Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-81/2021 16.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə və qeyrilərinə və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi, həmçinin onun nümayəndəsi və vəkili Nümayəndə mirasla bağlı vərəsələr arasında mübahisə olduğuna görə ərizənin baxılmamış saxlanmasına etiraz etmədiklərini, gələcəkdə iddia icraatı qaydasında müvafiq iddia ərizəsi ilə müraciət edəcəklərini bildirmişlər. Məhkəmə iclasında maraqlı şəxs qismində işə cəlb edilmiş, miras qoyan X1 qanun üzrə birinci dərəcəli vərəsələri sırasına daxil olan Maraqlı şəxs3 və Maraqlı şəxs2 miras qoyan Saruxan Mityayevin mirasından vərəsə kimi onların da miras paylarının olduğunu, həmin payı tələb etdiklərini göstərmişlər və ərizənin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Qusar rayon Notariat Ofisinin 01 noyabr 2019-cu il tarixli X- 984 saylı məktubundan görünür ki, Ərizəçi mirasın qəbul edilməsi ilə bağlı həmin notariat ofisinə müraciətinə cavab olaraq bildirilmişdir ki, miras qoyan X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibət bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Bununla da, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə vərəsəlik hüququ barədə miras qoyanın vərəsələri arasında mübahisə vardır və ona görə də, hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz, iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə vərəsəlik hüququ barədə mübahisə olduğundan ərizə baxılmamış saxlanmalı və ərizəçiyə mirasla bağlı ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263, 264, 267-268, 306.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi mirasla bağlı ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-81/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-81/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver