Məhkəmə qərarları › İş №2(029)-802/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-802/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-802/2020 17.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X12, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qusar rayonu Urva kəndində yerləşməklə JN-322A KOD 30121018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə digər mülkiyyətçilərin birgə mülkiyyətlərində olan 0,48 ha həyətyanı torpaq sahəsində 2012-2013-cü illərdə, Cavabdeh1 ilə birgə nikahda olduqları müddətdə birlikdə tikdikləri yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və onun azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2008-ci ilin dekabr ayında nikahı rəsmi qeyd etdirmədən Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh1 ilə birgə nikahda olduqları müddətdə onların xx xxxxxx 2009-ci il tarixdə X14 və xx xxxxx 2013-cü il tarixdə X15 adlı 2 uşaqları olmuşdur. Cavabdeh1 ilə ailə həyatı qurduğu vaxtdan-yəni 2008-ci ilin dekabr ayından o, Qusar rayonu Urva kəndində yerləşməklə iş üzrə digər Cavabdeh2 mərhum valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və özünə məxsus bütün cehiz əmlaklarını, mebellərini həmin evə aparmışdır. Cavabdeh2 əri Cavabdeh1 atasıdır. Cavabdeh2 mərhum valideynlərinə məxsus yaşayış evinin yerləşdiyi cəmi 0,48 ha sahəyə malik həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2 mərhum anası X6, Cavabdeh2, onun arvadı X1, əri Cavabdeh1 və onun qardaşı X4 məxsusdur. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları JN-322A KOD 30121018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. Cavabdeh2 mərhum valideynlərinə məxsus yaşayış evində yaşadıqları müddətdə, 2012-ci ildə o, əri Cavabdeh1 ilə birlikdə həmin 0,48 ha sahəyə malik torpaq sahəsinin boş kənar hissəsində öz ailələri, yəni onun və əri Cavabdeh1 ailəsi üçün çiy kərpicdən ev tikməyə başlamışlar, 2013-cü ilin yayında həmin 2 mərtəbəli ev tikilib təmir olunub qurtarmış və onlar-yəni o, əri Cavabdeh1 və 2 azyaşlı uşaqları yaşamaq üçün Cavabdeh2 mərhum valideynlərinə məxsus yaşayış evindən çıxıb həmin təzə tikdikləri evə köçmüşlər. Həmin vaxt özünə məxsus bütün cehiz əmlaklarını, mebellərini də əvvəl yaşadıqları evdən çıxarıb yeni tikdikləri evə aparmışdır. 2013-cü ilin yayından 2019-cu ilin sentyabr ayına kimi onların ailələri-yəni o, əri Cavabdeh1 və 2 azyaşlı uşaqları birgə nikah müddətində tikdikləri həmin yeni yaşayış evində yaşamışlar. 2019-cu ildən onun Cavabdeh1 ilə ailə münasibətləri pozulmağa başlamışdır. Bunun da səbəbi bundan ibarət olmuşdur ki, əri Cavabdeh1 heç bir yerdə işləmir, evə, uşaqlara baxmır, uşaqların yemək–içməklə təmin olunmasının qayğısını çəkəmişdir. Aylarla onun və uşaqlarının, hətta əri Cavabdeh1 yemək-içməyini anasıgil təmin etmişlər. Bunun üstündə onun həm əri Cavabdeh1 ilə, həm də ki, onun atası, Cavabdeh2 ilə dəfələrlə mübahisələri, narazılıqları olmuşdur. Bütün bunlara baxmayaraq əri Cavabdeh1 heç bir işlə məşğul olmamış, ailənin, uşaqlarının maddi cəhətdən təmin olunmasının qayğısına qalmamışdır. 2019-cu ilin sentyabr ayında Cavabdeh2 ona təklif etmişdir ki, o müvəqqəti, yəni 1 ay müddətinə azyaşlı uşaqları ilə anasıgilə getsin. Cavabdeh2 ona bildirmişdir ki, əri Cavabdeh1 onların anasıgilə getdiklərini görüb peşman olacaq, işləyib pul qazanmağa başlayacaq və onları da öz evlərinə geri qaytaracaqdır. O, Cavabdeh2 həmin sözünə baxıb, həm də ki, uşaqlar üçün evdə yeməyə heç nə olmadığını görüb razılaşıb 2019-cu ilin sentyabr ayında azyaşlı uşaqları ilə birlikdə anasıgilin evinə qayıtmışdır. Lakin, əri Cavabdeh1 yenə də davranışını dəyişməmiş, heç bir işlə məşğul olmamış və uşaqlarına heç bir maddi kömək göstərməmişdir. Bundan sonra o, məcbur olub əri Cavabdeh1 uşaqlarına aliment almaq üçün Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-1244/2019 saylı qətnaməsinə əsasən əri Cavabdeh1 onun xeyrinə hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment qət edilmişdir. Lakin, əri Vaqif həmin alimentdən də bu günə kimi ona heç bir məbləğ ödəməmiş, özünün əvvəlki avara həyatını davam etdirmiş, heç yerdə işə düzəlməmiş, uşaqlarına heç bir köməklik göstərməmişdir. O, artıq ümidini hər yerdən üzdükdən sonra, azyaşlı uşaqları ilə birlikdə yeni tikdikləri evə qayıtmaq, orada uşaqları ilə yaşayıb öz başını bir təhər saxlamaq istəmişdir. Lakin, Cavabdeh2 evin özünə məxsus olduğunu deyərək onu bir daha həmin evə buraxmamışdır. Bir daha qeyd edir ki, mübahisə predmeti olan həmin yaşayış evinin yerləşdiyi 0,48 ha sahəyə malik həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçilərindən biri də əri Cavabdeh1dur. Həmin torpaq sahəsində onun əri Vaqiflə birlikdə özlərinə ayrıca ev tikmələri tam qanunidir. Həmin yaşayış evi əslində birgə mülkiyyət hüququ üzrə ona və əri Cavabdeh1 məxsusdur. Həmin yaşayış evini o və əri Vaqif tikmişlər, həmin ev əsas etibarı ilə onun valideynlərinin köməyi ilə tikilmiş və həmin evdə Cavabdeh2 heç bir payı yoxdur. Həmin yaşayış evinə halhazırda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasa da, həmin evin qanuni əsaslarla tikilməsi həmin torpaq sahəsinə əri Cavabdeh1 birgə mülkiyyət hüququna malik olmasını təsdiq edən JN-322A KOD 30121018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. O, hal-hazıra kimi əri Cavabdeh1 ilə rəsmi nikahdadır və nikahları pozulmamışdır. Həmin yaşayış evinə hal-hazırda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmadığından o, yaşayış evinin naturada bölünməsinə dair iddia irəli sürməmişdir. Lakin, onun həmin evdən istifadə hüququ bərpa edilməli və o, azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X16 iddianı müdafiə etmişlər və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməmiş və məhkəməyə iddiaya etiraz təqdim edərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Urva kəndində yerləşən, valideynlərinə məxsus evdə yaşayır. Həmin ev qəzalı vəziyyətdə olduğu üçün 2005-2006-cı illərdə özünün 0.48 hektar həyətyanı torpaq sahəsinə bitişik zəbt olunmuş sahədə özünə ev tikmişdir. 2008-ci ilin dekabr ayının 15-də oğlu Cavabdeh1 evləndirərək İddiaçı ona gəlin gətirmişdir. 2014-cü ilin noyabr ayına kimi Cavabdeh1 və İddiaçı onun valideynlərinə məxsus evdə yaşamışdır. Valideynlərinə məxsus evdə yaşadıqları vaxt ərzində onların xx xxxxxx 2009-cu il tarixdə Amin və xx xxxxx 2013-cü il tarixdə Emil adlı iki uşaqları anadan olmuşdur. 2014-cü ildə kiçik oğlu Balamirzə Ağaverdiyevə gəlin gətirmişdir. Bir evdə iki gəlin yola getmədiyi üçün oğlu Cavabdeh1 ailəsi ilə birlikdə yeni tikdiyi evə müvəqqəti yerləşdirmişdir. İddiaçı öz cehiz əmlaklarını da həmin evə aparmışdır. 2014-cü ildə oğlu Vaqifi təsərrüfatından çıxarmışdır. 2015-ci ilin may ayında oğlu Vaqifdən və gəlini Tünzalədən evdən çıxmalarını tələb etmiş, həmin ilin may ayının axırında oğlu Vaqif ailəsi ilə birlikdə gəlini Tünzalənin gətirdiyi mebel istisna olmaqla digər cehiz əmlaklarını da götürüb Qusar rayonu Aşağı Ləyər kəndinə getmişlər və 2016-cı ilin sentyabr ayına kimi orada yaşamışlar. 2016-cı ilin avqust ayında oğlu Vaqiflə gəlini Tünzalə arasında mübahisələr baş vermiş, Vaqif Tünzaləni xəyanətdə günahlandırmışdır. Bundan sonra oğlu Vaqif onun evinə qayıtmış, Tünzalə isə azyaşlı uşaqları ilə birlikdə özünün atasının evinə getmişdir. O, dəfələrlə Vaqiflə Tünzalə arasındakı mübahisəni həll etmək məqsədi ilə sonuncunun atasının evinə getmiş və orada Tünzalə ilə anası onu söyüb təhqir etmişlər. 2016-cı ilin oktyabr ayında Tünzalə anası ilə birlikdə Amin və Emil adlı uşaqları onun evinə gətirərək onlardan imtina etdiyini bildirib uşaqları onun yanında qoyaraq çıxıb getmiş, 2018-ci ilin sentyabr ayında yenidən onun evinə gələrək həmin uşaqları aparmışdır. 2018-ci ilin oktyabr ayında Tünzalə əri Vaqifi məhkəməyə verərək ondan aliment tələb etmişdir. Məhkəmə tərəfindən Vaqifdən Tünzalənin xeyrinə hər ay 300 manat məbləğində aliment tutulmuşdur. Onun tikdiyi evdə Tünzalənin yaşamaq hüququ yoxdur. Çünki, həmin ev tikilərkən oğlu Vaqif hərbi xidmətdə olmuş və Tünzalə ilə nikahda olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 həmçinin digər cavabdeh olan atası Cavabdeh2 vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək sonuncunun göstərdiyi halları təsdiq etmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun vəkilinin və Cavabdeh2 izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30121018 JN-322A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Urva kəndində yerləşən 0.48 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5, Cavabdeh2, X2, Cavabdeh1, X3 adlarına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 481930 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X13 xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və Tünzalə Zeynalova “Ağaverdiyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 378849 və AZ-İİİ 033998 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 2009-cu il təvəllüdlü X14 və xx xxxxx 2013-cü il təvəllüdlü X15 anadan olmuşlar. İşdə olan Qusar rayonu Urva kənd sakinləri G.Vəlibəyov, A.Pirquliyeva, D.Cabbarova, İddiaçı və İ.Ağamirzəyev tərəfindən tərtib olunmuş və Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh1 həyat yoldaşı ilə 2011-2013-cü illərdə birgə ev tikmişlər. Həmin evin kərpicinin kəsilməsində, yığılmasında bünövrəsinin qazılmasında, daşların daşınmasında, divarlarının hörülməsində qonşuları iştirak etmişlər. Həmin işlərin qonşularla birgə aparılmasını imzalarla təsdiq edirlər. Evin dam örtüyünün örtülməsində, elektrik xətlərinin çəkilməsində, suvaq işlərinin görülməsində də qohum və qonşular iştirak etmişlər. İşdə olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 626 saylı arayışdan görünür ki, həqiqətən təsərrüfatbaşına kitablarda Qusar rayonu Urva kənd sakinləri Cavabdeh1 və İddiaçı şəxsi hesabında olan yaşayış evi onların birgə nikahda olduqları vaxtda-yəni 2012-2013-cü illərdə tikilmişdir və onlar özlərinin iki uşağı ilə birlikdə 5 ildən çox həmin evdə yaşamışlar. İşdə olan Qusar rayonu Urva bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 78 saylı arayışından görünür ki, həqiqətən təsərrüfatbaşına kitablarda Qusar rayonu Urva kənd sakinləri Cavabdeh1 və arvadı İddiaçı şəxsi hesabında olan yaşayış evi onların birgə nikahda olduqları vaxtda-yəni 2012-2013-cü illərdə tikilmişdir və onlar özlərinin iki uşağı ilə birlikdə 5 ildən çox həmin evdə yaşamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2008-ci ilin dekabr ayında Cavabdeh1lə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş və özünün cehiz əmlakları ilə birlikdə Cavabdeh1 atasının razılığı ilə sonuncunun evinə gəlin köçmüşdür. Nikahlarını isə xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. həmin nikahdan onların xx xxxxxx 2009-cu il təvəllüdlü Amin və xx xxxxx 2013-cü il təvəllüdlü Emil adlı iki uşaqları anadan olmuşdur. İddiaçı gəlin köçdüyü evin yerləşdiyi 0.48 hektar həyətyanı torpaq sahəsi onun əri Cavabdeh1 də daxil olmaqla cəmi 5 nəfərin birgə mülkiyyətindədir. 2012-ci ildə İddiaçı ilə Cavabdeh1 özlərinin vəsaitləri hesabına həmin 0.48 hektar həyətyanı torpaq sahəsinin bir hissəsində özlərinin yaşamaları üçün iki mərtəbəli fərdi yaşayış evi inşa etməyə başlamışlar və 2013-cü ildə başa çatdırmışlar. Ev təmir olunaraq yaşayış üçün tam yararlı hala salındıqdan sonra isə onlar azyaşlı uşaqları ilə birlikdə orada yaşamağa başlamışlar. İddiaçı özünün cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və həmin evi özünün Vaqiflə birgə əmlakı hesab edərək sonuncu ilə birlikdə evə sahiblik və ondan istifadə etməyə başlamış və bununla da, həmin ev həmin şəxsin və onun ərinin əsas yaşayış sahəsi olmuşdur. Həmin hal Cavabdeh2 həmin ev tikildikdən sonra oğlu Vaqifi özünün təsərrüfatından çıxarması barədə verdiyi izahatı ilə də təsdiq olunur. Mübahisəli yaşayış evinin Urva kəndi üzrə təsərrüfatbaşına kitablarda Cavabdeh1lə İddiaçı şəxsi hesabında olması yuxarıda sadalanan arayışlarla təsdiq olunur. Hal-hazırda İddiaçı ilə Cavabdeh1 nikahda olmaqla ər-arvaddırlar, nikahları pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1, 158.1.1-158.1.3-cü maddələrinə əsasən maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həqiqətən də, onun Qusar rayonu Urva kəndində yerləşən, əri Cavabdeh1 və digər şəxslərin mülkiyyətində olan 0.48 hektar həyətyanı torpaq sahəsində Cavabdeh1lə birlikdə 2012- 2013-cü illərdə inşa etdirdikləri iki mərtəbəli fərdi yaşayış evinə dair istifadə hüququ əmələ gəldiyindən onun cavabdehlər tərəfindıən pozulan həmin hüququ müdafiə olunaraq bərpa edilməli və o, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qusar rayonu Urva kəndində yerləşməklə JN-322A KOD 30121018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə digər mülkiyyətçilərin birgə mülkiyyətlərində olan 0,48 ha həyətyanı torpaq sahəsində Cavabdeh1 ilə birgə nikahda olduqları müddətdə birlikdə tikdikləri yaşayış evindən istifadə hüququ bərpa edilsin və o, azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar