Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-74/2022 05.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş, ünvan 1ində yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsindən çıxarılmasına, torpaq sahəsi üzərində mülkiyyət hüquqularının bərpa edilməsinə və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu pulunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2020-ci ildə X2 ilə alqı-satqı müqaviləsini bağlayaraq ünvan 1i ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini satın almışdır. Daha sonra torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış və ona qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarış verilmişdir. Lakin, o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, torpaq sahəsi ünvan 1 sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Ona görə də, torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar Qusar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qusar rayon Polis Şöbəsi tərəfindən torpaq sahəsi üzrə mübahisələrinin mülki xarakterli olduğu əsas gətirilərək cavabdehə qarşı cinayət işi qaldırılmaqdan imtina edilmişdir. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsi zəbt edilməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, onun atası ünvan 1indəndir, o, hazırda Bakı şəhərində yaşayır. O, təxminən iki il əvvəl ünvan 1ində yerləşən 0.06 ha torpaq sahəsini Mərdan adlı şəxsdən 1300 manata satın almış, bu barədə Quba “ASAN” xidmət mərkəzində olan notariat ofisində alqı-satqı müqaviləsi bağlamışdır. Həmin torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə bitişik olmuş və o, həmin torpaq sahəsini öz torpaq sahəsinə yol açılması üçün almışdır. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək mübahisəli torpaq sahəsini ondan satın almasını demiş, lakin o, araşdırmış və torpaq sahəsinin Mərdan adlı şəxsə məxsus olduğunu müəyyən etmiş, bu səbəbdən də torpaq sahəsini həmin şəxsdən satın almışdır. Cavabdeh torpaq sahəsi başqa yerdə yerləşir, buna baxmayaraq onun satın aldığı torpaq sahəsinin 90 faizini tutaraq indiyədək buraxmır. Ekspert rəyi ilə razıdır, həmin rəy düzdür. Odur ki, həmin rəyə uyğun iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, ünvan 1ində anadan olmuş, həmin vaxtdan indiyədək həmin kənddə yaşayır, 55 yaşı var. İddiaçı ondan tələb etdiyi 0.06 ha torpaq sahəsi uzun müddətdir ki, onun ailəsi tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi əvvəllər onun ata babasına məxsus olmuş, sonradan atası və anası istifadə etmişlər, hazırda isə o, istifadə edir. Torpaq sahəsi onun hasarının daxilində yerləşir, onun torpaq sahəsi cəmi 48 sotdur, mübahisəli torpaq sahəsi də həmin torpaq sahəsinin tərkibinə daxildir, orada müxtəlif ağaclar əkmişdir. 0.06 ha torpaq sahəsinin sənədi yoxdur, həmin torpaq sahəsi islahatdan əvvəl zəbt torpaq sahəsi olmuş, islahat zamanı elə bilmişdir ki, onun ailəsinə verilən pay torpaq sahəsindən həmin ölçüdə torpaq sahəsi çıxılmışdır. Yaşadığı kənddə adambaşına düşən torpaq norması 71 sot olmuş, anasına isə 51 sot pay torpaq sahəsi verilmişdir. Ona görə də elə bilmişdir ki, zəbt torpaq sahəsi pay torpağından çıxılmışdır. Lakin, sonradan həmin torpaq sahəsi bələdiyyə tərəfindən qanunsuz olaraq Mərdan adlı şəxsə satılmışdır. Halbuki, həmin torpaq sahəsini bələdiyyə ona satmalı idi. O, 2-3 il əvvəl bir neçə dəfə bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin ona satılmasını xahiş etmiş, lakin bələdiyyə imtina etmişdir. Hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair əldə etdiyi sənədlər qanunsuzdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan AN-İ ******* saylı 13 avqust 2020-ci il tarixli 4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu Gündüzqala kəndində yerləşən, özünə məxsus olan 0.06 ha torpaq sahəsini 1300 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********92 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1i ünvanda yerləşən 0.06 ha həyətyanı məqsədli torpaq sahəsinin naturada faktiki mülkiyyətinə verilmiş ölçüsü 0.0119 ha təşkil edir, hüquqmüəyyənedici sənəddəki ölçüdən faktiki ölçü fərqlidir; Cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı məxsus, ünvan 1i ünvanda yerləşən 0.06 ha həyətyanı məqsədli torpaq sahəsinin 0.0481 ha hissəsi zəbt edilmişdir (ölçü və digər göstəricilər sxemdə qeyd olunmuşdur). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli 10/4475 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1i ünvanda yerləşən 0.06 ha həyətyanı məqsədli torpaq sahəsinin naturada faktiki mülkiyyətinə verilmiş ölçüsü 0.0119 ha təşkil edir, hüquqmüəyyənedici sənəddəki ölçüdən faktiki ölçü fərqlidir; Cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı məxsus, ünvan 1i ünvanda yerləşən 0.06 ha həyətyanı məqsədli torpaq sahəsinin 0.0481 ha hissəsi zəbt edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli 10/4475 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 10/4475 ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1i ünvanda yerləşən 0.06 ha həyətyanı məqsədli torpaq sahəsinin 0.0481 ha hissəsi zəbt edilmişdir. Bununla da, o, iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1ində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0.06 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin 0.0481 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri, iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1ində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0.06 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin 0.0481 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-74/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-74/2022
05.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver