Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-734/2023 22.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4600 (dörd min altı yüz) manat borc pulun və ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun, cəmi 4667 (dörd min altı yüz altmış yeddi) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 5000 (beş min) manat borc pul istəmişdir. Həmin vaxt o, Cavabdeh 5000 (beş min) manat borc pul vermişdir. Sonra Cavabdeh 2023-cü ilin yanvar ayında ondan borca 3000 (üç min) manat pul almışdır. Cavabdeh hər dəfə ondan borca pul götürəndə, həmin tarixlərdə ondan borca pul alması barədə öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, borca aldığı cəmi 8000 (səkkiz min) manat pulu tezliklə qaytaracaqdır. Lakin, sonra Cavabdeh borca aldığı 8000 (səkkiz min) manat puldan cəmi 3400 (üç min dörd yüz) manat pulu qaytarsa da, hər dəfə müxtəlif cür bəhanələr gətirərək, qalan 4600 (dörd min altı yüz) manat borc pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və 4600 (dörd min altı yüz) manat borc pulu qaytarmağa maddi imkanı var. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, Füzuli rayonunda hərbi hissədə işləyir, həqiqətən də iddiaçıdan borc pul almış, bu barədə qəbzlər vermişdir. Hazırda iddiaçıya 4600 manat məbləğində borcu var, həmin borcu hissə-hissə qaytaracaqdır. İcra müddətində ona vaxt verilsin ki, həmin borcu ödəsin. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək gözündən əməliyyat olunduğu və müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın tə\min edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş qəbzlərdən görünür ki, o, İddiaçı 5000 və 3000 manat məbləğlərdə borc pul götürmüşdür. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan borc pul aldığını və hazırda onun iddiaçıya 4600 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə cavabdehin qeyd olunanları etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin faktın sübut etmə vəzifəsindən iddiaçı azaddır və belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 4600 manat məbləğində borc tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 67 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4600 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 67 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-734/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-734/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver