Məhkəmə qərarları › İş №2(029)-775/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-775/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-775/2025 02.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 31200 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 184 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı məhkəməyə idia ərizəsinə dəqiqləşmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, cavabdeh X1 31200 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 184 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O. həmin pulu 15 baş iri buynuzlu mal-qaraya görə tələb etmişdir. Hazırda isə iddia ərizəsində dəqiqləşmə edərək cavabdehdən 15 baş mal-qara və ya mövcud bazar qiymət ilə onların dəyərini tələb edir. Odur ki, Cavabdeh 15 baş iribuynuzlu mal-qaranın və ya qətnamə icra olunan günə mövcud bazar qiyməti ilə onların dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Qusar rayonu Suvacal kəndində yaşayır və təsərrüfatla məşğul olur. Cavabdeh X2 uzun müddətdir ki, tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Həmin şəxs Qusar rayonu Sudur kəndinin yaylağında mal-qara saxlamaqla və onların alqı-satqısı ilə məşğul olur. 2022-ci ildə o özünə məxsus 16 baş iribuynuzlu mal-qaranı qış aylarına qədər yaylaqda saxlaması Rahim Şahverdiyevə vermişdir. Həmin şəxs ona məxsus mal-qaranı təhvil alıb digər şəxslərə məxsus mal-qara ilə birlikdə otarmağa başlamışdır. 2022-ci ilin dekabr ayında Rahim Şahverdiyevdən geri təhvil salmaq üçün yaylağa getdikdə onun və ona verdiyi 16 baş mal-qaranın orada olmadığını görmüşdür. Həmin şəxsi axtarsa da tapa bilməmiş və buna görə də Azərbaycan Respublikası DİNin “102” zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Həmin məlumat əsasında Qusar RPŞ-nin İTB-nin polis sahəsi rəisi Nurlan Məmmədli tərəfindən araşdırma aparılmış, Rahim Şahverdiyev çağırılaraq ondan izahat alınmışdır. Həmin şəxs öz izahatında bildirmişdir ki, otardığı mal-qara sürüsündən 20 baş heyvan tələf olduğundan malları sahiblərinə qaytarmağa başlamış və bu zaman o, səhvən ona məxsus 15 baş heyvanı da başqa şəxslərə vermiş, 1 baş heyvan isə Qusar rayonu Aladaş kəndindəki sürüyə qatılmışdır. O, həmin 1 baş heyvanı tapmış və geri götürmüşdür, Rahim Şahverdiyev isə ona məxsus 15 baş mal-qaranı, yaxud onların dəyərini tezliklə ona qaytaracağına söz vermişdir. Rahim Şahverdiyev ona məxsus 15 baş mal-qaranı, yaxud onların dəyərini ona qaytaracağına söz verdiyindən o, şikayətini geri götürmüşdür. Lakin, Rahim Şahverdiyev ona verdiyi sözə əməl etmədiyindən o, yenidən DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Qusar rayon X11 Bölməsində araşdırma aparılmış, yuxarıda qeyd etdiyi faktlar bir daha təsdiq olunmuş, lakin araşdırma nəticəsində Rahim Şahverdiyevin həmin əməli törətməsi faktı üzrə cinayət hadisəsi olmadığına görə 15 fevral 2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona əmlakın geri qaytarılmasına dair müvafiq tələblə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göründüyü kimi, cavabdeh Rahim Şahverdiyev ona məxsus 16 baş mal-qaranı saxlamaq üçün ondan təhvil almış və 2022-ci ilin dekabr ayına kimi onları ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin şəxs həmin öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və ona ziyan vurulmuşdur. Ona görə də, onun həmin şəxsdən vuruluş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1 baş iribuynuzlu heyvanın təmiz ət çəkisi təqribən 130 kiloqram olmuşdur. Hazırda Qusar rayonunda bir kiloqram mal ətinin qiyməti 16 manatdır. Belə olan halda, bir baş iribuynuzlu heyvanın qiyməti 2080 manat təşkil edir. Həmin hesablamaya görə 15 baş iribuynuzlu mal-qaranın təqribi dəyəri 31200 manat təşkil edir. Cavabdeh X1 31200 manat məbləğində pul vəsaiti tutularaq ona verilməlidir. Həmçinin, tərəfindən dövlət rüsumu kimi ödənilmiş 185 manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqetmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Qusar rayonu, Suvacal kəndində yaşayan İddiaçı Qusar rayonu, Sudur kəndində anadan olmuş, uzun müddət Sudur kəndinin yaylağında mal-qara saxlamaqla alqı-satqısı ilə məşğul olan X4 ilə yaxın münasibətdə olmuşdur. 2022-ci ilin iyul ayında İddiaçı özünə məxsus 16 baş iribuynuzlu heyvanı Sudur kəndinə gətirməklə saxlaması üçün Rahim Şahverdiyevə vermişdir. Rahim Şahverdiyev həmin heyvanları digər şəxslərin mal-qarası ilə birlikdə yaylaqda otarmış, sonradan saxladığı sürüdən təxminən 20 heyvan müxtəlif vaxtlarda tələf olduğundan həmin ilin avqust ayında Rahim Şahverdiyev saxladığı heyvanları sahiblərinə qaytarmağa başlamışdır. Rahim Şahverdiyev heyvan sürüsünü hissə-hissə tamamilə təhvil verdikdən sonra İddiaçı 15 baş heyvanın da tələf olunmuş heyvanların əvəzinə səhvən qaytardığını aşkar etmişdir. Sonradan İddiaçı saxlaması üçün verdiyi heyvanları Rahim Şahverdiyevdən geri götürməsi üçün Sudur kəndinə getmiş, lakin sonuncunu tapa bilmədiyindən 2022-ci ilin dekabr ayında Rahim Şahverdiyev barəsində DİN-in 102 xidmətinə məlumat vermiş, həmin məlumat əsasında Qusar RPŞnin İTB-nin polis sahə rəisi, VMİE polis baş leytenantı Nurlan Məmmədli tərəfindən araşdırma aparıldığı zaman Rahim Şahverdiyev 16 baş heyvanlardan 1 başı Aladaş kəndindəki sürüyə qatıldığını, qalan 15 baş heyvanın başqa şəxsə verməsini İddiaçı etiraf edərək, həmin sayda heyvanları və ya heyvanların dəyərini qaytaracağına söz vermişdir. İddiaçı Aladaş kəndində özünə məxsus 1 baş heyvanı taparaq geri götürmüş və Qusar RPŞ-yə ərizə ilə müraciət edərək, Rahim Şahverdiyevə qarşı şikayəti olmadığını bildirmişdir. Buna görə də, İddiaçı müraciəti əsasında toplanmış material xx.xx.2022-ci il tarixdə işə alınmış və bu barədə xx.xx.2022-ci il tarixli, №149- 26540A-3222 saylı məktubla İddiaçı yazılı məlumat verilmişdir. Buna baxmayaraq, İddiaçı xx.xx.2024-cü il tarixdə eyni məzmunlu şikayətlə DİN-in 102 xidmətinə məlumat vermişdir. İzahatları alınmış İddiaçı və X5 yuxarıda göstərilənləri təsdiq etmişdirlər. Beləliklə toplanmış materialdan göründüyü kimi, 2022-ci ilin iyul ayında İddiaçı özünə məxsus 16 baş iribuynuzlu heyvanların saxlanılması üçün X3 vermiş, həmin heyvanlardan 1 baş heyvanın Qusar rayonu, Aladaş kəndindəki sürüyə qatıldığından İddiaçı tərəfindən geri götürülmüş, 15 baş heyvanın isə Rahim Şahverdiyev tərəfindən heyvan sürüsündə olan tələf olunmuş heyvanların əvəzinə başqa vətəndaşlara qaytarıldığından İddiaçı 15 baş iribuynuzlu heyvan borclu qalmışdır. Bununla da, X7 Abgülovun etibarından sui istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirməsi niyyəti olmamışdır. Bu səbəbdən vət. İddiaçı Azərbaycan Respublikası DİN-in «102» xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və vət. İddiaçı əmlakı geri qaytarılmasına dair tələbi mülki mübahisəli olduğundan həmin tələb üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etməsi hüququ olması barədə izah edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “RİAD” firması tərəfindən verilmiş arayışdan görünür ki, hal-hazırda Qusar bazarında mal ətinin qiyməti 16 (on altı) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, 2022-ci ildə İddiaçı özünə məxsus 16 baş iribuynuzlu mal-qaranı qış aylarına qədər yaylaqda saxlaması Rahim Şahverdiyevə vermişdir. X10 Abgülova məxsus mal-qaranı təhvil alıb digər şəxslərə məxsus mal-qara ilə birlikdə otarmağa başlamışdır. İddiaçı 2022-ci ilin dekabr ayında Rahim Şahverdiyevdən geri təhvil salmaq üçün yaylağa getdikdə Rahim Şahverdiyevə verdiyi 16 baş mal-qaranın orada olmadığını görmüşdür. İddiaçı cavabdeh Rahim Şahverdiyevi axtarsa da tapa bilməmiş və buna görə də Azərbaycan Respublikası DİNin “102” zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Həmin məlumat əsasında Qusar RPŞ- niun İTB-nin polis sahəsi rəisi Nurlan Məmmədli tərəfindən araşdırma aparılmış, Rahim Şahverdiyev çağırılaraq ondan izahat alınmışdır. Həmin şəxs öz izahatında bildirmişdir ki, otardığı malqara sürüsündən 20 baş heyvan tələf olduğundan malları sahiblərinə qaytarmağa başlamış və bu zaman Rahim Şahverdiyev, səhvən İddiaçı məxsus 15 baş heyvanı da başqa şəxslərə vermiş, 1 baş heyvan isə Qusar rayonu Aladaş kəndindəki sürüyə qatılmışdır. İddiaçı həmin 1 baş heyvanı tapmış və geri götürmüşdür, Rahim Şahverdiyev isə İddiaçı məxsus 15 baş mal-qaranı, yaxud onların dəyərini tezliklə ona qaytaracağına söz vermiş lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 15 baş mal-qara və ya mövcud bazar qiymət ilə onların dəyərini 31200 (otuz bir min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia iddiaçının xeyrinə təmin olunduğundan, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 184 (yüz səksən dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 15 baş mal-qara və ya mövcud bazar qiymət ilə onların dəyərini 31200 (otuz bir min iki yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 184 (yüz səksən dörd) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar