Məhkəmə qərarları › İş №2(029)-775/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-775/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-775/2021 17.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və yaşayış evinə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh ilə birgə nikah dövründə tikdikləri ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və onun həmin yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 26 yanvar 1996-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı ilə evlənmişdir. Həmin nikahdan onların 09 mart 2002-ci il tarixdə X5 adlı bir uşaqları olmuş, həmin uşaq yetkinlik yaşına çatmışdır. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar rayon məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Cavabdeh nikahın pozulmasına etiraz edərək Qusar rayon məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2543/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Qusar rayon məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2543/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2889/2021 nömrəli, 27 may 2021-ci il tarixli əqrarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2543/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı ilə nikahlarının pozulması 07 iyul 2021-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı ilə birgə nikahda yaşadıqları dövrdə ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evini tikmişlər. Yaşayış evinin tikildiyi 0.06 ha həyətyanı torpaq sahəsi Qusar rayon XDS-nin 24 fevral 1993-cü il tarixli qərarına əsasən cavabdehin istifadəsinə verilmişdir. Cavabdehlə birgə nikahda olduqları dövrdə isə həmin torpaq sahəsində yaşayış evini tikib oraya köçmüşlər və orada yaşamışlar. Həmin ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Həmin daşınmaz əmlaka aid sənədlər cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızındadır. 2011-ci ildə Qusar rayon sakini Aşurlu Sənan onu lapatka ilə başından vuraraq ağır xəsarət yetirmişdir. Aldığı həmin xəsarətdən sonra onun sağlamlıq durumu çox pisləşmiş, fiziki cəhətdən çox zəifləmişdir. Artıq onun fiziki sağlamlığı normal işləyib pul qazanmağına imkan vermir. Bundan sonra cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızının ona qarşı münasibəti soyumağa başlamışdır. 2011-ci ildə cavabdeh ondan ayrılmış, yaşadıqları ünvan 1 ünvadan yerləşən yaşayış evindən çıxıb Qusar şəhəri H.Əliyev prospekti ev1 168 mənzil 16-da yaşayan valideynlərinin mənzilinə getmişdir. O, isə cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı ilə birgə nikahda yaşadıqları dövrdə tikdikləri ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşamağa davam etmişdir.2015-ci ildə isə cavabdeh gəlib onu həmin yaşayış evindən zorla çıxartmışdır. O, artıq fiziki cəhətdən zəif olduğu üçün cavabdehə heç bir müqavimət göstərə bilməmişdir. Cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı onu çıxartdıqdan sonra həmin evi kənar şəxslərə kirayəyə vermişdir və hal-hazırda həmin evdə kirayəçilər yaşayırlar. Cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı isə ünvan 7-da yerləşən valideynlərinə məxsus mənzildə yaşamağa davam edir. 2015-ci ildən o, işlədiyi ayaqqabı təmiri köşkündə yaşayır, orada yatıb-durur. Qusar şəhəri T.İsmayılov küçəsi ev 58 ünvanda yerləşən yaşayış evi onun əmisigilə məxsus evdir və o, orada sadəcə qeydiyyatda olmaqla yaşamır. ünvan 1 ünvanda yerləşən yaşayış evi onun cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı ilə birgə nikah dövründə əldə etdikləri əmlakdır və həmin yaşayış evinin yarısı qanun üzrə ona məxsusdur. Həmin yaşayış evində qanuni payının olmasını cavabdeh özü də yaxşı bilir. Onun cavabdehə qarşı irəli sürdüyü hazırkı iddianı gecikdirmək üçün cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı aralarındakı nikahın pozulmasına dair Qusar rayon məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsindən həm Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətini vermişdir. Ona görə də o, cavabdeh Ataxanova (Şahbazova) Mirvari Müzəffər qızı ilə birgə nikah dövründə tikdikləri yaşayış evində yaşayış sahəsində istifadə hüququnun tanınmasını və həmin yaşayış evinə köçürülməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, 1995-ci ildə cavabdeh ilə ailə həyatı qurmuş, aralarındakı nikahı isə 1996-cı ildə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından Günay adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. O, cavabdehlə ailə həyatı qurduqdan sonra 1996-cı ildə kirayədə yaşamağa başlamışlar. Sözügedən ünvan 2ərdi yaşayış evini cavabdehlə birgə nikahda olduqları dövrdə tikmişlər. Evin yerləşdiyi 0.06 ha torpaq sahəsi cavabdehin adına olmuş, lakin yaşayış evini o, özü tikmişdir. Həmin yaşayış evində 2015-ci ilədək yaşamışdır. Lakin, 2015-ci ildə cavabdeh onu evdən çıxartmış, həmin evdə yaşamağına imkan verməmişdir. Bunun əvəzində isə birgə nikahda olduqları dövrdə tikdikləri həmin evi başqa şəxslərə kirayəyə vermişdir. Özü hazırda atasına məxsus olan Qusar şəhəri T.İsmayılov küçəsi ev 58 ünvanda yerləşən evdə qeydiyyatda olsa da, orada yaşamır. Başqa yaşayış yeri olmadığı üçün işlədiyi ayaqqabı təmiri sexində yaşayır. Hesab edir ki, cavabdehlə birgə nikah dövründə tikdikləri ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüququ tanınmalı və o, həmin yaşayış evinə köçürülməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, onun atası qardaşı üçün torpaq sahəsi almaq üçün növbəyə durmuş, 1993-cü ildə onlara torpaq sahəsi vermişlər. Qardaşının yaşı az olduğuna görə atası torpaq sahəsini formal olaraq onun adına almış və orada balaca bir ev tikmiş, 1994-cü ildə evi tikib başa çatdırmışdır. O, 1996-cı ildə iddiaçı ilə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş və birgə nikahlarından 2002-ci il təvəllüdlü Günay adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. O, iddiaçı ilə ailə həyatı qurarkən iddiaçının hazırda qeydiyyatda olduğu və atasına məxsus Qusar şəhəri T.İsmayılov küçəsi ev 58 ünvanda yerləşən evə gəlin köçmüş, iki il yarım iddiaçı ilə birlikdə həmin evdə yaşamışlar. 1999-cu ildən 2005-ci ilə kimi 6 il iddiaçının qardaşı Ruslanın evində yaşamışlar. Lakin, iddiaçı mütəmadi olaraq spirtli içki qəbul etdiyindən Ruslan Ricaddini həmin evdən qovmuşdur. Bundan sonra isə 2011-ci ilə qədər 6 il başqa bir evdə kirayədə yaşamışlar. İddiaçı mütəmadi olaraq spirtli içki qəbul etdiyindən kirayədə yaşadıqları evin sahibi də onu həmin evdən qovmuşdur. İddiaçının bu hərəkətlərinə görə heç kim onlara kirayə ev vermədiyindən, onun qardaşı Telmana məxsus olan hazırda iddiaçının mübahisələndirdiyi Qusar şəhəri Zaman Baxışov küçəsi 13 ünvanda yerləşən evdə yaşamağa başlamışlar. Əvvəl həmin küçə Təzə küçə adlandırılmışdır. Həmin evdə də iddiaçı ilə birgə 2014-cü ilə kimi yaşamışlar. İddiaçı bir gün gecə içkili vəziyyətdə evə gələrək evdə olan hər şeyi qırmağa başlamış və o, məcburiyyət qarşısında qalaraq polis çağırmışdır. Bundan sonra o, iddiaçının hərəkətlərindən qorxduğundan uşağı ilə birgə evdən çıxaraq ata evinə qayıtmışdır. Qardaşı Telman bu hərəkətlərdən sonra iddiaçını evdən qovmuş, Ricaddin də Qusar şəhəri T.İsmayılov küçəsi ev 58 ünvanda yerləşən ata evinə qayıtmışdır. ünvan 2ərdi yaşayış evində iddiaçıya məxsus olan hər hansı bir əşya yoxdur. Həmin ev qardaşı Telmana məxsusdur və sonuncu tərəfindən də kirayəyə verilmişdir. Həmin evin tikintisində iddiaçının hər hansı bir əməyi, zəhməti olmamış, həmin ev onlar iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl atası tərəfindən tikilmişdir. Onun və iddiaçının daimi yaşayış yerləri iddiaçının atasına məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. Hətta, 2000-ci ildə onun iddiasına əsasən məhkəmə tərəfindən həmin evdən yaşamaq üçün ona bir otaq verilmişdir. Bununla da, iddiaçının daimi yaşayış yeri məhz qeydiyyatda olduğu, atasına məxsus olan fərdi yaşayış evidir, onun adına olan torpaq sahəsində qardaşının inşa etdiyi evə isə həmin şəxsin istifadə hüququ yoxdur. Bu səbəbdən də, hesab edir ki, iddia əsassızdır və ona görə də, rədd edilməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, işdə olan Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə ünvan 4 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından verilmiş 23 avqust 2021-ci il tarixli 849 saylı arxiv çıxarışından görünür ki, Qusar rayon X8 24 fevral 1993-cü il tarixli qərarı ilə X1 Qusar şəhəri Təzə küçə 13 ünvandan fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon X8 Rəyasət Heyətinin 24 fevral 1993-cü il tarixli qərarından çıxarışın surətindən görünür ki, Qusar şəhəri T.İsmayılov küçəsi 168/16 nömrəli evin sakini X1 şəhərin Təzə küçə-13 küçəsində bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 1905 nömrəli arayışdan görünür ki, X2 şəhəri Z.Baxışov küçəsi 13 saylı evdə kirayədə yaşayır və həyat yoldaşı X3, 2011-ci il təvəllüdlü X12, 2009-cu il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-268/2020 saylı 01.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 26 yanvar 1996-cı il tarixli 04 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2543/2020 saylı, 29.10.2020ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Qusar rayon məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2(029)-268/2020 aylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2889/2021 saylı 04.05.2021-ci il tarixi qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2(105)-2543/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AZ- 386908 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuş. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 08 iyul 2021-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. İşdə olan Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 1517 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 evdə qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 7 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 26 yanvar 1996-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından onların 09 mart 2002-ci il təvəllüdlü Günay adlı bir uşaqları anadan olmuşdur. Ailə həyatı qurarkən Cavabdeh İddiaçı yaşadığı və pasport qeydiyyatında olduğu ünvan 3 ünvanda yerləşən sonuncunun atasına məxsus evə gəlin köçmüş və bununla da, tərəflərin daimi yaşayış yerləri həmin ev olmuşdur. Tərəflər həmin evdə 2 il yarım yaşadıqdan sonra həmin evdən çıxaraq kirayədə yaşamağa başlamışlar. 2011-ci ildən isə Qusar rayon XDS-nin 24 fevral 1993-cü il tarixli 27 saylı qərarına əsasən Cavabdeh adına verilmiş 0.06 ha torpaq sahəsində inşa olunmuş ünvan 8 ünvanda yerləşən evə köçmüşlər və 2014-cü ilə kimi birlikdə orada yaşamışlar, daha sonra isə həmin evdən çıxaraq iddiaçı başqa ünvana, cavabdeh isə başqa ünvana köçmüşdür. Bununla da, iddiaçı ilə cavabdehin həmin evdə yaşamaları daimi deyil, müvəqqəti xarakter daşımışdır. Bundan başqa, həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi tərəflər nikaha daxil olmamışdan əvvəl-yəni Qusar rayon XDS-nin 24 fevral 1993-cü il tarixli qərarına əsasən Cavabdeh adına verilsə də, həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin rəsmi hüquqi statusu yoxdur, həmin evin nə vaxt, hansı şəxs tərəfindən inşa edildiyi, mülkiyyət hüququ üzrə hər hansı şəxsin adına dövlət qeydiyyatına alınması məhkəmə tərəfindən müəyyən olunmamış və iddiaçı tərəfindən məhkəməyə bu barədə heç bir sənəd, sübut təqdim edilməmişdir. Həmin evə dair Cavabdeh mülkiyyət və ya digər əmlak hüququnun olması da məhkəmədə müəyyən olunmamışdır. İddiaçı həmin evin cavabdehlə birgə nikahları dövründə, məhz onun tərəfindən inşa edildiyini bildirsə də, bu barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, İddiaçı həmin evə istifadə hüququnun əmələ gəlməsi üçün heç bir əsas olmamışdır. Belə ki, iddiaçının həmin evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ yaranmamış, cavabdehin də həmin evə dair sərəncam hüququ olmamış və buna görə də, iddiaçını həmin evə köçürmək səlahiyyəti olmamışdır. Ümumiyyətlə evin hüquqi statusu müəyyən olunmadığından evə dair hər hansı əqd, o cümlədən istifadə hüququnun əmələ gəlməsi barədə əqd bağlana bilməzdi. Bundan başqa, iddiaçı ilə cavabdeh həmin evi özləri üçün daimi yaşayış yeri kimi seçməmişlər və yuxarıda qeyd edildiyi kimi onların orada yaşamaları müvəqqəti xarakterli olmuşdur. 2014-cü ildən isə iddiaçı ilə cavabdehin ailə münasibətləri faktiki olaraq pozulmuş və həmin vaxtdan iddiaçı yaşadığı mübahisəli evi tərk etmişdir. Qusar rayon məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin aralarındakı nikah pozulmuşdur. Bununla da, iddiaçı ilə cavabdehin etibarlı ailə və mənzil münasibətləri də pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mübahisəli ünvan 9 ünvanda yerləşən, Cavabdeh adına verilmiş həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində bir müddət cavabdehlə birlikdə müvəqqəti olaraq yaşasa da, onun həmin evə istifadə hüququnun əmələ gəlməsi üçün əsas olmamış, onun belə bir hüququ yaranmamışdır. 2014-cü ildən isə faktiki olaraq həmin evdə yaşamır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə istifadə hüququ müəyyən edilə, həmçinin o, həmin evə köçürülə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır, təmin edilə bilməz və bu səbəbdən də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar