Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-759/2022 30.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 13225 (on üç min iki yüz iyirmi beş) manat əsas borcun, dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat + 0,03 faiz (bir manat) və hüquqi yardım üçün ödənilmiş 70 manat, cəmi 13416 (on üç min dörd yüz on altı) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2017-ci il tarixdə Qusar rayonu, Aladaş kəndi ərazisinin yaylaq sahəsində qoyun sürüsü otararkən Cavabdeh özünü Bələdiyyə sədri kimi təqdim edərək satmaq məqsədi ilə ondan 102 baş xırda buynuzlu heyvan (qoyun, quzu) alaraq 2 günə kimi pulunu ödəyəcəyini bildirmişdir. Cavabdeh ondan aldığı 102 baş qoyun-quzunun dəyəri 17025 manat idi. Cavabdeh könüllü olaraq həmin borc pulundan 1800 (bir min səkkiz yüz) manat ödəyib. Sonra ödəməkdən yayındığı üçün o, Qusar rayon prokurorluğuna müraciət etmişdir. Orada isə cavabdeh 2000 (iki min) manat ödəyərək 13225 (on üç min iki yüz iyirmi beş) manat borcunu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməyərək ona olan borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan əlavə 2020-ci ilin iyun ayında cavabdeh Qurban bayramında satmaq məqsədi ilə ondan əlavə olaraq 43 baş, ümumi dəyəri 7150 manat olan xırdabuynuzlu heyvan (qoyun, qoç, quzu) almış və bildirmişdir ki, Qurban bayramından sonra pullarını qaytaracaq. Cavabdeh sonuncu aldığı heyvanların pulundan 4000 (dörd min) manat pul və 275 manat dəyərində kartof məhsulu vermişdir. Cavabdeh ona qarşı dələduzluq hərəkətlərinə görə xx.xx.2021-ci il tarixdə Quba rayon prokurorluğuna təkrar müraciət etmişdir. Prokurorluqdan isə ərizəsi araşdırılması üçün Qusar rayon polis şöbəsinə göndərilmişdir. Şöbədə araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh ona həqiqətən də ödənilməmiş 13225 (on üç min iki yüz iyirmi beş) manat pul borcu qalmışdır. Borcun yaranma səbəbi mülki xarakterli olduğu üçün “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 sentyabr 2021-ci il tarixdə qərar qəbul edilmiş və Cavabdeh ona olan borc pulun tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2017-ci ilin iyul ayında o, 6 ailəyə məxsus olan qoyunları yaylaq sahəsinə aparmışdır. Həmin vaxt Cavabdeh ona yaxınlaşaraq ona məxsus qoyunlarını almaq istədiyini bildirmişdir. O, isə başqa şəxsə söz verdiyi demiş və qoyunları satmayacağını bildirmişdir. Cavabdeh ona “məndən artıq adama satacaqsanmı” demiş, bundan sonra o, qoyunları ona satmağa razılığa gəlmiş və qoyunları ona satmış, Cavabdeh 2 gün sonra gəlib evindən pulu almağını demişdir. 2 güdən sonra o, Yaşarın evinə gedəndə həyətində yas mərasiminin olduğunu görmüş və pul barəsində ona heçnə deməmişdir. Bundan bir müddət keçəndən sonra o Yaşarın evinə getmiş və Yaşardan pulu tələb etmişdir. Yaşar həmin vaxt pulunun olmadığını, pulu 1 həftəyə verəcəyini demiş, bundan sonrada dəfələrlə ona zəng etsədə Yaşara zəng çatmamış, ona pulu qaytarmamışdır. Çarəsiz qalaraq başqa şəxsdən 7000 manat pul borc almış, ailəsinə və təsərrüfatına xərcləmişdir. Pulu qaytarmadığına görə Yaşardan Quba rayon Prokurorluğuna şikayət etmiş, ordan onu Qusar rayonu Prokurorluğuna göndərmişdir. Cavabdeh Qusar rayon Prokurorluğunda ona 2000 manat pul qaytarmış, qalan pulu da, hər ay qaytaracağını söz vermişdir. Cavabdeh ondan birinci dəfə 102 baş qoyun almış, həmin qoyunların dəyərini 14800 manata razılaşmışlar. İkinci dəfə Cavabdeh 43 baş qoyun vermiş, həmin qoyunların dəyəridə 7200 manata razılaşmışlar. Cavabdeh ikinci dəfə 43 baş qoyunu verən zaman Yaşar ondan birinci dəfə aldığı qoyunlara görə borclu olduğu pulunu qaytarmamış, buna baxmayaraq Yaşara inanıb 43 baş qoyunu ona vermişdir. Cavabdehla aralarında ancaq şifahi razılaşma olmuş, yazılı müqavilə olmamışdır. Birinci dəfə aldığı qoyunlara görə Cavabdeh ona 1800 manat və 2000 manat pul vermişdir. Cavabdeh ikinci dəfə onun evinə gələrək vətəndaşların borclarını qaytardığını, onun heç kimə borcu qalmadığını, kartof əkdiyini bildirmiş və ondan qoyunları istəmişdir. O da, Yaşara birinci aldığı heyvanların pulunu qaytarmadığını demiş, daha sonra onlar razılaşmış, Yaşar onun iştirakı ilə ona məxsus qoyunları satmış, satılmayıb qalan qoyunlarını həyətinə gətirməsini Yaşara demişdir. Bundan sonra da Yaşar pulu qaytarmadığına görə o, Yaşarın həyətinə getmiş, Yaşar ona həyətindən 600 kiloqram kartof vermişdir. Daha sonra da, o, Yaşardan dəfələrlə pulu tələb etsədə, Yaşar ona pulu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında öhdəlik əmələ gəlməsi üçün müqavilə olmamışdır. Tərəflər arasında şifahi razılaşma olub, sonradan cavabdeh hissə hissə həmin pulu qaytarmışdır. 2017-ci ildə cavabdeh iddiaçıya 102 baş qoyuna görə 17025 manat, 43 baş qoyuna görə 7150 manat tələb etmişdir. Həmin pulların cəmi dəyəri 24175 manat təşkil edir. Cavabdeh iddiaçıya hissə-hissə 1800 manat, 2000 manat, 4000 manat pul qaytarmış və 275 manat dəyərində kartof vermişdir. Bunlarda cəmi 8075 manat təşkil edir. Cavabdehin iddiaçıya olan cəmi borcu 16100 manat olmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri düz gəlmir, cavabdeh iddiaçıya pul qaytarmadığı halda, ikinci dəfə ona qoyunlar borca vermişdir. Müəyyən şübhələr yaradır. İddiaçı heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddia müddətini ötürmüşdür. Buna görə də, iddia müddəti keçdiyinə görə iddi müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Qusar RPŞ-nin TQ-nun 23 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstrilənlərə əsasən Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı, Cavabdeh borc pulun tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə mülki qanun vericiliyin tələblərinə uyğun olaraq iddia müddəti keçmişdir. Buna görə də, iddia müddəti keçdiyinə görə iddi müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh konkret nə qədər kiçikbuynuzlu heyvan verilməsi barədə hər hansı qəbz və ya digər sənəd olmamışdır. Bununla da, Cavabdeh hazırda iddiaçıya hər hansı məbləğdə borcunun olması məhkəmədə öz təsdiqini tapmamış və iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan borc kiçikbuynuzlu heyvan aldığını etiraf etməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq iddia tələbini əsaslı hesab etmir. Bundan başqa, iddiaçı özü Yaşara birinci dəfə 28 iyun 2017-ci ildə 102 baş xırdabuynuzlu heyvan, sonuncu dəfə 2020-ci ilin iyunayında 43 baş xırdabuynuzlu heyvan verdiyini, lakin həmin heyvanların pulunu qaytarmadığını bildirmişdir. Bununla da, iddiaçı 2017-ci ildən hüququnun pozulduğunu və iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğunu bilməli olmuşdur. Bununla belə, o, məhkəməyə deyil, xx.xx.2021-ci il tarixli ərizə ilə Quba rayon Prokurorluğuna müraciət etmişdir. Quba rayon Prokurorluğundan həmin ərizə araşdırılması üçün Qusar RPŞ-nə göndərilmişdir. Onun ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 sentyabr 2021-ci il tarixli qərar qəbul olunsa da və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsə də, o, yenə məhkəməyə müraciət etməmişdir. Yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmiş və bu səbəbdən də iddia rədd edilməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müzakirə edərək qeyd edir ki, Mülki Məcəllədə müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı Cavabdehilk dəfə 2017-ci ilin iyun ayında 102 baş xırdabuynuzlu heyvan verdiyini, lakin həmin şəxsin qaytarmalı olduğu pulu geri qaytarmadığını bildirmiş, bununla da, həmin vaxtdan o, hüququnun pozulduğunu bilməli olsa da, məhkəməyə deyil, 12 iyun 2021-ci il tarixdə Quba rayon Prokurorluğuna müraciət etmişdir. Bundan sonra Quba rayon Prokurorluğu həmin ərizənin araşdırılması üçün Qusar RPŞ-yə göndərilmiş, Qusar RPŞ tərəfindən həmin şəxsin ərizəsi əsasında torplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli qərar qəbul olunaraq ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, İddiaçı Cavabdeh xırdabuynuzlu heyvanları ona verilməsini təsdiq edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçıCavabdeh qarşı pul tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-759/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-759/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver