Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-747/2020 03.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 4000 (dörd min) manat əsas borc, 100 (bir yüz) manat hüquqi xidmətlərə görə haqq, 30 (otuz) manat məhkəməyə, 5 (beş) manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 4135 (dörd min bir yüz otuz beş) manat pulun tutulun ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hal-hazırda Müdafiə Nazirliyinin Qusar rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində Tağım komandiri vəzifəsində, baş leytenant rütbəsində xidmət edir. Cavabdeh xx xxxxx 2020-ci il tarixdə ona müraciət edərək pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün həmin gün cavabdehə 4000 (dörd min) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh 2020ci ilin may ayının 10-da qaytaracağını bildirmişdir. Cavabdeh bu barədə öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Həmçinin hərbi vəsiqəsinin surətini də ona vermişdir ki, üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirəcəkdir. Lakin razılaşdıqları vaxtın bitməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də Cavabdeh borcu məhkəmə qaydasında almaq üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə məhkəmədə iddia qaldırılması ilə əlaqədar məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanında yerləşən X2 müraciət etmiş və cəmi 100 (bir yüz) manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 5 (beş) manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də Cavabdeh tutulub ona verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, Naxçıvan MR, ünvan 2 kəndi ünvanında qeydiyyatda olmaqla hal-hazırda Qusar rayonunda yerləşən N saylı hərbi hissədə işləyir. İddiaçı əvvəllər tanımış və yaxşı münasibətləri olmuşdur. Pula ehtiyacı olduğu üçün İddiaçı borc pul istəmək məcburiyyətində qalmış və iddiaçı xx xxxxx 2020-ci il tarixdə ona 4000 (dörd min) manat borc pul vermidir. O, bu barədə öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi iddiaçıya vermişdir. Aralarındakı razılaşmaya əsasən o, xx xxx 2020-ci il tarixə kimi iddiaçıdan aldığı borcu qaytaracağına söz vermiş, lakin maddi vəziyyəti pis olduğundan borcunu qaytara bilməmişdir. İddiaçı aldığı həmin borc pulu iddiaçıya qaytaracaq. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh xx xxxx 1995-ci il tarixdə Azərbaycan, Nax MR, Şərur, Cəlilkəndə anadan olmuş, hazırda da həmin ünvanda qeydiyyatdadır. İşdə olan Cavabdeh ******* nömrəli şəxsi vəsiqəsindən görünür ki, Cavabdehxx xxxxxx 2019-cu il tarixdən N nömrəli hərbi hissədə xidmət edir. İşdə olan Cavabdeh yazıb imza etdiyi xx xxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx xxxx 1995-ci il tarixdə anadan olmuşdur. Naxçıvan MR, ünvan 6 kəndi ünvanında qeydiyyatdadır. Tanışı İddiaçı xx xxxxx 2020-ci il tarixdə borc olaraq 4000 (dörd min) manat pul almış, aldığı borcu 2020-ci ilin may ayının 10-da qaytarmaq öhdəliyi götürmüşdür. İşdə olan 27456 nömrəli qəbzdən görünür ki, İddiaçı Qusar rayon məhkəməsində iddia qaldırması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, Seriya ƏİA/4 № 219704 nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı götərilən hüquqi xidmətlər, iddia ərizəsi və sorğuya görə 100 (bir yüz) manat hüquqi xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdə İddiaçı xx xxx 2020-ci il tarixdə qaytarmaq şərtilə 4000 (dörd min) manat borc pul almış, lakin həmin borcu hal-hazıra kimi iddiaçıya qaytarmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı hazırki işlə əlaqədar hüquqi məsləhətlər alınması, iddia ərizəsi və sorğuya görə 100 (bir yüz) manat hüquqi xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, Cavabdeh 4000 (dörd min) manat əsas borc, 100 (bir yüz) manat hüquqi xidmətlərə görə haqq, 30 (otuz) manat məhkəməyə, 5 (beş) manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 4135 (dörd min bir yüz otuz beş) manat pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat əsas borc, 100 (bir yüz) manat hüquqi xidmətlərə görə haqq, 30 (otuz) manat məhkəməyə, 5 (beş) manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 4135 (dörd min bir yüz otuz beş) manat pul alınıb İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-747/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-747/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver