Məhkəmə qərarları › İş №2(029)-743/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-743/2020

24.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-743/2020 24.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KOD 30121028 JN-057A saylı xx xxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun və Cavabdeh mülkiyyətində olan 0.19 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair hər bir mülkiyyətçisinin payının- onun 3/5 hissə (0.12 hektar), Cavabdeh 2/5 hissə (0.07 hektar) müəyyən olunması, həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılmaqla onun ayrıca mülkiyyətinə 0.12 hektar torpaq sahəsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar