Məhkəmə qərarları › İş №2(029)-765/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-765/2022

27.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-765/2022 27.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə” dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsi və 0,12 ha torpaq sahəsinin 100 kv.metr hissəsində Cavabdeh tərəfindən özbaşına olaraq inşa olunmuş tikili cavabdehin hesabına sökülməsi, söküntü nəticəsində yaranmış inşaat materiallarının qalıqları cavabdehin hesabına torpaq sahəsindən təmizlənməsi, zəbt olunmuş torpaq sahəsi boşaldaraq ona təhvil verilməsi və həmin torpaq sahəsindən istifadəyə cavabdeh və digər şəxslər tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, İddiaçı, Cavabdeh eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaiçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar