Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-744/2025 29.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1nın miras kütləsinə daxil olan, Qusar rayonu Yeni Həyat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və həmin miras əmlaklar vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Yeni Həyat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi ilkin hüquqmüəyyənedici sənədlər əsasında X1na məxsus olmuşdur. Həmin evin nənəsinə məxsus olması Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-4xxxx/2025 saylı Arxiv arayışı ilə təsdiq olunur. Nənəsi qeyd olunan həyətyanı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 22 iyul 1997-ci il tarixli vəsiyyətnamə tərtib etməklə ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Qusar rayonu Yeni Həyat kəndinin aid olduğu Qusar rayon İcra Hakimiyyəti Başçısının Qalacıq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. X1 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Nənəsi vəfat edərkən o, yetkinlik yaşına çatmayan şəxs olmuşdur, lakin bununla belə həmin əmlakların mərhum nənəsi tərəfindən ona vəsiyyət olunduğunu ailə üzvləri və yaxın qohumlarım bilmişlər, nənəsinin vəfatından sonra onun həmin əmlakların faktiki mülkiyyətçisi olmağı faktını qəbul etmişlər. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə müvafiq məktub verilmişdir. X22 vəfat edərkən, yəni xx.xx.1997-ci il tarixdə hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edir ki, onun ərizəsinin əsasları 1964cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Miras qoyan mərhum nənəsi Saimat Sultanova özünün miras əmlaklarını ona vəsiyyət etdiyindən onun mirasına dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. Miras qoyan nənəsi Saimat Sultanova vəfat edən zaman onun 14 yaşı olmaqla yetkinlik yaşma çatmayan şəxs olmuşdur. Həmin vaxt o, mərhum atası ilə birlikdə həmin evə mütəmadi olaraq gəlmiş, atası da onun vəsiyyət üzrə vərəsə kimi faktiki mülkiyyətçisi olmağı faktına əsasən əmlaklara sahibliyini həyata keçirməyə başlamışdır. O, yetkinlik yaşma çatdıqdan sonra miras əmlakların faktiki sahibliyini özü həyata keçirmiş. Mərhum nənəsi Saimat Sultanovanın qanun üzrə birinci dərəcəli iki vərəsəsi, yəni övladları vardır. Onlardan biri atası X12, digəri isə bibisi X9r. Həmin şəxslər mirasdan hər hansı pay tələb etmirlər, bu barədə ərizə vermişlər. Bununla da, miras barədə hər hansı hüquq mübahisəsi yoxdur. Göründüyü kimi, o, miras qoyan mərhum nənəsi Saimat Sultanovanın mirasını vəsiyyət üzrə vərəsə kimi mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 23 iyul 1991-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X2 rayonu Yeni-Həyat kəndi əazisində yerləşən 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsinini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X11 xx.xx.1997ci ildə Qusar rayonu Yeni-Həyat kəndində vəfat etmişdir. İşdə olan 10 iyun 2025-ci l tarixli 5-63-23/2-İ-125-42-124/2025 saylı Qusar RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, mərhum X11 xx.xx.1997ci ildə vəfat etdiyi günə kimi, Qusar rayonun Yeni Həyat kəndində yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələr qalmışdır. X10 -1956, X13-1950. Mərhumun ölümündən sonra miras əmlakı X10 idarə edir. İşdə olan AZ-İ 276315 saylı doğum haqqında şəhadətnaməni surətindən görünür ki, X10 10 mart 1956-cı ildə anadan olmuşdur. X3, anası X8r. İşdə olan İ-ИЕ 167650 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1950-ci ildə anadan olmuşdur. . X3, anası X8r. İşdə olan xx.xx.2025-ci il tarixli Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Qalacıq kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin 1991-1995-ci illərin Yeni həyat kəndi üzrə 5№li Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 372 olan X6 təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.metr, o cümlədən yaşayış sahəsi 30 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1991-1995-ci illərdə cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan X4 notarial qaydada təsdiq edilmiş **********686 saylı ərizəsinin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş anası X6 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı heç bir idia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. İşdə olan X5 notarial qaydada təsdiq edilmiş **********686 saylı ərizəsinin surətindən görünür ki, anası X11 xx.xx.1997-ci il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Yəni buraxılmışdır. Anasının ölümündən sonra mirasın nədən ifadə edilməsindən və harda olmasından asılı olmayaraq mirası qəbul etməmiş və buna görədə öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 527-ci maddəsində qeyd olunurdu ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 537-ci maddəsində qeyd olunurdu ki, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 538-ci maddəsində qeyd olunurdu ki, miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, vəsiyyətnamə tərtib olunan anda onun həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Yeni Həyat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi ilkin hüquqmüəyyənedici sənədlər əsasında X7 məxsus olmuşdur. X11 qeyd olunan həyətyanı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 22 iyul 1997-ci il tarixli vəsiyyətnamə tərtib etməklə nəvəsi Ərizəçi vəsiyyət etmişdir. X11 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X11 vəfat edərkən Ərizəçi yetkinlik yaşına çatmayan şəxs olmuşdur, lakin bununla belə həmin əmlakların mərhum X11 tərəfindən Ərizəçi vəsiyyət olunduğunu ailə üzvləri və yaxın qohumlarım bilmişlər, X6 vəfatından sonra Ərizəçi həmin əmlakların faktiki mülkiyyətçisi olmağı faktını qəbul etmişlər. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Ərizəçi mərhum X1nın miras kütləsinə daxil olan, Qusar rayonu Yeni Həyat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1nın miras kütləsinə daxil olan, Qusar rayonu Yeni Həyat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-744/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-744/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver