Məhkəmə qərarları › İş №2(029)-76/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-76/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-76/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Ağaşirin oğluna və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Ağaşirin oğluna və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu İmamqulukənd kəndi ərazisində yerləşən ona məxsus 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6100.00 kv.metr və 4600.00 kv. metr hissələrinə dair Cavabdeh Ağaşirin oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onun həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi KOD 30114018 JN:0081 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətindədir. Bu yaxınlarda iddiaçı həmin torpaq sahəsinə dair çıxarışın hazırlanması üçün müvafiq sənədlərlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 5 saylı X9 müraciət etmişdir. Həmin idarə tərəfindən sənədlərə baxılmış və iddiaçıya məxsus həmin torpaq sahəsinin 81 və 81 F nömrələri ilə göstərilən 6100.00 kv.metr və 4600.00 kv.metr torpaq sahələrinə dair digər şəxsin yəni Cavabdeh Ağaşirin oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verildiyi bildirilmişdir. Halbu ki, iddiaçı həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair heç kimlə sərəncam hüququ üzrə əqd bağlamamış və iddiaçı həmin torpaq sahələrindən hazırda da istifadə edir. Həmin torpaq sahəsinin hansı əsaslara görə Cavabdeh adına qeydiyyata alınması iddiaçıya məlum olmamışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Ağaşirin oğlu və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh Ağaşirin oğlunun və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan JN-00xx xxx 30114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 12/4 nömrəli qərarı ilə X3 mülkiyyətinə ünvan 2 kəndi ərazisindən 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********79 nömrəli cavab məktubundan görünür ki, İddiaçı adına olan 1.10 hektar torpaq sahəsinə verilmiş JN-00xx xxx 30114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X9 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçmiş, DVJ və DBF məlumatlarında öz əksini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* nömrəli, ********* qeydiyyat nömrəli, xx xxxx 2007-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********88 reyestr nömrəli 1.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi “xxxxxxxxxx” MMC-dir. İşdə olan AN-İ № ******* nömrəli, xx xxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, “xxxxxxxxxx” MMC ünvan 2 kəndi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ümumi sahəsi 1.18 hektar olan torpaq sahəsi 4000 (dörd min) manat qarşılığında Cavabdeh Ağaşirin oğluna satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx xxxxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********88 reyestr nömrəli 1.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Ağaşirin oğluna məxsusdur. İşdə olan A № 289494 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********88 reyestr nömrəli 1.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi Cavabdeh Ağaşirin oğludur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* nömrəli, ********* qeydiyyat nömrəli, xx xxxx 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********84 reyestr nömrəli 0.61 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsisinin hüquq sahibi “xxxxxxxxxx” MMC-dir. İşdə olan AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, “xxxxxxxxxx” MMC ünvan 2 kəndi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ümumi sahəsi 0.61 hektar olan torpaq sahəsi 2000 (iki min) manat qarşılığında Cavabdeh Ağaşirin oğluna satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********84 reystr nömrəli 0.61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Ağaşirin oğluna məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkmə Ekspertizası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/1814 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********50 nömrəli mütəxəssis rəyinə əsasən, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 12/4 saylı qərarı ilə iddiçı X4 mülkiyyətinə verilmiş, Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.10 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin naturada (yerində) ölçülərinin hüquqmüəyyənedici sənədə uyğun olmadığı müəyyən edilir, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 12/4 saylı qərarı ilə iddiçı X4 mülkiyyətinə verilmiş, Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.10 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 81F nömrəli, 0.46 hektar hissəsinin bütünlüklə Cavabdeh Ağaşirin oğlu tərəfindən istifadə olunması müəyyən olunmuş, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 12/4 saylı qərarı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş, Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.10 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 81F nömrəli 0.46 hektar hissəsi ilə daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı, xx xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən Cavabdeh Ağaşirin oğluna məxsus olan 1.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütün sərhədləri boyunca üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məjəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məсəllənin 146.1-сi maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məсəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız məhkəmə qaydasında etibarsız hesan edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasəntorpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 12/4 nömrəli qərarı ilə X3 mülkiyyətinə ünvan 2 kəndi ərazisindən 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 81F nömrəli, 0.46 hektar hissəsi bütünlüklə Cavabdeh Ağaşirin oğlu tərəfindən istifadə olunur və iddiaçı X4 mülkiyyətinə verilmiş, Qusar rayonu İmamqulukənd kəndində yerləşən 1.10 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 81F nömrəli 0.46 hektar hissəsi ilə daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı, xx xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən Cavabdeh Ağaşirin oğluna məxsus olan 1.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütün sərhədləri boyunca üst-üstə düşdüyü müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh Ağaşirin oğlunun Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 12/4 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş ünvan 2 kəndi ərazisində yerləşən 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.46 hektar hissəsindən istifdə etməsi və Cavabdeh Ağaşirin oğlunun adına İddiaçı məxus 1.10 hektar torpaq sahəsinin 81F nömrəli 0.46 hektar hissəsi ilə bütün sərhədlər boyunca üst-üstə düşən torpaq ahəsinə dair çıxarışın verilməsi İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına, mülkiyyətindən əsassız olaraq məhrum olmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla qismən sübuta yetirildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Ağaşirin oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli Çıxarış Qusar rayonu İmamqulukənd kəndi ərazisində yerləşən JN-00xx xxx 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 81F nömrəli, 4600.00 kv. metr hissəsində etibarsız hesab edilməli və iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququ bərpa edilməlidir. İş üzrə 117.80 (bir yüz on yeddi manat səksən qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı qaydada tutulmalıdır. Həmin ekspertiza xərclərindən 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 67.80 (altmış yeddi manat səksən qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Ağaşirin oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli Çıxarış Qusar rayonu İmamqulukənd kəndi ərazisində yerləşən JN-00xx xxx 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 81F nömrəli, 4600.00 kv. metr hissəsində etibarsız hesab edilsin və iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququ bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 117.80 (bir yüz on yeddi manat səksən qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 67.80 (altmış yeddi manat səksən qəpik) ) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə- Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar