Məhkəmə qərarları › İş №2(029)-776/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-776/2020

12.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-776/2020 12.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı komissiya yaradılıb torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: Poladov X1 Verik İslam oğluna qarşı komissiya yaradılıb torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim olunmuş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin iddiada Qusar rayon DTXK-nin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Xulux kənd bələdiyyəsinin iştirakları ilə komissiya yaradılması tələb olunmuşdur. Odur ki, hər hansı tərkibdə komissiya yaradılması məhkəmələrin səlahiyyətinə aid olmadığından həmin iddiaya mülki mühakimə icraatı qaydasında məhkəmələrdə baxıla bilməz, həmin səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin vəzifəli (səlahiyyətli) şəxslərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı ərizədə göstərilmiş tələblərə məhkəmə qaydasında baxıla bilməz və bu səbəbdən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya komissiyanın yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı komissiya yaradılıb torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı komissiyanın yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar