Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-73/2024 15.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı X2 nümayəndəsi Nümayəndə, İddiaçı X2 vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 1,6581 ha torpaq sahəsinə verilmiş 03 noyabr 2022-ci il tarixli, **********85 reyestr nömrəli və 0,725 ha torpaq sahəsinə verilmiş 02 noyabr 2022-ci il tarixli, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən onun mülkiyyətində olan, Qusar rayonunun Əcəxur Oba kəndi ərazisində yerləşən torpaq sahələrinin qanunsuz olaraq zəbt etdiyi cəmi 0,60 ha hissəsindən çıxarılaraq həmin torpaq sahələrinin aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddiasını onunla əsaslandırmışdır ki, Qusar rayonunun Əcəxur Oba kəndi ərazisində 2 yerdə onun xüsusi mülkiyyətində birinin sahəsi 1,6581 ha, digərinin sahəsi isə 0,725 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 1,6581 ha torpaq sahəsinə verilmiş 03 noyabr 2022-ci il tarixli, **********85 reyestr nömrəli və 0,725 ha torpaq sahəsinə verilmiş 02 noyabr 2022-ci il tarixli, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən həmin torpaq sahələrinə mülkiyyət hüquqları təsdiq olunur. Ona məxsus və bir-birindən ayrılıqda yerləşən həmin torpaq sahələrinin arasında qalmış təxminən 0,80 ha torpaq sahəsi Cavabdeh məxsusdur. Cavabdeh ona məxsus torpaq sahələrinin arasında yerləşən özünə məxsus həmin 0,80 ha torpaq sahəsindən istifadə etməklə bərabər, uzun müddətdir ki, yuxarıda qeyd edilmiş Çıxarışlara əsasən ona məxsus torpaq sahəsinin də bir hissəsini qanunsuz zəbt edərək istifadə edir. Cavabdeh 03 noyabr 2022-ci il tarixli, **********85 reyestr nömrəli Çıxarışa əsasən mənə məxsus 1,6581 ha torpaq sahəsinin təxminən 0,30 ha hissəsini və 02 noyabr 2022-ci il tarixli, **********43 reyestr nömrəli Çıxarışa əsasən mənə məxsus 0,725 ha torpaq sahəsinin 0,30 ha hissəsini, yəni iki yerdə cəmi olaraq ona məxsus 0,60 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edərək həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh tərəfindən zəbt olunmuş həmin torpaq sahələrində cavabdeh alma ağaclarını əkmişdir. O, dəfələrlə Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahələrindən çıxmasını və torpaq sahəsini aidiyyəti üzrə ona qaytarılmasını xahiş etmişdir. Lakin, Cavabdeh könüllü olaraq həmin torpaq sahəsindən çıxmaqdan imtina edir. Ona görə də Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır. Məhkəmə iclasında X2 nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətində Qusar rayonu Əcəxur kəndi ərazisində 1.6581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətində Qusar rayonu Əcəxur kəndində 0.725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahələri cavabdehə məxsus torpaq sahələri ilə qonşuluqda yerləşir. Bir müddət əvvəl məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Bununla bağlı cavabdehə bildirdikdə isə o, torpaq sahəsini zəbt etmədiyini bildirir. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ailəsinin mülkiyyətində Qusar rayonu Əcəxur oba kəndi ərazisində 0.4145 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Bundan başqa xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ailəsinin mülkiyyətində Qusar rayonu Əcəxur oba kəndi ərazisində 0.4145 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Belə ki, həmin torpaq sahələrinə dair çıxarışlar adlarına 2019-cu ildə verilmiş, iddiaçının adına isə 2020-ci ildə çıxarışlar verilmişdir. Belə çıxır ki, iddiaçıya verilmiş dövlət reyestrindən çıxarışlar işlənərkən düzgün işlənməmiş və onun torpaq sahəsinin üzərinə işlənmişdir. 2019-cu ildə torpaq sahəsini almış, adına müvafiq çıxarış verilmiş, çıxarışı verən orqanın əməkdaşları gəlib torpaq sahəsini ona göstərmişlər və həmin vaxtdan ailəsinin adına olan çıxarışda göstərilən torpaq sahəsindən istifadə edir, orada bağ sahəsi salmışdır. Bağ sahəsi CPS aparayı ilə necə təhvil verilmişdirsə həmin qaydada da istifadə edir. Bu yaxınlarda da o, müstəqil mütəxəssis gətirmiş, bağ sahəsi ölçülmüş və müəyyən olunmuşdir ki, onun artıq torpaq sahəsi mövcud deyil. Ona görə də, iş üzrə təkrar ekspertiza təyin olunması barədə vəsatət vermişdir. O, ailəsinin mülkiyyətində olan torpaq sahəsindən hər hansı ölçüdə kənara çıxmamış, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Əcəxur kəndində yerləşən 1.6581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ X2 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Əcəxur kəndində yerləşən 0.725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ X2 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.4145 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2376 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirıliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X3 məxsus olan, Qusar rayonu Əcəxur kəndində yerləşən 1.6581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki ölçüsü (hektarla ölçüsü) torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğundur, lakin torpaq sahəsinin faktiki konfiqurasiyası ilə döngə nöqtələri arasındakı məsafə və faktiki koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğun deyildir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X3 məxsus olan, Qusar rayonu Əcəxur kəndində yerləşən 0.725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki ölçüsü (hektarla ölçüsü) torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğundur, lakin torpaq sahəsinin faktiki konfiqurasiyası ilə döngə nöqtələri arasındakı məsafə və faktiki koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğun deyildir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus olan, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.4145 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki ölçüsü (hektarla ölçüsü) torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğundur, lakin torpaq sahəsinin faktiki konfiqurasiyası ilə döngə nöqtələri arasındakı məsafə və faktiki koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğun deyildir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus olan, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.4145 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki ölçüsü (hektarla ölçüsü) torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğundur, lakin torpaq sahəsinin faktiki konfiqurasiyası ilə döngə nöqtələri arasındakı məsafə və faktiki koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə uyğun deyildir. Cavabdeh mülkiyyətindəki torpaq sahələrindən əlavə torpaq sahəsi yoxdur, lakin həmin şəxs tərəfindən torpaqların kadastrı uçotu informasiya sisteminə (TEKİUS) əsasən X3 aid 0.33 ha (********** qeydiyyat nömrəli 1.6581 ha torpaq sahəsindən 0.32 ha və ********** qeydiyyat nömrəli 0.725 ha torpaq sahəsindən 0.01 ha olmaqla iki hissədə) torpaq sahəsindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, həqiqətən də, Cavabdeh torpaqların kadastrı uçotu informasiya sisteminə (TEKİUS) əsasən X3 aid 0.33 ha (********** qeydiyyat nömrəli 1.6581 ha torpaq sahəsindən 0.32 ha və ********** qeydiyyat nömrəli 0.725 ha torpaq sahəsindən 0.01 ha olmaqla iki hissədə) torpaq sahəsini özbaşına tutmaqla iddiaçı Ofeliya Tahirovanın iradəsinə zidd olaraq istifadə edir və bununla da, həmin şəxs iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Odur ki, məhkəmə iddiaçının bu barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin səxsın pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, tələb olunan torpaq sahəsinin ölçüsünə dair hissədə iddia qismən əsaslıdır. Belə ki, qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə aid cəmi 0.60 ha deyil, 0.33 ha torpaq sahəsi özbaşına tutularaq istifadə olunur. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qusar rayonu Əcəxur oba kəndində yerləşməklə 03 noyabr 2022-ci il tarixli, **********85 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X3 məxsus olan 1,6581 ha torpaq sahəsinin 0.32 ha hissəsindən və həmin kənddə yerləşməklə 02 noyabr 2022-ci il tarixli, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X3 məxsus olan 0,725 ha torpaq sahəsinin 0.01 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahələri aidiyyəti üzrə iddiaçı X1 və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonu Əcəxur oba kəndində yerləşməklə 03 noyabr 2022-ci il tarixli, **********85 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X3 məxsus olan 1,6581 ha torpaq sahəsinin 0.32 ha hissəsindən və həmin kənddə yerləşməklə 02 noyabr 2022-ci il tarixli, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X3 məxsus olan 0,725 ha torpaq sahəsinin 0.01 ha hissəsindən çıxarılsın, həmin torpaq sahələri aidiyyəti üzrə iddiaçı X1 və istifadəsinə qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN ********** , Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-73/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-73/2024
15.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver