin arayışın qanuna uyğunluğunu dəqiq müəyyən etmək üçün arayış “Qusar rayon Mərkəzi Xəstəxanası” X15 Həkim Məsləhət Komissiyasına təqdim edilmişdir. Komissiyanın xx.xx.2024-cü il tarixli iclasın 4xx.xx.2024 nömrəli protokoluna əsasən İddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərdə bir sıra çatışmazlıqların aşkar edildiyi barədə rəy verilmişdir. Aparılan izahat işləri və araşdırmalar nəticəsində İddiaçı günlərlə üzürsüz səbəblərdən işə gəlmədiyi və əmək vəzifələri kobud şəkildə pozulduğu aşkar edildiyindən 03 dekabr 2024-cü il tarixdə Qusar rayon X5 İttifaqı şurasına İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xitam verməsinə münasibət bildirilməsi üçün təqdimatla müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 10 dekabr 2024-cü il tarixli iclasın 01 saylı protokolun qərarı ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmkarlar İttifaqı Komitəsinin həmin qərarından sonra, yəni 12 dekabr 2024-cü il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” X15 həmin tarixli, 18-1-54/3-1-2536/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən İddiaçı Ələddin oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra İddiaçı Ələddin oğlu şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 X2 müraciət etmiş, həmin şöbə tərəfindən hərtərəfli və tam araşdırma aparılmamış, heç bir qanuni əsaslar olmadığı halda, “Qusar rayon Mərkəzi Xəstəxanası” X15 direktoru X4 barəsində inzibati icraat başlanmış və o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 03 fevral 2025-ci il tarixli. MN ******* saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM- nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsasız hesab etdiklərinə görə qərardan şikayət ərizəsi ilə Bakı Şəhəri, Nəriman Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və “Qusar rayon Mərkəzi Xəstəxanası" X15 barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən şikayəti üzrə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırma aparılmış, X1 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı əsassız olduğundan məhkəmənin 3(0Ö5)-543/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və başlanmış iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquqi İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-543/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və Xidmətin X3 tərəfindən “Qusar rayon Mərkəsi Xəstəxanasının direktoru X12 barəsində çıxarılmış 03 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-762/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X9 Xidmətinin Hüquqi İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 inzibati tənbehvermə haqqında 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X4 şikayətinin təmin olunmasına və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-543/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə iddiaçının əmək qanunvericilivnin və müqavilənin müvafiq şərtlərini kobud şəkildə pozması, məhz ona görə də “Qusar rayon Mərkəzi Xəstəxanası“ PHŞ tərəfindən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərək işdən azad edilməsi, bu zaman heç bir qanun pozuntusuna yol verilmədiyi öz təsdiqini tapmışdır. Lakin bütün bunlara baxmayaraq iddiaçı bütün bunları yaxşı bilməsinə baxmayaraq “Qusar rayon Mərkəzi Xəstəxanası“ PHŞ qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə əsaslandırmağa çalışmışdır. Həmin qərarın ləğv edilməsi və başlanmış iş üzrə icraata xitam verilməsi barədə məhkəmələr tərəfindən qəbul edilmiş qərarların üstündən isə sükutla keçmişdir. İddia tələbinə qarşı etiraz əsaslarını təşkil edən etiraza əlavə olunan sənədlərdən aydın görünür ki. iddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası“ PHŞ qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüquqi yaranmamışdır və yoxdur. Ona görə də həmin iddianı əsassız və qərəzli iddia hesab edir və ona görə də rədd edilməlidir. Göründüyü kimi yuxarıda göstərdiyi işin faktiki halları etirazının əsaslarını təşkil edən etiraza əlavə etdiyi sənədlərlə tam təsdiqini tapır və sübut olunur. Bunun əksi olaraq iddiaçının iddia ərizəsində tələbinin əsasını təşkil edən qanunsuz olaraq işdən azad edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin əsasını təşkil edən sübutlarını, yəni onun qanunsuz olaraq işdən azad edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqi əsasları yoxdur. İddia tələbinin əsassız olduğundan rədd edilməsi etiraza əlavə etdiyi sənədlərlə tam sübut olunur. Ona görə də yuxanda göstərdiklərini, iddiaçının iddia tələbinin əsasını təşkil təsdiq edən sübutlarını məhkəməyə təqdim etməməsini və iddia tələbinə qarşı etirazını və etiraza əlavə olunmuş sənədləri nəzərə alaraq iş üzrə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlardan istifadə edilməsini və onlara düzgün hüquqi qiymət verilməsini, iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X15 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsini müdafiə etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18-1-54/3-1-2536/2024 saylı 12 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 əmrinin surətindən görünür ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 Təhlükəsizlik bölməsinin mühafizəçi İddiaçı 22 oktyabr 2024cü il tarixdən 14 noyabr 2024-cü il tarixdə daxil olmaqla günlərlə işə gəlmədiyi üçün iş yoldaşları onun işdə olmadığı günlərdə akt tərtib etmişdir. Aparılan izahat işləri zamanı İddiaçı öz izahatında xəstə olduğunu göstərmiş və Dağıstan Respublikasının Mahaçqala şəhər 2 nömrəli Poliklinika tərəfindən verilmiş arayışı əlavə etmişdir.Həmin arayışda İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 2 nömrəli poliklinika müalicə aldığı və 01 noyabr 2024-cü il tarixdə işə qayıda biləcəyi göstərir, ancaq onun əmək qabiliyyətsiz olduğunu və işdən azad edildiyi göstərilməmişdir. Buna baxmayaraq İddiaçı iş yerinə qayıtmamış, işdən yayınmaqda davam etmişdir. Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 Həkim Məsləhət Komissiyası Dağıstan Respublikasının Mahaçqala şəhər 2 nömrəli Poliklinika tərəfindən: İddiaçı verilmiş arayışda bir çox uyğunsuzluqların olduğu barədə rəy vermişdir. Bütün bunları nəzərə alaraq İddiaçı əvvəllər verilmiş intizam tənbəhindən nəticə çıxarmayaraq üzürsüz səbəblərdən günlərlə işdən yayınaraq əmək vəzifələrini təkrar kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın alınması üçün Qusar rayon Mərkəzi Xəstəxanası X15 Həmkarlar İttifaqı Komitəsinə təqdimat yazmışdır. Qusar rayon Mərkəzi Xəstəxanası X15 Həmkarlar İttifaqı Komitəsi 10 dekabr 2024-cü il tarixli 01 nömrəli protokolun qərarı ilə mühafizəçi İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Yuxarıda qeyd olanları nəzərə alaraq Təhlükəsizlik bölməsinin mühafizəçi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “ə” bəndlərinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu nəzərə alaraq1 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 Təhlükəsizlik bölməsinin mühafizəçi İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti Azərbaycan Respublikasının ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq sonuncu iş günü verilsin. İddiaçı son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini Maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmidşdir. Əsas: İddiaçı işdə olmadığı günlərdə tərtib olunmuş aktlar, E. Mədətovun izahatı, E. Mədətova əvvəllər intizam tənbehinin verilməsi haqqında “Qusar rayon Mərkəzi Xəstəxanası” X15 22 oktyabr 2024-cü il tarixli 18-1-54/3-1- 2206/2024 nömrəli əmr, Dağıstan Respublikasının Mahaçqala şəhər 2 nömrəli Poliklinika tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli arayışı, Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 Həkim Məsləhət Komissiyasının rəyi və Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasın 01 nömrəli protokolu İşdə olan 644/21 saylı 07 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 İddiaçı işə qəbulu haqqında əmrin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən 3 ay müddətinə əmək müqaviləsi bağlanılmaqla “Qusar RMX” X15 Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsində vakant olan 1,0 ştat mühafizəçi vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək haqqı İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 tabeliyindəki tibb müəssisələırində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasında dəyişiklər edilməsi haqqında 26 oktyabr 2020-ci il tarixli 26 №-li Qərarına uyğun olaraq hesablanaraq ödənilməsi əmr edilmişdir. İşdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Səhiyyə Nazirliyi Dağıstan Respublikası Dövlət X11 2 nömrəli poliklinikadan verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zolotaya Osen 24 ünvanında yaşayan xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müalicədə olmuşdur. Epidemik Ətrafı münasibdir. 1.11.2024-cü il tarixində əməyə qayıda bilər. İşdə olan xx.xx.2025-ci il tarixli 3(005)-543/2025 saylı Bakı şəhəri Nərimanov rayon Məhkməsinin qərarından görünür ki, «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 3(103)-762/2025 saylı Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquqi İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 inzibati tənbehvermə haqqında 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X4 şikayətinin təmin olunmasına və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-543/2025 saylı, 27 fevral 2025ci il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə ola 18-1-54/3-1048/2025 saylı 16 iyul 2025-ci l tarixli “Qusar Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-da xitam verilmiş və həmin gün son haqq hesabı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 307.5 manat ödənilmişdir. Aylıq əmək haqqı 483.5 manat olmuşdur. İşdə olan Əjdər Ağacanov, Aybəniz Əfəndiyeva, Yeganə Qədimova və Aynur Babayeva tərəfindən tərtib edilmiş “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 HMK-nın rəyinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixində Protokol nömrə 409 12 20204 keçirilən Həkim Məsləhət Komissiyasının növbəti iclasında vətəndaşın Rusiya Federasiyasında müalicə olunduğu xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün ƏQOV-si verilməsi məsələsinə baxılmışdır. RF Dağıstan Respublikasında müalicə olunduğu 2 saylı Poliklinikadan müalicə olunduğu müddət üçün ƏQOV təqdim olunmamışdır. Yalnız müalicə barədə arayış təqdim olunmuşdur. Stasionar Epkrizi təqdim olunmamışdır. Diaqnozu “KRVİ” təsdiq edən müayinə sənədləri yoxdur. Xəstəliyin diaqnozu ilə müalicə müdətin arasında uyğunsuzluq var. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı ərizəsinin surətindən görünür ki, o, əmək məzuniyyətinə çıxmasına icazə verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli 18- 1-54/3-1-294/2024 saylı əmrinin surətindən görünür ki, İddiaçı “Qusar RMX” X15 Təhlükəsizlik bölməsinin mühafizəçisinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan iş ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 21 təqvim günü - əsas əmək məzuniyyəti verilməsi əmr edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 direktoruna ünvanlanmış ərizənin surətindən görünür ki, anası xəstədir, onu Bakı şəhərinə ixtisası həkimlərinə aparmaq üçün ona xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək öz hesabına məzuniyyət verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli 18-1- 54/3-1-1366/2024 saylı əmrinin surətindən görünür ki, İddiaçı “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 təhlükəsizlik bölməsinin mühafizəçisinə tərəflərin razılığını nəzərə alaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 9 təqvim günü müddətinə öz hesabına ödənişsiz məzuniyyət verilməsi əmr edilmişdir. İşdə olan Qusar RMK-sı PHŞ-da Qusar SİHİ-na ünvanlanmış xx.xx.2024-cü il, 18- 1-54/3-2364/2024 nömrəli tədqiqatın araşdırma məqsədilə xx.xx.2024-cü il tarixində baxılmış iclasın protokolun qərarından görünür ki, Qusar RMX-sı PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı Azərbaycan Respublikasının “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyalarını və ya müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 18-1-54/3-2364/2024 saylı 03 dekabr 2024-cü il tarixli təqdimatdan görünür ki, təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi üçün təqdiatı X5 İttifatı Şurasının iclasında müzakirə edilərək rəy verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3 (8-ci hissə). İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Maddə 3 (9-cu hissə). Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Beləliklə məhkəmə hesab edir ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 12 dekabr 2024-cü il tarixli, 18-1-54/3-1-2536/2024 saylı əmri qanuni və əsaslıdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Ələddin oğlu ilə “Qusar Rayon Mərkəzi Xəstəxanasi" X20 arasında 21 iyul 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq iddiaçı X16 mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 22 oktyabr 2024-cü il tarixindən başlayaraq heç bir üzürlü səbəb olmadan 14 noyabr 2024-cü il tarixinədək işə gəlməmişdir. İşə gəlmədiyi günlərdə telefon zənglərə də cavab verməmişdir. İddiaçı işdə olmadığı günlər iş yoldaşların iştirakı ilə aktlar tərtib olunmuşdur. İddiaçı Ələddin oğlundan işdə olmamasının səbəbini öyrənmək üçün 18 noyabr 2024-cü il tarixdə yazılı izahat almışdır. İddiaçı izahatında qeyd edilən müddətdə Dağıstan Respublikasının Mahaçqala şəhərində xəstə olduğuna görə müalicədə olduğunu bildirmiş və Mahaçqala şəhər 2 nömrəli poliklinika tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli arayış təqdim etmişdir. Həmin arayışın qanuna uyğunluğunu dəqiq müəyyən etmək üçün arayış “Qusar rayon Mərkəzi Xəstəxanası” X15 Həkim Məsləhət Komissiyasına təqdim edilmişdir. Komissiyanın xx.xx.2024-cü il tarixli iclasın 4xx.xx.2024 nömrəli protokoluna əsasən İddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərdə bir sıra çatışmazlıqların aşkar edildiyi barədə rəy verilmişdir. Aparılan izahat işləri və araşdırmalar nəticəsində İddiaçı günlərlə üzürsüz səbəblərdən işə gəlmədiyi və əmək vəzifələri kobııd şəkildə pozulduğu aşkar edildiyindən 03 dekabr 2024-cü il tarixdə Qusar rayon X5 İttifaqı şurasına İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xitam verməsinə münasibət bildirilməsi üçün təqdimatla müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 10 dekabr 2024-cü il tarixli iclasın 01 saylı protokolun qərarı ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmkarlar İttifaqı Komitəsinin həmin qərarından sonra, yəni 12 dekabr 2024-cü il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” X15 həmin tarixli, 18-1- 54/3-1-2536/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı Ələddin oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesa edir ki, iddiaçının iddiası əsassız olduğundan İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X14rşı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X14rşı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV