Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-784/2025 07.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Quxur Oba kəndində Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14/2 saylı qərarına əsasən (JN-402F KOD ********) 0,21 ha torpaq sahəsi və xx.xx.1998-ci il tarixli 5/1 nömrəli qərarına əsasən 2,06 ha torpaq sahələri üzrə mərhu X2 adına olan vərəsəlik payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin ona iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında özü tərəfindən imzaladığını bildirmişdir. İddiaçı və cavabdeh Qusar rayon Notariat Ofisinə oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti qeyd edilmədiyindən, iddia ərizəsi isə İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalandığına görə İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi hazırkı halda baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı məhkəmədə işə baxılması üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 İdarəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 74.2, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsin baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. İddiaçı məhkəmədə işə baxılması üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 İdarəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-784/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-784/2025
07.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver